15 Yanvar 2021, Cümə

Muxtar respublikada turizmin ən gözəl ünvanlarından biri olan Şahbuz rayonunun Ağbulaq kəndində yerli sakinlərin və turistlərin istirahətini mənalı təşkili məqsədilə bayram tədbiri təşkil edilib.

Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun Mədəniyyət Evinin “Batabat” instrumental ansamblının, uşaq musiqi məktəblərinin bir-birindən maraqlı ifaları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Milli birliyimizə, həmrəyliyimizə, sarsılmaz dövlətçiliyimizə, müstəqilliyimizə, yurdumuza həsr edilmiş şeirlər, mahnılar səsləndirilib və rəqslər ifa olunub.

Şaxta baba və Qar qız balacalara hədiyyələr paylayıblar. Tədbirdə ailə təsərrüfatları tərəfindən əhaliyə ictimai-iaşə xidməti göstərilib. İsti təndir lavaşı, çöçə və şirniyyatlar, sacda bişirilmiş kətələr və kəndin bir çox təbii nemətləri qonaqlara təqdim olunub.

Tədbirdə qədim dövlətçilik tariximizi özündə əks etdirən antik əşyaların sərgisi də təşkil edilib. Bayram şənliyində iştirak edən yerli əhali və turistlər ictimai-iaşə xidmətinin təşkilindən və Ağbulaqda yaradılan şəraitdən razılıqlarını bildiriblər.

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR