27 Yanvar 2021, Çərşənbə

Azərbaycanın şəhid olan sərhədçi əsgəri dəfn edilib.

Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Fərzəliyev Fərzəli Əlimürsəl oğlu Ucar rayonunun Alpı kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində Dövlət Sərhəd Xidmətinin, Ucar Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, komandirləri və əsgər yoldaşları, eyni zamanda, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Bayrağı şəhidin atasına təqdim edilb. Yaylım atəşindən sonra şəhidin nəşi torpağa tapşırılıb.

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR