21 Aprel 2021, Çərşənbə

Qardaş Türkiyə Respublikasında keçirilən “Qış təlimi-2021”də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirirlər.

Ardını oxu...

“Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşası və “Marmaray”ın buna inteqrasiya edilməsi ilə Pekindən Londona qədər fasiləsiz bir “Dəmir İpək yolu” ortaya çıxır”.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu dilə gətirib:

“Qərbdən – Avropadan həm ölkəmizdən, həm də ölkəmiz vasitəsilə Türk Cümhuriyyətlərinə və ya İrana bu şəkildə qatarlar getməyə davam edəcək. Ölkəmizdəki dəmiryolunun nəqliyyatdakı payını 20 faizə çatdırmağı düşünürük. Ölkə içində də dəmiryolunda sıçrayış müşahidə olunur. Sürət qatarı xətlərimizi tamamlamağa çalışırıq.

Ardını oxu...

Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir. Eynşteyn və Nyutonla bir sıraya qoyulan alim elmə mühüm töhfələr verib.

Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin mərhum professoru Lütfi Zadənin anadan olmasının 100 ili tamam olur. Prezident İlham Əliyev “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” 2021-ci il yanvarın 25-də Sərəncam imzalayıb.

1921-ci il fevralın 4-də Bakının Novxanı kəndində anadan olan Lütfi Rəhim oğlu Ələsgərzadə ibtidai təhsilini 16 nömrəli orta məktəbdə başa vurub. 1932-ci ildə Ələsgərzadələr ailəsi ata-baba yurduna - Cənubi Azərbaycana köçmək məcburiyyətində qalıb. Burada orta təhsil alan Lütfi Zadə Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə qəbul olunub. Bu təhsil ocağını müvəffəqiyyətlə bitirdikdən sonra o, 23 yaşında ABŞ-a gedib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. Onun dünya elminə məlum olan altı mühüm nəzəriyyəsinin bünövrəsi də elə burada qoyulub.

Ardını oxu...

Təhsil Nazirliyinin təklifinə əsasən, ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi mərhələli olaraq əyani formada sanitar-gigiyenik tələblər nəzərə alınaraq aşağıda qeyd edilmiş qaydada davam etdiriləcək.

Nazirlikdən verilən məlumata görə, 2021-ci il 8 fevral tarixindən:

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən ümumi təhsil müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla;

Ardını oxu...

Ötən il Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası və bunun nəticəsində çoxsaylı qurbanların olması münaqişələr uzun müddət həll olunmamış qaldıqda yaranan riskləri açıq-aşkar nümayiş etdirdi.

Bunu İsveç Xarici İşlər Nazirliyindən ölkənin ATƏT sədrliyinə başlamasını şərh edərkən deyiblər.

Nazirlikdən bildiriblər ki, ATƏT-in regionda münaqişələrin tənzimlənməsində razılaşdırılmış prinsiplər və öhdəliklər əsasında kömək göstərməsi İsveçin sədrlik müddətinin prioritet hədəflərindən biri olacaq.

Ardını oxu...

Məlum olduğu kimi, 2020-ci il noyabrın 10-da cəbhədə hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları birgə bəyanat bir sıra perspektivlərin əldə edilməsi ilə nəticələndi. Bəyanatın 9-cu bəndinə əsasən bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa ediləcək. Həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni dəhlizin inşasının təmin ediləcəyi də sənəddə qeyd olunub. Bu dəhliz təkcə hərbi və siyasi cəhətdən deyil, eyni zamanda ticarət baxımından da olduqca vacib bir əhəmiyyət kəsb edir. Belə ki, bu dəhlizlə Azərbaycan artıq Naxçıvan vasitəsilə Türkiyə və eləcə də Avropaya birbaşa quru nəqliyyat yolu ilə çıxış imkanları əldə etmiş olacaqdır ki, bu da ölkəmizin regional mövqeyinin daha da gücləndirilməsinə gətirib çıxaracaq. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında 2021-ci tədris ilinin başlanması ilə bağlı tədbir keçirilib. Əvvəlcə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub.

Ardını oxu...

“Nахçıvаn” Əlahiddə Əməliyyat Briqadasının 2020-ci ildə xidməti döyüş fəaliyyətinin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələrə dair Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində müşavirə keçirilib.
Müşavirəni Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov açıb. Hesabat məruzəsi ilə geniş çıxış edən “Nахçıvаn” Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftəliyev ötən il briqada qarşısında qoyulan vəzifələrin icrası istiqamətində görülən işlər barədə geniş məlumat verib.

Ardını oxu...

Türkiyə Texnologiya Fondu olaraq Azərbaycanda startapçılarla ortaq layihələr həyata keçirməyi düşünürük.

Bunu türkiyəli iş adamı, "Bayraktar" pilotsuz uçuş aparatının yaradıcısı Selçuk Bayraktar deyib.

O bildirib ki, bununla əlaqədar olaraq yaxın zamanlarda təmaslar olacaq:

"Bizim "Texnofest" olaraq kodlama kimi sahələrdə təlimlər keçirmək planlarımız var. Ümid edirik ki, ödənişsiz təlimlərimz Azərbaycanda tez bir zamanda başlayacaq".

Rusiya Azərbaycanla aviaəlaqəni bərpa edir.

Bu barədə Rusiyanın baş naziri müvafiq qərar imzalayıb.

Qeyd olunur ki, ölkələr arasında uçuşlar fevralın 15-dən etibarən bərpa olunacaq.

 Moskva-Bakı reysi həftədə 2 dəfə təşkil ediləcək.

Qarabağdakı bütün abidələr Azərbaycan xalqının tarixi, mədəni və dini irsinə məxsusdur. Azərbaycan multikultural ölkədir və ərazisindəki bütün abidələr dövlət səviyyəsində qorunur.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin birgə bəyanatına dair şərhində deyilib.

Avropa Parlamentinin (AP) üzvləri, Avropa İttifaqı (Aİ) və Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin sədri, Marina Kalyurand, AP-nin Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev və AP-nin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovko tərəfindən “Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların davam etdirilməsinə ehtiyacın olması” barədə birgə bəyanatın verilməsi AP üzvlərinin, ümumiyyətlə bölgədə sülh və əminamanlığın beynəlxalq hüququn təməl prinsipləri əsasında təmin olunması mövqeyindən çıxış etmələrinə rəğmən bölgədə mövcud olan cari vəziyyətdən hələ də tam məlumatlı olmadıqlarını göstərir.

Ardını oxu...

Ermənistan parlamentinin binası qarşısında “Qurtuluş hərəkatı”nın üzvləri baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirir.

“Novosti Armeniya” hadisə yerindən canlı yayım edir.

Bir müddət öncə hərəkat hakim “Mənim addımım” parlament fraksiyasının “antimilli və antidövlət” olduğuna dair bildiriş yayıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və komendantlıqların nəzdində aidiyyəti dövlət orqanlarının (qurumlarının), o cümlədən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılıb.

Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildiriblər. Qeyd olunub ki, Mədəniyyət Nazirliyini təmsil edən nümayəndələr abidələrin ilkin inventarlaşdırılması məqsədilə monitorinqlərə başlamış və abidələrin əksəriyyətinin dağıdıldığı, məhv edildiyi, mənimsənildiyi və vandalizmə məruz qaldığı müəyyən edilib.

"Monitorinqlər yekunlaşdıqdan sonra işğaldan azad olunmuş ərazilərdə neçə heykələ ziyan dəydiyi müəyyənləşəcək. Monitorinqlərin nəticəsi təhlil olunduqdan sonra işğaldan azad olunmuş ərazilərdə yerləşən abidələrin bərpası məsələsinə baxılacaq".

 

 

 

Ermənistan Azərbaycan ərazilərindən çəkilməyə davam edir.

Ermənistan KİV-nə istinadən xəbər verirık ki, hava hücumundan müdafiə sistemlərinin Xankəndidən çıxarıldığı bildirilir.

Əsasən, “9K33 Osa”, “9K35 Strela-10” özüyeriyən zenit raket kompleksləri və “9K38 İqla” zenit-raket kompleksindən ibarət sistemlər Ermənistanın Gorus şəhərinə aparılır. Hərbi kolonu Rusiya sülhməramlıları müşaiyət edir.

Azərbaycan Ordusu 44 günlük döyüşlər zamanı düşmənin Hava Hücumundan Müdafiə Sisteminin böyük hissəsini darmadağın etdiyindən bölgədən çıxarılan hərbi texnikanın sayı cüzidir.

2 fevral – Gənclər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Gənclər Mərkəzində tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov açaraq ölkəmizdə və eləcə də muxtar respublikamızda uğurla həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının real təzahürlərindən danışıb. Bildirilib ki, bu gün gənclərimiz cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevrilib, ölkə müstəqilliyinin möhkəmləndirilməsinin zəruri və əvəzedilməz üzvləri olaraq torpaqlarımızın tarixi düşmənlərimizdən azad olunmasında, beynəlxalq miqyaslı bir çox yarışlarda qalib gələrək himnimizin oxunmasında və bayrağımızın yüksəklərə qaldırılmasında, respublikamızın hərtərəfli inkişafını təmin edən bütün sahələrin yüksəlişində yaxından iştirak edir, ölkəmizi müxtəlif beynəlxalq tribunalarda, mühüm yarışlarda, elmi auditoriyalarda layiqincə təmsil edirlər. Dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğının ən bariz nümunələrindən biri də hər il ölkəmizdə 2 fevral – Gənclər Gününün qeyd olunmasıdır. Biz əminik ki, muxtar respublika gəncləri bundan sonrakı dövrdə də bilik, bacarıq və istedadları ilə hər zaman fərqlənəcək, ölkəmizin ictimai həyatında yaxından iştirak edərək onun inkişafına öz töhfələrini verəcək, onlara göstərilən etimadı doğruldacaqlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti insanların daha çox sosial şəbəkələrdən informasiya mənbəyi kimi istifadəsini nəzərə alaraq onların rahatlığını və məmnuniyyətini təmin etmək, müraciətlərini operativ cavablandırmaq, habelə xidmətə müraciətetmə imkanlarını genişləndirmək məqsədilə həm “Facebook” (Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti), həm də “Instagram” (nmr_miqrasiya_xidmeti) səhifələrini ictimaiyyətin istifadəsinə verib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədis ilinə uzlaşma planı”na əsasən Qarnizon Qoşunlarında yeni tədris ilinə start verilib.
Yeni tədris ilinin ilk həftəsi ənənəvi olaraq birləşmə və hərbi hissələrdə müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyət tərəfindən vəzifələrin öyrənilməsi, bölmələrin tapşırıqlarının dəqiqləşdirilməsi və müxtəlif variantlar üzrə məşq etdirilməsi ilə başlayıb.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının ötən dövrdə muxtar respublikada ardıcıl şəkildə həyata keçirilməsi, bütövlükdə, sosial-iqtisadi inkişafı təmin etmiş, eyni zamanda muxtar respublikada yeni iş yerlərinin açılması, əhalinin gəlirlərinin artırılması, sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində bir sıra uğurlu və məqsədyönlü islahatlar aparılmışdır. Əldə edilən nailiyyətlərin əsasında dayanan mühüm faktorlardan biri də Dövlət pro­qramlarının uğurla icra edilməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən edilən tapşırıqlar muxtar respublika əhalisinin sosial rifahına və iqtisadi sahədə səmərəli təşəbbüskarlığa yönəlmişdir. Proqramın icrasına uyğun olaraq 2020-ci ildə də kompleks tədbirlər həyata keçirilmişdir. 

Ardını oxu...

Daxili İşlər Nazirliyi (DİN) ölkədə toy və ad günlərinin keçirilməsi ilə bağlı əhaliyə müraciət edib.

DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, fevralın 1-dən etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunub:

"Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilən məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır. Xüsusi karantin rejimi dövründə ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda şou-əyləncə, toy, nişan və digər kütləvi tədbirlərinin təşkili və keçirilməsi qadağandır".

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq tibb işçilərinin vaksinasiya prosesi uğurla davam edir.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin daxil olan birgə məlumatına görə, artıq səhiyyə işçilərinin 70%-i vaksinasiyadan keçib.

Ardını oxu...

Ağdam rayonunun işğaldan azad edilən 5 kəndinin ərazisi mina və partlayıcı qurğulardan tam təmizlənib.

Bu barədə Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyevb deyib.

Qurum rəsmisi bildirib ki, hazırda digər kəndlərin ərazilərində təmizlənmə işləri davam etdirilir:

"Artıq rayonun işğaldan azad edilən Ağdamkənd, Sarıcalı, Bağmanlar, İsmayılbəyli və Mərzili kəndlərinin ərazisi minalardan tam olaraq təmizlənib. Hazırda Şahbulaq, Cəvahirli və digə kəndlərdə təmizlənmə işləri davam etdirilir".

Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimləri Ermənistanda ciddi narahatlıq yaradıb.

Ənənəvi ortaq hərbi təlimlərdən səksəkəyə düşən erməni cəmiyyəti sosial mediada Paşinyan hakimiyyətini tənqid etməyə başlayıb.

Tanınmış ictimai xadimlərin əksəriyyəti siyasi elitanı Qarabağı geri qaytarmaq xülyasına düşməkdənsə, gələcəkdə Naxçıvan istiqamətində ehtiyatlı olmağa çağırıb.

İctimai fəal, QHT rəhbəri İrina Danielyan hərbi təlimlərdən videogörüntülər paylaşaraq absurd şəkildə iddia edib ki, yaxın gələcəkdə guya Naxçıvan istiqamətində genişmiqyaslı müharibə olacaq:

"Bir müddət öncə "Saqqallı Andranik" (Deputat Andranik Koçaryan-red.) bu cür təlimlərdən qorxmağın lazım olmadığını söylədi. Çünki guya biz yaxşı müdafiə olunuruq. 2020-ci ilin yayında Türkiyə-Azərbaycan genişmiqyaslı hərbi təlimləri keçirilirdi və o zaman da biz müharibə olacağını söyləyəndə "Nikolaidlər" (Paşinyanın tərəfdarları-red.) bizə gülürdü. Nikol hakimiyyətə torpaqları qaytarmaq üçün gəldi. Məgər bu baş vermədimi? Bir daha deyirəm ki, çox yaxında Naxçıvan istiqamətdə genişmiqyaslı müharibə olacaq".

Xatırladaq ki, Ermənistan tərəfindən dəfələrlə belə absurd iddialar səsləndirilib. Azərbaycan işğal altında saxlanılmış öz torpaqları xaric başqa sərhəddən kənarda heç vaxt hərbi əməliyyatlar aparmayıb və Ermənistandan fərqli olaraq tarixboyu belə bir hərbi-siyasi strategiya formalaşdırmayıb. Görünür, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı hələ uzun müddət İrəvanı qorxu içində saxlayacaq.

 

 

 

 

 

 

Fevralın 2-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavini, Ankaradan deputat Mevlüt Karakayanı qəbul edib.

Milliyətçi Hərəkat Partiyasının sədr müavini Mevlüt Karakaya partiyanın sədri Dövlət Baxçalının salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, dövlətimizin başçısının rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Zəfər münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

Prezident İlham Əliyev Dövlət Baxçalının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Milliyətçi Hərəkat Partiyasının sədrinə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi siyasi, mənəvi və diplomatik dəstəyi xatırlatdı. Müharibə dövründə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatlarının Azərbaycana böyük dəstək olduğunu deyən Prezident İlham Əliyev Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının müttəfiqi olan Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının da açıqlamalarının siyasi, mənəvi önəm kəsb etdiyini dedi.

Milliyətçi Hərəkat Partiyasının sədr müavini Mevlüt Karakaya Azərbaycanın işğaldan azad edilən torpaqlarında mədəniyyət və incəsənət təmayüllü məktəbin tikintisi ilə bağlı təşəbbüs barədə dövlətimizin başçısına məlumat verdi. Bu xüsusda Azərbaycanın təhsil naziri və digər rəsmi şəxsləri ilə görüşdüyünü bildirdi.

Prezident İlham Əliyev bu təşəbbüsə görə təşəkkürünü bildirdi, azad edilmiş torpaqlarda aparılan bərpa və şəhərsalma işləri çərçivəsində bu təşəbbüsün nəzərə alınacağını dedi. İşğaldan azad olunan ərazilərdə şəhərlərin baş planlarının hazırlandığını vurğulayan dövlətimizin başçısı məktəb binası üçün münasib yerin seçilməsi məqsədilə müvafiq təlimatlar verəcəyini qeyd etdi.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin uğurlu inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

 

 

Azərbaycanda koronavirusa yoluxanların 52.2 faizi Bakı şəhərinin payına düşür.

Trend-in məlumatına görə, ölkə üzrə ikinci ən çox yoluxma Aran zonasındadır. Bu ərazidə yoluxma 13.3 faizə çıxıb. Abşeron rayonu yoluxmaya görə 12,9 faizlə 3-cü yerdə, Gəncə-Qazax zonası isə 8,1 faiz yoluxma ilə 4-cü yerdədir. 3,0 faiz yoluxma Quba-Xaçmaz, 3,2 Şəki- Zaqatala rayonları, 2,9 faizi Lənkəran rayonu, 1,4 faizi Yuxarı Qarabağ bölgəsi, 2,5 faizi isə Dağlıq Şirvan ərazilərində qeydə alınıb. Naxçıvanda isə son statistikaya görə koronavirusa yoluxma halı 0,004 faiz qeydə alınıb.

Ölkədə koronavirusa yoluxanların 21 faizi 50-59 yaş arasında, 18 faizi isə 30-39 yaş arasında olan şəxslərdir. Yoluxanların 5 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 54 faizi qadın, 46 faizi isə kişilərdir.

 

 

 

Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.

2 fevral tarixinin Gənclər Günü kimi elan olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin hakimiyyətə ikinci dəfə gəlişindən sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı.

Ümummilli liderin rəhbərliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss etmişlər. 1996-cı ilin 2 fevral tarixində məhz ulu öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlandı.

Əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Müasir Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğısını dərin ehtiram hissi ilə xatırlayır.

Ardını oxu...

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, 2 fevral tarixində saat 05:00 radələrində Er­mə­nistan Silahlı Qüvvə­lərinin Qazax ra­yo­nunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmə­ləri tə­rə­fin­dən həmin istiqamətdə dövlət sər­hədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xid­mə­tinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub.

 

 

 

1997-ci il fevralın 1-də ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Gənc­lərin birinci Forumunun keçirildiyi gün – fevralın 2-si Azərbaycanda Gənc­lər Günü elan edilmişdir.
“Biz yaratdığımız, qurduğumuz müstəqil Azərbaycan dövlətini gənclərə tapşırırıq. Bizim işimizi gənclər davam etdirməlidir”. Ümummilli liderimiz Heydər Əliyevin bu fikirləri Azərbaycan gəncliyinə göstərilən etimadın təzahürüdür. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə sağlamdüşüncəli gənc nəslin yetişdirilməsini, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini diqqət mərkəzində saxlamışdır. Dahi rəhbərin təşəbbüsü ilə hələ sovetlər birliyi dövründə Azərbaycan gəncliyinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, milli dəyərlərə və tarixi-mədəni irsə bağlı gənc nəslin formalaşdırılmasının əsası qoyulmuşdur. O dövrdə gənclərin təhsili sahəsində həyata keçirilən tədbirlər, onların ixtisaslı kadr kimi yetişdirilməsi, xüsusilə milli hərbçi kadrların hazırlanması ölkəmiz müstəqillik qazandıqdan sonra milli kadr təminatında əsas amil olmuşdur.

Ardını oxu...

Muxtar respublikamızın müasir gəncliyi çox xoşbəxtdir ki, qarşılarında onları nailiyyətlərlə dolu gələcəyə aparacaq geniş üfüqlər açılıb. Təsadüfi deyil ki, müxtəlif sahələrdə öz bacarıq və qabiliyyətini sınayan onlarla gəncin uğurları barədə hər ötən gün eşidir və görürük. Biz də “Şərq qapısı” qəzeti əməkdaşları olaraq gənclərimizin nailiyyətlərinə onlar qədər sevinir və tez-tez bu barədə oxucularımıza da ətraflı məlumat veririk. Budəfəki yazımızda da məhz muxtar respublikanın ictimai, mədəni, sosial həyatında fəallıq göstərən, həmyaşıdları arasında fərqlənən, seçilən gənclərdən bir neçəsi haqqında söhbət açacağıq...    


Mirtağı Rəhimov 1991-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub, 2013-2014-cü illərdə isə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində dinləyici olub. 2014-cü ildən Naxçıvandakı Xüsusi Təyinatlı Hərbi Hissəyə könüllü müraciət edib. Həmin ildən Əlahiddə Ümumqoşun Ordunun kəşfiyyatçısı kimi fəaliyyət göstərir. Mirtağının dediklərindən: – Peşəkar hərbçi kimi yetişməyimizə yaradılan hərtərəfli şərait, göstərilən dövlət qayğısı mübarizə ruhumuza da müsbət təsir etdi, gələcək uğurlu əməliyyatlara hazırladı bizi. 2018-ci ildə tarixi əhəmiyyət kəsb edən Günnüt əməliyyatında mən də iştirak etdim. Həmin əməliyyatdan sonra isə ən böyük arzumuz gerçəkləşdi. Qürur duyuram ki, bir hərbçi kimi mən də qələbə tariximizin bir parçası, zəfər ilinin iştirakçısı oldum. Əlahiddə Ümumqoşun Ordunun hərbçisi kimi muxtar respublikada ordu quruculuğuna, hərbçilərimizə göstərilən diqqət və qayğıya cavab olaraq generallar yurdu qədim diyarımızın hərbi şərəfini yüksək tutmağa çalışdım.

Ardını oxu...

Müdafiə Nazirliyi cari il fevralın 1-dək Azərbaycan Ordusuna Yardım Fonduna daxil olan vəsaitin məbləğini açıqlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, indiyədək Fonda 212 milyon 156 min 968,42 manat, 11 milyon 176 min 390,65 ABŞ dolları, 183 min 484,92 avro, 593 min 924,33 türk lirəsi, 1844,72 ingilis funt sterlinqi və 5 milyon 398 min 550 rubl məbləğində vəsait daxil olub.

Xatırladaq ki, Prezident İlham Əliyev 2020-ci il dekabrın 8-də Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması ilə bağlı Fərman imzalayıb.

Kəlbəcər və ya Laçın rayonu ərazisində hava limanının tikintisi üçün yerin müəyyən olunması ilə bağlı araşdırmalar aparılır.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Etibar Hüseynov deyib.

O bildirib ki, sözügedən ərazilərin relyefi mürəkkəb olduğuna görə, uçuşların təhlükəsizliyi baxımından burada olduqca geniş araşdırma işləri aparmaq lazımdır. Həmin ərazidə tikilən aeroport beynəlxalq standartlara cavab verəcək. Yeni aeroportun ərazisi cari il aprel ayının sonunadək müəyyən olunacaq.

 

 

 

Füzulidə inşa edilən yeni aeroportun tikildiyi ərazidə minaların təmizlənməsi üçün Şotlandiyanın AARDVARK şirkətindən mütəxəssis dəvət edilib.

Şirkətin nümayəndəsi Devid Klark bildirib ki, 50 hektarlıq ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur:

“Gün ərzində təqribən 2-3 hektar ərazini minadan təmizləmək mümkündür. Torpağın tərkibindən asılı olaraq bu rəqəm dəyişə bilər”.

O qeyd edib ki, Azərbaycanda olduğu müddətdə bu sahədən olan yerli mütəxəssislərə minatəmizləmə maşınından istifadə qaydalarını öyrədəcək:

“Təqribən 6-8 mütəxəssisə təlim keçiriləcək və sonda onlara sertifikatlar veriləcək”.

 

 

 

Türkiyə Rusiya üçün vacib tərəfdaşdır, Azərbaycanla çox yaxındır və bu amilləri nəzərə almamaq olmaz.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Türkiyənin Qarabağ münaqişəsinin həllindəki rolunu şərh edərkən deyib.

O bildirib ki, iki ölkə prezidentləri arasında məhsuldar dialoq mövcuddur:

"Daha əvvəl vəziyyətə ümumi nəzarət məqsədilə birgə mərkəzin yaradılması barədə qərar verilib. Amma mən bütün bunları hansısa uzunmüddətli siyasətin bir elementi kimi qiymətləndirməzdim. Sadəcə biz regionumuzda mövcud olan reallıqları nəzərə almalıyıq. Reallıqlar isə ondan ibarətdir ki, bu gün bu məsələ türkiyəli tərəfdaşlarımızla müzakirə olunmalıdır".

 

 

 

Azərbaycanla Türkiyə arasında yeni anlaşma memorandumu təsdiq edilib.

Milli Məclisin yaz sesiyasının bu gün keçirilən ilk iclasında "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.

Deputatlar çıxış edərək memorandumun əhəmiyyətindən danışıb və sənədin təsdiq edilməsinin iki qardaş ölkə arasında media sahəsində əlaqələrin genişlənməsinə böyük töhfə verəcəyini qeyd ediblər.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Biz "Bir millət, iki dövlət" prinsipini əsas tutaraq azərbaycanlı qardaşlarımızın 30 illik Qarabağ həsrətini başa çatdırdıq.

Bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

O bildirib ki, Qarabağın azad edilməsi prosesində Türkiyə Azərbaycanın yanında yer alıb:

"Eyni zamanda böyük bir ədalətsizlik də aradan qaldırıldı. 30 illik münaqişə 44 gün ərzində necə başa çatdırıldı, Qarabağ necə işğaldan azad edildi, bu müddətdə nələr baş vedi, hansı addımlar atıldı? Bunu mütəxəssislər və gənc siyasətçilər öyrənməli və tədqiq etməlidir. Qarabağ məsələsinin həll olunması ilə Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaranacaq və burada yeni imkanlar və fürsətlər yaranacaq".

 

 

 

Türkiyə ilə Azərbaycan arasında viza ilə bağlı yeni sənəd təsdiq edilib.

Milli Məclisin yaz sesiyasının bu gün keçirilən ilk iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə səyahət edən şəxslər üçün pasportlardan istifadə məcburi olacaq.

Sənəddə qeyd edilib ki, tərəflərin ərazilərindən üçüncü ölkələrə və üçüncü ölkələrdən tərəflərin ərazilərinə daxil olmaq üçün pasportların istifadə olunması məcburidir. Sazişin 1 və 2 saylı əlavələrində müəyyən olunmuş digər sərhədkeçmə sənədləri yalnız bir tərəfin ərazisindən digərinə birbaşa səyahətlər üçün istifadə edilir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

 

 

 

Türk xalqlarında mövcud olan qədim mifoloji düşüncəyə görə, qış xalqın təqviminə əsasən, dövrlərə – çillərə bölünür. Çillə, əziyyətdən, məşəqqətdən, zülmdən çıxmaq mənasındadır. Bizim müasir dilimizdə çillədən çıxmaq ifadəsi var. Əgər bir adam günlərlə evdən çıxmasa, zarafatla onu haqqında deyərlər ki, filankəs çilə çıxardır. Amma bu zarafatın arxasında böyük bir inam var. Xalq belə təsəvvür edir ki, qış  təbiətin məşəqqətli bir zamanıdır. Bu zamandan aciz insanın çıxması son dərəcə çətindir. O qışdan çıxmaq insanın, doğurdan da, bayram etməsinə dəyən bir keçid dövrüdür. O mənada, Böyük Çillə, Kiçik Çillə, Boz ay mərhələləri Novruz bayramına qədərki çox vacib mərhələlərdir.        

 Məlum olduğu kimi, Böyük Çillə dönəmində havalar mülayim keçir. Qışın şaxtalı, sərt günləri bu dönəmdə sonrakı mərhələyə nisbətən az olur. Və qış öz “hökmünü” sonra – Kiçik Çillə dövründə daha aydın göstərir. Qışın ikinci mərhələsi sayılan Kiçik Çillə dönəmində hava, adətən, Böyük Çillə ilə müqayisədə çox soyuq keçir. Elə xalq da deyir ki, “Əsas şaxta Böyük Çillədən sonra olur, yəni Kiçik Çillədə. Bu kiçik Çillə çox sərt olur. O qədər soyuq, şaxtalı keçir ki, meşədə heyvanlar, çöldə quşlar üşüyür, donur. 20 günnük Kiçik Çillə nə qədər  sərt olsa da ömrü qısadır. Bu vaxt  həm də günlər uzanmağa başlayır. Xalq yaddaşında bəzən iki qardaş, bəzən də iki bacı kimi təsvir edilən Böyük Çillə  və Kiçik Çillə bir-birinə qarşı qoyulur. Böyük Çillə nə qədər yumşaq təbiətli olaraq obrazlaşdırılırsa, Kiçik Çillə onun əksinə olaraq, öz təbiəti etibarilə sərt, ərköyün obraz kimi xarakterizə olunur. Bu baxımdan professor A.Nəbiyevin fikirləri böyük önəm daşıyır: “...Maraqlı cəhətlərdən biri də odur ki, mərasim düşüncəsində insan özünün şərə, pisliyə münasibətinin müəyyən cəhətlərini Kiçik Çillə ilə bağlı poetik düşüncəsində ifadə edir:

Ardını oxu...

İşğaldan azad olunmuş ərazilər üçün yaşıl enerji konsepsiyasının hazırlanması ilə bağlı fikir mübadiləsi məqsədi ilə Yaponiyanın “TEPSCO” şirkətinin nümayəndələri ilə videokonfrans formatında görüş keçirilib.

Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə yaşıl enerji zonalarının və “ağıllı şəhər”lərin yaradılmasında Yaponiya təcrübəsi haqqında müzakirələr aparılıb.

Şirkət tərəfindən Yaponiyanın Fukisava, Mutsuzava, Soraşima və bir sıra digər şəhərlərinin nümunəsində rəqəmsallaşma, dekarbonizasiya və desentralizasiyaya əsaslanan, fövqəladə hallarda elektrik enerjisi təchizatının davam etdirilməsi üçün ötürücü və paylayıcı şəbəkələrin optimallaşdırılması, enerjidən səmərəli istifadə edilməsi məqsədi ilə bərpa olunan enerji mənbələrindən və elektromobillərdən istifadənin genişləndirilməsini özündə ehtiva edən “ağıllı şəhər” təcrübəsinə dair təqdimatlar nümayiş etdirilib.

Daha sonra müvafiq sahədə əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, məlumat və təcrübə mübadiləsi tədbirlərinin bundan sonra da davam etdirilməsinə qərar verilib.

Videokonfransda energetika nazirinin müavini Elnur Soltanov, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada, həmçinin “TEPSCO” şirkətinin rəhbərliyi iştirak ediblər.

 

 

 

Xocavənd rayonunun Hadrut qəsəbəsində Füzuli Poçt Filialının Müştəri Xidmətləri Şöbəsinin Poçt Agentliyi fəaliyyətə başlayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən işğaldan azad olunmuş bütün bölgələr üzrə telekommunikasiya infrastrukturunun bərpası istiqamətində hazırda şərait olan ərazilərdə müvafiq xidmətlər təşkil olunur, rabitə infrastrukturu qurulur, xidmətlər göstərilir.

Minalardan təmizlənən ərazilərdə tələbata uyğun poçt xidmətləri qurulub. Hazırda Füzuli və Cəbrayıl Poçt filialları tərəfindən işğaldan azad olunan həmin istiqamətlərdəki ərazilər üzrə hərbi hissələrə ünvanlanan poçt göndərişlərinin təyinat üzrə çatdırılması təmin edilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli və Hadrutda 5 ədəd modul tipli poçt şöbəsinin açılması üzrə işlər görülür. Gələcəkdə bütün bölgələr üzrə tələbata uyğun xüsusi poçt rabitəsinin və poçt xidmətlərinin təşkili üçün yeni poçt marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlanır.

Qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə işğaldan öncə 295 poçt şöbəsi fəaliyyət göstərib.

 

 

 

Bu gündən tələbələrin köçürülməsi prosesi başlanılır. Elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçirilir.

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən bugünədək 9 mindən çox tələbənin köçürülməsi həyata keçirilib. Portal vasitəsilə tələbə köçürülməsi xidməti ödənişsizdir.

 

 

 

 

 

 

Bu gündən tələbələrin köçürülməsi prosesi başlanılır. Elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçirilir.

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən bugünədək 9 mindən çox tələbənin köçürülməsi həyata keçirilib. Portal vasitəsilə tələbə köçürülməsi xidməti ödənişsizdir.

 

 

 

TƏBİB "WhatsApp" vasitəsilə Azərbaycanda uşaqların kütləvi şəkildə koronavirusa yoluxması ilə bağlı yayılan səs yazısı ilə bağlı açıqlama yayıb.

TƏBİB-dən daxil olan açıqlamada bildirilir ki, iddialara görə, koronavirusun müalicəsi üçün nəzərdə tutulan xəstəxanalar uşaqlar üçün çarpayılarla təchiz olunub. Səs yazısında bildirilir ki, koronavirusun yeni ştammı daha çox uşaqlar arasında yayılır və ölümə səbəb olur:

Ardını oxu...

Bu gündən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

 

 

 

Bu gündən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılır.

Bu barədə Prezidentin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib.

Ş.Mövsümov bildirib ki, Azərbaycan vaksinasiyanı ilk başlayan ölkələr arasındadır: "Bilirsiniz ki, dünyada əksər ölkələr hələ vaksinasiyaya başlamayb. Azərbaycan vaksinasiyaya başlayan ölkələr arasındadır. Eyni zamanda Azərbaycan ən yüksək keyfiyyətli vaksinlərin əldə olunmasına nail olub".

 

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada dövlət orqanları əməkdaşlarının muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim oğuz yurdunun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır. 2021-ci ildə də muzey ziyarətləri davam edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan Qarnizonu Qoşunlarında 2020-ci tədris ilinin nəticələri ilə bağlı yekun müşavirə keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, 2021-ci yeni tədris ilinə hazırlıq planına uyğun olaraq Naxçıvan Qarnizonu Qoşunlarında müxtəlif ixtisaslar üzrə toplantılar keçirilib. Kiçik komandir heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən toplantılarda müxtəlif ixtisaslı gizirlər və manqa komandirləri iştirak ediblər. Taqım komandirləri, bölük, batareya, tabor, divizion, birləşmə komandirləri və müavinləri ilə keçirilən toplantılarda zabitlərin ixtisas hazırlıqları yoxlanılıb.

Müxtəlif kateqoriyalı və ixtisaslı hərbi qulluqçularla keçirilən toplantılarda əsas diqqət 44 günlük Vətən müharibəsində iştirak edən bölmələrin təcrübəsinin öyrənilməsinə yönəldilib. Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən dərslər zamanı nəzərə çatdırılıb ki, “Təlimdə tər, döyüşdə zəfər” prinsipi ilə peşəkarlaşan hərbi qulluqçularımız döyüşlərdə “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarı ilə böyük əzmlə Şuşa şəhərinədək irəliləyiblər.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, yanvarın 30-da İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Naxçıvan Muxtar Respublikasına rəsmi səfərə gəlib. Nazir səfər proqramı çərçivəsində Naxçıvan şəhərində yerləşən “Qala” Məscid Kompleksində olub.  Burada qonağa məlumat verillib ki, muxtar respublikada dini-mənəvi dəyərlərə böyük ehtiramla yanaçılır, tarixi və dini abidələr bərpa olunur,  yeni məscidlər tikilir. Milli memarlıq üslubunda inşa olunan “Qala”  Məscid Kompleksi də bu istiqamətdə görülən işlərin davamıdır. 2000 nəfərin ibadət edə biləcəyi kompleksdə qız və oğlanlar üçün mədrəsələr, kitabxana, kəbin otağı və sair nəzərdə tutulub.

Ardını oxu...

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində yer alacaq türkiyəli heyət artıq Azərbaycandadır.

 Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

Ardını oxu...

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən nəşr olunmuş “Yaratmaq amalı” kitabının müəllifi, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli ilə gənc oxucuların görüşü təşkil olunub.
Naxçıvan şəhər “Saat Meydanı” turistik istirahət mərkəzində təşkil olunan görüşdə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış edərək muxtar respublikada aparılan uğurlu gənclər siyasətindən və bu istiqamətdə görülən işlərdən danışıb. Qeyd olunub ki, bu gün muxtar respublikada keçirilən kitab müzakirələri, təqdimatlar, gənclərlə görüşlərin təşkil olunması onların hərtərəfli inkişafında ən vacib faktordur. “Yaratmaq amalı” kitabını da gənclərin düzgün istiqamətləndirilməsi, muxtar respublikanın inkişaf tendensiyalarının müxtəlif janrlar vasitəsilə təqdim edilməsi baxımından dəyərli nümunələrdən hesab etmək olar. Məhz bunun nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə jurnalistlər üçün dərs vəsaiti kimi təqdim olunan kitablar sırasına “Yaratmaq amalı” kitabı da daxil olunub, Ali Məclisi Sədri ötən il noyabrın 21-də keçirilən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclasında gənclərin siyasi cəhətdən düzgün formalaşdırılması, partiya sıralarındakı nümunəvi gənclərin fəaliyyətinin təbliğ olunması və görüşlərin keçirilməsi barədə tapşırıqlar verib. Muxtar respublikada nəşr olunmuş kitablar sırasında Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibətilə nəşr olunan “Yaratmaq amalı”ndan da gənclərin vətənpərvərlik tərbiyəsində mənbə kimi istifadə olunması tövsiyə edilib. Kitabın gənc­lər arasında müzakirəsi də həmin tapşırıqların icrasına uyğun olaraq keçirilir.

“Yaratmaq amalı” kitabının müəllifi Sahil Tahirli çıxış edərək muxtar respublikanın sosial-iqtisadi, mədəni tarixi keçmişini bu günün mənzərələri ilə müqayisəli təhlil edərək yazdığı kitabdan vacib məqamları gənc oxucuların nəzərinə çatdırıb. Vurğulanıb ki, əsas motivi müqayisəli təhlil olan kitabda 40-dan artıq məqalə yer alıb. Məqalələrdə müasir dövrün çağırışları, çiçəklənən muxtar respublikanın bugünkü reallığı arqumentlərlə ortaya qoyulub.
Fəal gənc oxuculardan Hüseyn Kazımov kitabın gənclərə bir töhfə olmasından danışıb, kitabda yer alan publisistik nümunələrdən söz açıb.
Qeyd olunub ki, hərbi, quruculuq, gənclərlə iş, Naxçıvanın tarixi mədəni abidələri, turizm potensialı, təsərrüfat həyatı, icra olunan Dövlət proqramlarını əhatə edən siyasi, ictimai, rəsmi, publisist və satirik janrlarda yazılan məqalələr oxuculara baş verən hadisələrdən məlumatlar əldə etməklə yanaşı, bir yol xəritəsi rolunu da oynayır. Biz gəncləri oxuyub yaratmağa, öz vəzifəsini dərk etməyə səsləyir.
Görüşdə “Yaratmaq amalı” kitabındakı “Bizə çayxana lazımdır, yoxsa kitabxana?!” başlıqlı məqalə səsləndirilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Televiziyasının hazırladığı “Azərbaycanın ürəyidir Naxçıvan” filmi nümayiş olunduqdan sonra tədbir çay süfrəsi ətrafında davam etdirilib.
Müəllif, jurnalist Sahil Tahirli fəal gənclərə kitab hədiyyə edib.

 Türkan HÜSEYNLİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Sədri cənab Vasif Talıbovun təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin anadan olmasının 70 illik yubileyi muxtar respublikada geniş şəkildə qeyd edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 23 yanvar tarixli Sərəncamı ilə İsmayıl Hacıyevin “Şöhrət” ordeni, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2021-ci il 21 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilməsi isə milli elmimizin inkişafında xüsusi əməyi olanların fəaliyyətinə verilən yüksək dəyər, gənc elm adamları üçün isə böyük stimul oldu.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilib.
Əvvəlcə komissiyanın sədri Ramilə Seyidova gündəlikdə duran məsələlərlə bağlı məlumat vermişdir. Bildirmişdir ki, hesabat dövrü ərzində 1 uşaq övladlığa, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşamasının təmin olunması məqsədilə 12 uşaq isə qəyyumluq və ya himayəyə verilmişdir. Bundan əlavə, muxtar respublikada yaşayan hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 2 uşaq ali məktəbə qəbul olmuşdur.

Ardını oxu...

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR