15 Yanvar 2021, Cümə

Dekabrın 10-da keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.

Ardını oxu...

Vətən müharibəsində qazanılan Qələbə münasibətilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təşkilatçılığı ilə Əlahiddə Ümumqoşun Ordu Komandanlığının Tədris Mərkəzində əsgər və zabitlərin psixoloji hazırlıq vəziyyətinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə, Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Ardını oxu...

Azərbaycan xalqı qədim dövlətçilik ənənələrinə sahibdir. Xalqımız tarixin müxtəlif dövrlərində öz dövlətini yaratmağa nail olmuşdur. Aratta dövlətindən başlayaraq dövlətçilik ənənələrimiz fasiləyə uğramadan davam etmişdir. Gülüstan və Türkmənçay müqavilələrindən sonra xalqımızın dövlətçiliyi məhdudlaşdırılsa da, 1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan edərək üçrəngli bayrağını qaldırmışdır. 1920-1990-cı illərdə sovet imperiyasının tərkibində öz nisbi müstəqilliyini saxlayan Azərbaycan 1991-ci ildə imperiyanın parçalanmasından sonra yenidən müstəqilliyini elan etmişdir. Xalqımızın müstəqillik ideyalarının yaşadılmasında və yenidən bərpa edilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük rolu olmuşdur. Azərbaycanın müstəqillik uğrunda mübarizə apardığı dövrdə onun azadlıq və müstəqilliyinin simvolu olan üçrəngli bayraq 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qaldırılmışdır. Bu hadisəyə qiymət verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir”.

Ardını oxu...

 

 

 

“5 dekabr-Beynəlxalq Könüllülər Günü” ilə əlaqədar “Görüş yeri” kafesində könüllü gənclərlə görüş keçirilmişdir. Əvvəlcə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov gəncləri “5 dekabr-Beynəlxalq Könüllülər Günü” münasibətilə təbrik edərək bildirmişdir ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1985-ci il 17 dekabr  tarixli qətnaməsi ilə hər il dekabrın 5-i Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” 30 dekabr 2019-cu il tarixli Sərəncamı cari ildə ölkəmizdə, o cümlədən də muxtar respublikamızda könüllülük fəaliyyətinin təkmilləşdirilməsinə, gənclərin bu sahəyə marağının daha da artmasına səbəb oldu.

Sevindirici haldır ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi muxtar respublikamız könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır.

Daha sonra il ərzində keçirilən tədbirlərdə fəal iştirak edən könüllü gənclər diplom və qiymətli hədiyyələrlə təltif olunmuşlar.

Tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuşdur.

 

Naxçıvan Muxtar Respublikası

Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti

 

 

 

ATƏT-in Minsk qrupu vasitiəçi qrupdur, Fransa həmsədr ölkə olaraq vasitəçi kimi çıxış etməlidir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa parlamentinin qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnaməsini şərh edərkən deyib.

O bildirib ki, son addımları ilə Fransa vasitəçilik hüququnu itirib. Fransa ilk növbədə prezident Emmanuel Makrondan canını qurtarmalıdır:

“Makron Fransanın başına bəladır. Makronla Fransa əslində çox təhlükəli dövr yaşayır. Ümid edirəm, Fransa Makron bəlasından qurtulacaq. Əziz qardaşım İlham Əliyevin fransızlara bir tövsiyəsi oldu. O dedi ki, Fransa erməniləri bu qədər sevirsə, Marseli ermənilərə versin. Mən də eyni şeyi tövsiyə edirəm”.

 

 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 267 yeni yoluxma faktı qeydə alınıb, 2 566 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 138 000 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 83 800 nəfər müalicə olunaraq sağalıb, 1 551 nəfər vəfat edib, aktiv xəstə sayı 52 649 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 808, ötən müddət ərzində isə ümumilikdə 1 797 026 test aparılıb.

İstehsalat təcrübəsi müvafiq təhsil proqramlarının və ixtisaslı kadr hazırlığı prosesinin əsas tərkib hissəsidir.

Məlum olduğu kimi, muxtar respublikada  meliorasiya və su təsərrüfatı sahəsinin inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması və müdafiəsi ilə yanaşı, tələbələrin səmərəli istehsalat təcrübəsi keçməsi Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin diqqət yetirdiyi məsələlərdəndir.

2020-ci il 16 noyabr tarixində cəmiyyət və onun tabe təşkilatlarında Naxçıvan Dövlət Universitetinin Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisasının IV kurs tələbələrinin istehsalat təcrübəsi başlamışdır. Təcrübənin 7 həftə müddətində keçirilməsi nəzərdə tutulmuşdur.

Təcrübə keçən tələbələr cəmiyyətin və tabe təşkilatların hər bir struktur bölməsinin işi ilə tanış olur, iş prosesində iştirak edir, istehsalat texnologiyalarını, idarəetmə sistemlərini öyrənir, mütəxəssislərin təcrübələrindən faydalanırlar.

Ardını oxu...

Ermənistanın sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı və 44 gün ərzində davam edən döyüşlər müzəffər ordumuzun parlaq qələbəsi ilə nəticələndi. Döyüş əməliyyatı planlarının peşəkarlıqla hazırlanması, yüksək texnologiyaların tətbiqi, müxtəlif qoşun növlərinin fəaliyyətinin səmərəli əlaqələndirilməsi, havada mütləq üstünlüyün əldə edilməsi, ordumuzun manevr qabiliyyəti, digər taktiki və strateji üstünlüklər düşmənin xeyli sayda itkilər verərək geri çəkilməsinə səbəb oldu. Vətən müharibəsində könüllü olaraq döyüşə atılan mübariz igidlərimiz torpaqlarımızın azadlığı uğrunda son damla qanlarına qədər böyük şücaətlə döyüşdülər və bu baxımdan xüsusilə noyabrın 8-də Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biri, eyni zamanda ordumuzun zəfər günü kimi kimi yaddaşlara əbədi həkk olundu. 

Təbii ki, müharibəni itkisiz qazanmaq qeyri-mümkündür. Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilən rəsmi açıqlamaya əsasən Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Ardını oxu...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İran prezident Həsən Ruhani arasında telefon danışığı olub.

Bu barədə Türkiyənin Prezident Administrasiyası bildirib.

Danışıqlar zamanı prezidentlər Dağlıq Qarabağ məsələsini müzakirə edib. R.T.Ərdoğan bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yeni mərhələyə qədəm qoyub və əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təhdid yarada biləcək bütün addımlardan qaçmaq lazımdır

Türkiyə prezidenti vurğulayıb ki, Dağlıq Qarabağda sülh və sabitlik yeni imkanlar açacaq, region ölkələrinə, o cümlədən Ermənistana fayda verəcək.

 

 

 

 

 

 

Prezident İlham Əliyev Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızla bağlı paylaşım edib.

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində edilən paylaşımda “Şəhidlərimizi ehtiramla yad edirik!” deyə qeyd olunub.

 

 

 

Fransa Milli Assambleyasının əsassız və qərəzli qətnamə qəbul etməsi ilə bağlı Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq və Azərbaycan tərəfinin qəti etirazı qarşı tərəfin diqqətinə çatdırılacaq.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Fransa Milli Assambleyasının “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməni qəbul etməsi Fransa Parlamentinin növbəti tamamilə əsassız, qeyri-dost və təxribatçı fəaliyyətidir. Senatın ardınca Aşağı Palatanın qərəzli qətnamə qəbul etməsi Azərbaycana qarşı aparılan davamlı kampaniyadan xəbər verir:

"Qətnamənin adından da göründüyü kimi, reallıqla heç bir əlaqəsi olmayan, məsələyə dini çalarlar qatmaq istəyən Milli Assambleya üzvləri ermənipərəst mövqelərini süni əsaslandırma ilə təqdim etməyə çalışır.

Azərbaycan müxtəlif dini etiqad və etnik mənsubiyyətə malik insanların harmoniya və sülh şəraitində bir ailə kimi yaşadığı çox millətli və çox konfessiyalı dövlətdir. Biz Ermənistan-Azərbaycan münaqişəsini dinlərarası və sivilizasiyalarası toqquşma kimi qələmə vermək cəhdlərini rədd edir, sülh və təhlükəsizlik üçün ciddi təhdid olan bu cür yanaşmanı qətiyyətlə pisləyirik.

Ardını oxu...

Türkiyənin Azərbaycandakı səfirliyi şəhid olanlara görə başsağlığı verib.

Bu barədə səfirliyin sosial şəbəkə hesablarında paylaşım edilib.

"Azərbaycan ərazilərinin bütövlüyü uğrundan həyatını fəda edən 2 783 qardaşımızı rəhmətlə yad edərək yaralı qardaşlarımıza tezliklə sağalmalarını diləyir və “iki dövlət – bir millət” anlayışı ilə həmişə Azərbaycanın yanında olacağımızı bir daha qeyd edirik”, - deyə paylaşımda qeyd olunub.

 

 

 

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə əsası qoyulan və uğurla həyata keçirilən siyasət öz bəhrələrini verib. Ulu öndərin müəyyənləşdirdiyi həmin siyasət hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu sahədə qanunvericilik bazası daha da təkmilləşdirilir. 

Həmin tədbirlərin davamı kimi, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli Sərəncamının icrasına uyğun olaraq sağlamlıq imkanları məhdud şəxslər üçün sosial müavinətlər orta hesabla 100 faiz artırılıb. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə I dərəcəli sağlamlıq imkanları məhdud və ya bu kateqoriyadan olan 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.
Naxçıvan Muxtar Respublikasında da məhdud fiziki imkanlıların cəmiyyətə inteqrasiyası, onların həyat səviyyəsinin yüksəldilməsi, bu qəbildən olan şəxslərin sağlamlıqlarının qeydinə qalınması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Naxçıvan şəhərində Əlillərin Bərpa Mərkəzinin, Uşaq Bərpa Mərkəzinin və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyət göstərməsi bu kateqoriyadan olan şəxslərin müalicəsinin və reabilitasiyasının təşkilində mühüm əhəmiyyətə malikdir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində distant təhsil mərkəzinin yaradılması isə hərəkət qabiliyyəti məhdud şəxslərin təhsilə cəlbinə geniş imkanlar açıb.

Ardını oxu...

Daha bir qəhrəmanlıq dastanı tarix dərsliklərinin səhifələrində və millətin şüur yaddaşında qızıl hərflərlə yazılır. Amma bu dəfə yazanlar yazar və ya tarixçilər deyil, şanlı Azərbaycan əsgərləridir. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək, tarixi torpaqlarını azad etmək üçün Ali Baş Komandanın hər zaman dediyi sözü yerinə yetirdi: “Biz öz torpaqlarımızı hansı vasitələrlə olur olsun azad edəcəyik”. 

Bəli, Azərbaycan Ordusu 27 sentyabr 2020-ci il tarixdə erməni təxribatının qarşısını almaq və əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücum əməliyyatına başladı.
Düşməninsə ağlında, xəyalında 1990-cı illərdəki zəif silahlanmış ordu qalmışdı. Bu onların tarixi səhvi, dayaz düşüncələri idi. Və ilk günlərdən ordumuz bir-bir öz dədə-baba torpaqlarını azad etməyə başladı. Qısa müddətdə müharibənin gedişi o qədər sürətlənmişdi ki, düşmən çaş-baş qalıb, sadəcə, “taktiki gediş edib geri çəkilirik” cümləsini özləri üçün şüar etmişdi. Müharibənin gedişi istər düşmən tərəfdən, istərsə də dünya mediası tərəfindən hibrid müharibə, 5-ci nəsil müharibəsi kimi təsvir olunurdu. Bilirsinizmi niyə? Çünki o texnikanı, texnologiyanı idarə edən də məhz igid Azərbaycan oğulları idi. 1990-cı illərdə əliyalın xalqa divan tutan mənfur düşmən artıq anlayırdı ki, o illərdə qucaqda didərgin düşmüş körpələr bu gün tank belində, əldə silah öz yurd-yuvalarına qayıdırlar və bu sübut olunub ki, Vətən eşqilə edilən dava, mücadilə hər zaman Qələbə ilə başa çatır.

Ardını oxu...

Rusiya Qarabağda döyüş əməliyyatlarının tam dayandırılması ilə bağlı üçtərəfli bəyanatın ATƏT ölkələri tərəfindən daha fəal dəstəklənməsinə ümid edir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT XİN Şurasının iclasında deyib.

O bildirib ki, təşkilatın münaqişələrin tənzimlənməsində potensialına tələbat var:

"ATƏT məkanında böhran vəziyyətlərinin həlli üzrə əldə olunan razılaşmalara üzv-ölkələr tərəfindən daha çox dəstək görməlidir. Bu yanaşmanı Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı da gözləyirik. Biz ATƏT Minsk qrupunun üç həmsədri ilə əməkdaşlığı qiymətləndiriririk".

 

 

 

 

Qarabağ üzrə razılaşma Ankara və Yerevan arasında münasibətlərə müsbət təsir edə bilər.

Bu barədə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının video-konfrans formasında keçirilən 27-ci iclasında çıxış edərkən deyib.

“Biz Qarabağda münaqişəyə Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla, beynəlxalq prinsiplər əsasında son qoymağa yönəlmiş bütün cəhdləri dəstəkləyirik. Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan razılaşma 30 ildən sonra sülhün bərqərar olunması üçün real imkanlar yaradır. Bu, regional sabitliyə, həmçinin Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir göstərə bilər”, - deyə Mövlud Çavuşoğlu bildirib.

 

 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 189 yeni yoluxma faktı qeydə alınıb, 2 072 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 133 733 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 81 234 nəfər müalicə olunaraq sağalıb, 1 510 nəfər vəfat edib, aktiv xəstə sayı 50 989 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 609, bu günə qədər isə ümumilikdə 1 781 218 test icra olunub.

 

 

 

Ermənistanın 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına və şücaətlə döyüşərək Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirmiş, illər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu mürəkkəb konstruksiyalı mühəndis-istehkam və bunker sistemlərini darmadağın etmiş, bir neçə eşelondan ibarət və sıx şəkildə minalanmış müdafiə xətlərini yararaq torpaqlarımızı işğaldan azad etmişdir.

Rəşadətli və qorxmaz əsgər və zabitlərimiz əksər strateji yüksəkliklərin, əlverişli döyüş mövqelərinin Ermənistan silahlı qüvvələrinin əlində olması, Ermənistanın çoxsaylı artilleriya, yaylım atəşli reaktiv sistemləri və minaatan qurğularından ibarət sıx atəş zərbələri altında və çətin coğrafi relyef və iqlim şəraitində döyüş apararaq Ermənistanı məğlub etməyə müvəffəq olmuşdur.

Ardını oxu...

Həll edilməmiş münaqişələr sülh və sabitliyə təhdidlər yaradır. Buna görə də münaqişələr ikili standratlar tətbiq edilmədən Helsinki Yekun Aktının prinsipləri əsasında həll edilməlidir.

Bunu Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının iclasında deyib.

C.Bayramov bildirib ki, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanan bəyanat 10 illiklərdən bəri davam edən Dağlıq Qarabağ münaqisinə son qoymuş oldu.

Ardını oxu...

İşğaldan azad edilən Kəlbəcər və Laçın rayonlarına komendantlar təyin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Laçın Polis Şöbəsinin rəisi, polis polkovniki Adil Əliyev Laçına, Kəlbəcər rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Haqverdi Əkbərov isə Kəlbəcər rayonuna komendant təyin ediliblər.

 

 

 

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub.

Müdafiə Nazirliyindn verilən məlumata görə, onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

 

 

 

Rəşadətli və qorxmaz əsgər və zabitlərimiz əksər strateji yüksəkliklərin, əlverişli döyüş mövqelərinin Ermənistan silahlı qüvvələrinin əlində olması, Ermənistanın çoxsaylı artilleriya, yaylım atəşli reaktiv sistemləri və minaatan qurğularından ibarət sıx atəş zərbələri altında və çətin coğrafi relyef və iqlim şəraitində döyüş apararaq Ermənistanı məğlub etməyə müvəffəq olmuşdur.

Bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biridir.

30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. Döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması, yüksək texnologiyaların tətbiqi, müxtəlif qoşun növlərinin fəaliyyətinin səmərəli əlaqələndirilməsi, havada mütləq üstünlüyün əldə edilməsi, ordumuzun manevr qabiliyyəti və digər taktiki və strateji üstünlükləri şəxsi heyətin sıralarında itkilərimizi əsaslı dərəcədə azaltmışdır. Amma müharibə itkisiz olmur.

 

 

 

 

Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir.

Bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd edək ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuşdur. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

 

 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinin tarixi məlum olub.

Səfər 9-10 dekabrda baş tutacaq.

 

 

 

Sentyabrın 27-dən başlayaraq müzəffər Azərbaycan ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizlik tədbirləri gücləndirilir.

Ardını oxu...

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub.

 

 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək.

Bu barədə  diplomatik mənbələrdən məlumat verilib.

Qeyd olunub ki, hazırda Rəcəb Tayyib Ərdoğanın Bakıya gəlməsi üçün hazırlıq işləri görülür. Səfərin önümüzdəki həftə ərzində baş tutacağı gözlənilir.

 

 

 

Ermənilərin işğal etdiyi ərazilərdə törədilən yanğınlar torpağın üst münbit qatının sıradan çıxmasından əlavə, burada məskunlaşan heyvanların yanmasına, quş yumurtalarının, balalarının tələfatına, növlərin və ya onların fərd sayının kəskin azalmasına gətirib çıxarıb.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova deyib.

Onun sözlərnə görə, Kiçik Qafqazın böyük ərazisinin Ermənistan tərəfindən işğalı, burada aparılan hərbi əməliyyatlar və işğalçıların qadağan edilmiş silahlardan istifadəsi nəticəsində meşə ərazilərində qiymətli fıstıq, cökə, vələs, palıd ağacları (xüsusən nadir ayıfındığı və qırmızı palıd ağacları mebel, sonuncu həmçinin spirt istehsalı, çinar və s. tikinti materialı, yüngül, daşınması asan və daha çox istilik verən tozağacı meşələri yanacaq məqsədilə) talan edilərək Ermənistana daşınıb, təbii bitkiliklər meşə və bağ sahələri dəfələrlə yandırılıb. Tozağacı meşələrinin qırılması nəticəsində buranın sakinləri olan endemik növlər – Qafqaz tetrası və Xəzər uları yaşayış yerlərindən məhrum olub.

Ardını oxu...

Azərbaycan Müdafiə Nazirliyi Laçın şəhərinin videogörüntülərini yayıb.

Həmin videogörüntüləri təqdim edirik.

Ardını oxu...

Laçında alban xristian memarlığının ən möhtəşəm incilərindən olan Ağoğlan məbədinin üzərində alban dövrünə aid ornamentlər silinib, abidənin üzərində erməni dilində 26 ədəd saxta "tarixi" lövhə yerləşdirilib.

Bunu  AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

Onun sözlərinə görə, kompleksin ərazisində Ermənistanda istehsal olunan və qədimlik görkəmi verilən, məbədə və əraziyə heç bir aidiyyəti olmayan xaçdaşları basdırılıb.

E.Kəlbizadə bildirib ki, Ağoğlan məbədinin erməniləşdirilməsi prosesinə 1992-ci ildə işğaldan dərhal sonra başlanılıb: “Laçın rayonunun tarixi abidələri ermənilər tərəfindən məhv edilib. Rayonun ərazisindəki Məlik Əjdər türbəsi, Sultan Baba piri və digər ziyarətgahlar baxımsız vəziyyətdə qalıb, abidələr dağıdılıb. İşğaldan əvvəl rayon ərazisində geniş yayılmış daş heykəlləri, xüsusən qoç və at fiqurlarının bir qismi ermənilər tərəfindən oğurlanıb, bir qismi isə məhv edilib. Bununla yanaşı, 1989-cu ildə ümumittifaq muzeylərə baxış müsabiqəsinin qalibi olmuş Laçın Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin binası və 10 mindən artıq eksponatı məhv edilib və aparılması mümkün olanlar isə daşınıb”.

Ardını oxu...

Bu güc həm də Azərbaycanın mənəvi qalibiyyətini təmin etdi

(II yazı)


10 noyabr 2020-ci il. Bu tarix Azərbaycana qarşı aparılan ədalətsiz bir savaşda  Xeyrin Şər üzərində qələbə çaldığı gündür. Bu Qələbə Azərbaycan əsgərinin gücü, Ali Baş Komandanımızın qətiyyəti, böyük siyasi iradəsi ilə qazanıldı. Elə buna görədir ki, 28 ildir, işğal altında olan ərazilərimizin böyük, həm də strateji əhəmiyyətli hissələri ordumuzun qəhrəman övladlarının yüksək döyüş bacarıqları sayəsində azad olundu. Təbii ki, II Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbə təkcə hərbi və siyasi deyil, həm də mənəvi baxımdan əhəmiyyət daşıyır.   

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində çalışan işçilərin peşəkarlığının obyektiv qiymətləndirilməsi, tutduqları vəzifələrə uyğunluğunun müəyyənləşdirilməsi və gələcək inkişaflarının təmin edilməsi məqsədilə dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən onların attestasiyası üzrə test imtahanı keçirilmişdir.

Ardını oxu...

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz silahlı birləşmələr, terrorçu dəstələr halında döyüşlərə cəlb edilmələri ilə bağlı çoxsaylı faktlara dair kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən xəbər veririk ki, aparılan araşdırmalarla Livan Respublikasının vətəndaşı Viken Eulcekcianın, həmin ölkənin digər vətəndaşı Hovak Kikiyan, habelə ayrı-ayrı xarici ölkə vətəndaşları ilə birgə qabaqcadan razılaşdırılmış konkret muzd müqabilində Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmələrinə və terrorçuluq əməlləri törətmələrinə əsaslı şübhələr yaranmışdır.

Ardını oxu...

Azərbaycanlı qardaşlarımızla təlim və hazırlıqla bağlı əməkdaşlığımız davam edir.

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Türkiyə bu məsələlərdə əlindən gələn bütün köməyi Azərbaycana göstərməyə davam edəcək:

“Biz sona qədər azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində yanında olacağıq. Buna heç kimin şübhəsi olmasın”.

 

 

 

Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaşayış məntəqələrini atəşə tutması nəticəsində Füzuli və Cəbrayıl rayonlarına dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi başa çatıb.

Bu barədə açıqlamasında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının üzvü İsmayıl Zeynalov deyib. O bildirib ki, komissiya üzvləri artıq Cəbrayıl və Füzuli rayonlarına dəymiş ziyanı müəyyənləşdirib: "Cəbrayıl rayonunda Cocuq Mərcanlı kəndində 47 evə ziyan dəyib. Onlardan 41-i fərdi ev, 3-ü sahibkarlıq obyekti, 1-i məktəb, 2-si isə inzibati binadır. Cəbrayıl rayonunda tam dağılan ev yoxdur, amma təmirə ehtiyacı var.

Füzuli rayonunun işğal edilməyən hissəsində azərbaycanlıların yaşadığı 348 fərdi evə baxış keçirilib ki, onlardan 12 ev tam olaraq dağıdılıb. Bundan başqa, rayon ərazisində məktəb, inzibati bina və sahibkarlıq subyektlərinə də ziyan dəyib. Ümumilikdə, rayon ərazisində 374 ev və obyektə ziyan dəyib, 6 maşın istifadəyə yarasız vəziyyətə düşüb, 488 ev quşu tələf olub".

 

 

 

 

Azərbaycan Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Qarabağda yerləşən xristian irsinin qorunmasına və bu irsin UNESCO-nun Dünya irsi siyahısına salınmasına kömək göstərilməsi ilə bağlı UNESCO-ya müraciət edən Rusiyanın mədəniyyət xadimlərinə məktub göndərib.

Nazirlikdən verilən məlumata görə, Rusiyanın ictimai xadimlərinin Dağlıq Qarabağda və ətraf rayonlarda erməni işğalı zamanı çoxsaylı müsəlman irsi abidələrinin dağıdılmasına baxmayaraq, müraciətdə yalnız xristian irsi haqqında bəhs edilməsi, eləcə də Azərbaycan ərazisindəki bütün tarixi, mədəni, dini irsin heç bir ayrı-seçkilik qoyulmadan dövlət tərəfindən qorunması və hökumətin bu məsələyə çox ciddi yanaşması nəzərə alınmayaraq, müraciətin birbaşa UNESCO-ya ünvanlanması onun qərəzli və məqsədli şəkildə hazırlandığını və ölkəmizə qarşı qarayaxma kampaniyasının bir hissəsi olduğunu göstərir.

Məktubda öncə Ermənistan tərəfindən uzun müddət işğal altında saxlanılmış Azərbaycan ərazilərində mədəni irsimizin dağıdılması, əksər hallarda həm müsəlman, həm də xristian irsinin məhv edilməsi haqqında məlumatlar əks olunub. Eyni zamanda Azərbaycanın müxtəlif şəhərlərində yerləşən həm dini (müsəlman, xristian, yəhudi), həm də mədəni irsin dövlət tərəfindən qorunması ilə bağlı faktlar diqqətə çatdırılıb.

Bundan əlavə, rusiyalı mədəniyyət xadimlərinə qeyd etdikləri narahatçılıqla bağlı Azərbaycan Hökumətinə deyil, birbaşa UNESCO-ya müraciət ünvanlamalarına görə irad bildirilib və onlara erməni təbliğatının qurbanı olmamaq tövsiyə edilib.

 Məktubun sonunda müraciəti imzalamış mədəniyyət xadimləri işğaldan azad olunmuş ərazilərdə 30 ilə yaxın davam etmiş dağıdıcılıq və talançılığın nəticələrini, həmçinin ölkəmizdə mədəni irsə necə qayğı göstərildiyini görmək üçün Azərbaycana dəvət olunublar.

Qeyd etmək lazımdır ki, UNESCO-ya göndərilən müraciət bir sıra tanınmış şəxslər və mədəniyyət xadimləri tərəfindən də birmənalı qarşılanmayıb və çoxsaylı tənqidə məruz qalıb.

 

 

 

Hazırda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır.

Bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, tezliklə həmin mərkəzdə nəzarət prosesi başlayacaq:

"Çox qısa bir müddətdə yoldaşlarımız orada vəzifə başına keçəcək. Türkiyə və Rusiya zabitləri atəşkəsin müşahidəsi üçün birlikdə fəaliyyət göstərəcək".

Ev şəraitində müalicə olunan COVİD xəstəsi ailə üzvləri üçün real infeksiya mənbəyidir.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə TƏBİB-in nümayəndəsi, Tibb Universitetinin professoru Akif Qurbanov deyib.

Onun sözlərinə görə, ailə üzvləri həmin xəstədən özünü qorumalıdır: "Ev şəraitində müalicə olunan şəxs ailə üzvlərindən təcrid olunmalıdır. Həmin şəxs həkim məsləhətlərinə ciddi əməl etməlidir ki, ailə üzvləri yoluxmasın. Əks halda infeksiya ailə üzvlərinə yoluxa bilər. Bu prosesə nəzarət edilməlidir".

 

 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 942 yeni yoluxma faktı qeydə alınıb, 2 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Operativ Qərargahın birifinqdə TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib:

"İndiyədək ölkədə ümumilikdə 129 544 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 79 162 nəfər müalicə olunaraq sağalıb, 1 470 nəfər vəfat edib, aktiv xəstə sayı 48 912 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 411 ötən müddət ərzində isə ümumilikdə 1 763 609 test aparılıb".

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirir.

Brifinqdə Operativ Qərargahın nümayəndələri - TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva, Tibb Universitetinin professoru Akif Qurbanov və Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev jurnalistləri maraqlandıran suallara cavab verir.

Qeyd edək ki, son sutka ərzində Azərbaycanda 4 426 nəfər COVID-19-a yoluxub, 1 995 nəfər sağalıb, 41nəfər vəfat edib. Aktiv xəstə sayı isə 47 272-dir.

 

 

 

“Bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 dekabr tarixli Sərəncamının icrasının sürətləndirilməsi məqsədilə Müdafiə Nazirliyi vətəndaşlara müvafiq sənədləşməni aşağıdakı qaydada həyata keçirməyi tövsiyə edir.

Bu barədə nazirlikdən məlumat verilib.

Səfərbərlikdən tərxisedilmə ilə əlaqədar hərbi qulluqçuların aşağıda göstərilən kateqoriyalara aid olmasını təsdiq edən sənədlərin (surətləri notarial qaydada təsdiq olunmuş) Azərbaycan Ordusunun müvafiq hərbi hissələrinə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə təqdim olunması xahiş olunur:

- üç və ya daha çox uşağı olan;

Ardını oxu...

 

 

 

Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi möhtəşəm zəfərlə bağlı qardaş Azərbaycan xalqını təbrik edirik.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu zəfər başucalığı ilə yanaşı, həm Azərbaycan, həm də Türkiyə üçün qürurvericidir

 

 

 

İnnovasiyalar Agentliyi Türkiyənin ən böyük sənaye bölgələrindən birində yerləşən, 130 texnologiya şirkətinə dəstək göstərən “GOSB” texnoparkı ilə memerandum imzalayıb.

Agentlikdən verilən məlumata görə, memorandumda hər iki tərəfin gələcək birgə fəaliyyətini əks etdirən bəndlər qeyd olunub. Azərbaycanda texnologiya bilikləri səviyyəsinin artırılması və gənc mütəxəssislərin yetişdirilməsi məqsədi ilə mütəmadi olaraq akselerasiya programlarının, texnologiya transferi proqramlarının, bilik və təcrübələrin paylaşılması planlaşdırılır.

Bunun üçün qarşılıqlı seminar, təlim və konfranslar təşkil ediləcək, ən əsası isə müştərək Yüksək Texnologiyalar Parkı yaradılacaq. Parkda ən son “soft” və “hard” elmi araşdırmaların aparılması, eyni zamanda yüksək texnoloji cihazların istehsalı planlaşdırılır. Mütəmadi təşkil olunacaq kampuslarda isə gənclərimizin və İKT sahəsinin mütəxəssislərinin bir-biri ilə ünsiyyətdə olmaları, təcrübələrini bölüşmələri və yeni ideyalarını həyata keçirmələri üçün mühit yaradılacaq.

 

 

 

Oçerk

O, güləndə dünya da gülürdü, el də, oba da, ev də, eşik də. Deyirdi dünyanı gülmək xilas edəcək. Dünyanı etməsə də ən azından ona bir köməkliyi dəyəcək. Gülmək ən sevdiyi əyləncəsi idi. Onu tanıyanlar onu “gülən siması” ilə xatırlayır. Bir də qoçaqlığı, çevikliyi, gözüqara dəlisovluğu ilə. Söhbət Zamandan gedir. Zaman Məmmədovdan: Günnüt zəfərində payı olan, Türkiyə Cümhuriyyətində təşkil olunan döyüş təlimlərində göstərdiyi məharətə görə 18 dövləti təmsil edən heyət arasında birinciliyi əldə edən, Naxçıvan “N” hərbi hissənin xüsusi təyinatlısı, eyni zamanda II Qarabağ döyüşlərinin ön cəbhə təyinatlısı, şəhid və sair və ilaxır (yazıda sadalanacaq daha çox məqam var).  Kəngərli rayon Şahtaxtı kəndində Zamanın boya-başa çatdığı evin qapısını döymək üçün çox götür-qoy edirəm. Ürək eləmirəm qapını döyməyə, sorğu-sual etməyə. Bir tərəfdən də qürur duyuram ki, belə igidin qapısının qarşısında dayanmışam, ailəsini tanımağa, onların dilindən Zamanı tanıtmağa gəlmişəm. Hələ adını eşidəndən, video görüntülərdə tanıyandan onu Milli qəhrəmanımız Yusif Mirzəyevə bənzədirdim. Bütün mərdliyi onu xatırladırdı. Elə bu səbəbdən birinci ondan (hələ yazacaq minlərlə belə mərd oğullarımız var) yazmaq istədim. Onu tanımaq və tanıtmaq istədim. Şəhid evinin qonağı olub “Onu layiq olduğu kimi oxucularıma təqdim edə biləcəyəmmi?” sualı da düşündürmür desəm, səmimi olmaram. Belə düşünsəm də mütləq cəsarət toplayıb, şəhid evinin qapısını döyürəm… Sizi Zaman haqqında aldığım müsahibə ilə baş-başa buraxıram...

Günnütlə gələn zəfər, Qarabağın qələbəsi ilə bitdi…

Ardını oxu...

Azərbaycan Respublikasının onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində suveren ərazisinə edilən səfərlər ilə bağlı rəsmi mövqeyi bəllidir və bu mövqe dəyişilməz olaraq qalır.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa Parlamentinin bir qrup üzvünün Ermənistan və Dağlıq Qarabağa səfər edəcəyi, eləcə də burada görüşlər keçirərək, mövcud olan humanitar vəziyyəti yerindəcə qiymətləndirməyi planlaşdırdıqları barədə erməni KİV-lərində yayılan məlumatı şərh edərkən deyib.

L.Abdullayeva bildirib ki, Azərbaycan ərazisinə, o cümlədən onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan Hökuməti ilə razılaşdırılmalıdır:

"Azərbaycanın qanunvericiliyini pozan şəxslər müvafiq sanksiyalarla üzləşirlər və onların gələcəkdə Azərbaycan ərazisinə səfərləri məhdudlaşdırılır".

 

 

 

Azərbaycanın işğaldan azad olunan ərazilər ilə digər şəhərlərin əlaqələndirilməsi üçün yeni marşrut xətləri açılacaq.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə əhalinin yenidən məskunlaşması üçün inşa ediləcək kənd və qəsəbələrə ilkin olaraq hər rayon üçün sərnişindaşıma fəaliyyəti göstərilməsi məqsədilə rayon mərkəzlərini nisbətən böyük kənd və qəsəbələrlə əlaqələndirən, həmçinin Bakı şəhəri və digər şəhərləri (Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Bərdə, Tərtər və s.) həmin rayonların mərkəzləri ilə əlaqələndirən müntəzəm rayondaxili (şəhərdaxili) və müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma marşrutunun təşkil edilməsi nəzərdə tutulur.

Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra burada həyat yenidən canlanacaq, yeni iqtisadi sahələr yaradılacaq və müntəzəm sərnişindaşıma marşrutlarının sayı sərnişin axınına uyğun olaraq təkmilləşdiriləcək və zərurət yarandıqca yenidən təşkil ediləcək.

 

 

 

Azərbaycan dövləti Qarabağ və ətraf rayonlardakı kəhrizləri hazırkı ağır vəziyyətdən xilas edəcək.

Bunu açıqlamasında İranda UNESCO-nun aparıcı su mərkəzi olan Beynəlxalq Kəhrizlər və Tarixi Hidravlik Quruluşlar Mərkəzinin baş tədqiqatçısı Məcid Ləbbaf Xaniki deyib.

M.Ləbbaf Xanikinin sözlərinə görə, Azərbaycanın bu kəhrizləri daha yaxşı vəziyyətə gətirmək üçün yetərincə potensialı var.

İranlı mütəxəssis bildirib ki, Azərbaycanın Bakı, Gəncə və Naxçıvan universitetlərində kifayət qədər peşəkar mütəxəssislər var: “Bu mütəxəssislər kəhrizlərin qazıntısı, onların qorunmasını çox yaxşı şəkildə bacarırlar”.

Mərkəz tədqiqatçısı qeyd edib ki, Azərbaycanın xeyli sayda qədim kəhrizləri var: "Azərbaycanı kəhrizlərin beşiyi olan ölkələrdən adlandırmaq olar".

 

 

 

Ümumtəhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirilmiş aksiyada toplanan eksponatlar Mədəniyyət Nazirliyinə təqdim edilib.
Tədbiri Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov açaraq bildirib ki, ümumtəhsil məktəblərində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında aksiyaların keçirilməsində əsas məqsəd tariximizin öyrənilməsi ilə yanaşı, onun qorunması və yaşadılması istiqamətində müəllim və şagirdləri fəal iştirakçıya çevirmək, onlara qədim maddi mədəniyyət nümunələrini toplayaraq muzeylərin zənginləşdirilməsi işinin vətəndaşlıq borcu olduğunu aşılamaqdır.
Qeyd edilmişdir ki, aksiya təhsil ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmış, qədim maddi mədəniyyət nümunələri, o cümlədən şəxsi kolleksiyalarda olan tarixi və bədii əhəmiyyət daşıyan 463 eksponat müəllim və şagirdlərimiz tərəfindən toplanaraq bir araya gətirilmişdir. Bunlara toxuculuq məmulatları, məişət əşyaları, təsərrüfat alətləri, daş əmək alətləri, pul nümunələri və digər məmulatlar aiddir.

Ardını oxu...

Əbədiyyətə qovuşduğu vaxtdan qırx gün keçən, Şərur rayon Çomaxtur kəndindən Hadruta qədər uzanan şərəfli yolun qəhrəmanı Zülal Mədətlinin əziz xatirəsinə...

Günlərdir, ancaq fotolarda görürəm köksündə gəzdirdiyin üçrəngli bayraqla, güllərlə bəzənən məzarını. İnana bilmirəm sənin bir ovuc torpağa sığdığına. Axı sən bu boyda dünyaya sığmırdın, hamımızdan seçilirdin. Yaşda balaca olmağına baxmayaraq, bütün uşaqlardan çevik idin. Kimin isə haqqı tapdananda özündən böyük uşaqların belə, üstünə atılmaqdan çəkinmirdin, qorxmurdun heç nədən. Sıranı həmişə pozurdun, qabağa keçirdin. Elə indi də keçdin, hamıdan öndə sinəni sipər etdin Vətənə. Yadındamı? Hələ Türkiyədə yaşadığın vaxtlar deyirdin qayıdan kimi orduya yazılacam. Bəsdir, daha burada qaldım, bir az da gəlim Naxçıvanın dağının-daşının ətrini alım. Qayıdan kimi də dediyini etdin. Geyindin o çox sevdiyin formanı. Nə tez-tez baxırdın özünə güzgüdə? Haqlı idin öyünməkdə! İgid, cəsur görkəminə yamanca yaraşırdı hərbi forman. Bir arzun da var idi: “Gedib o qansızların nəfəsini kəsim, ya qalib, ya qazi, ya da ki, şəhid olum. Təki bu dərd bitsin. Axı biz bitirməsək, gərək bizim balalarımız bitirə. Onlara qalmasın, bizim nəsil alsın haqqını, gələcək nəsillərə qalmasın. Mən döyüşməsəm, biz döyüşməsək, canımızı verib bu münaqişəni bitirməsək, gərək bizim balalarımız bitirə”.

Ardını oxu...

Bildiyimiz kimi, sentyabrın 27-də düşmən ölkənin hərbi birləşmələrinin cəbhəboyu həyata keçirdiyi növbəti təxribatdan sonra ordumuzun bölmələri tərəfindən əks-hücum əməliyyatı yerinə yetirildi və 44 gün ərzində davam edən döyüşlər nəticəsində işğal altında qalan torpaqlarımızın böyük bir qismi erməni tapdağından azad oldu. Ard-arda işğaldan təmizlənən torpaqlarımızda üçrəngli bayrağımız dalğalandı, Şuşanın azad edilməsindən sonra Böyük Qələbəmizin imzası atıldı.

Ardını oxu...

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR