15 Yanvar 2021, Cümə

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 219 yeni yoluxma faktı qeydə alınıb, 3 562 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.


44 günlük qalibiyyətli Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edən ordumuz şanlı Zəfərini bu gün Bakının Azadlıq meydanından dünyaya nümayiş etdirdi.

Zəfər paradında polkovnik Səid İsayevin başçılıq etdiyi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlıları və ilk dəfə olaraq general-mayor Məhəmməd Həsənovun başçılıq etdiyi Heydər Əliyev adına Hərbi Liseyin kursantları da keçid edib.

Ardını oxu...

Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla iştirakı ilə qalib ölkə kimi keçirdiyi Qələbə Paradı qəhrəmanlıq salnaməmizin nadir tarixi hadisəsidir.

Bunu AMEA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli deyib.

Ardını oxu...

Bu gün Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradına Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları da gətirilib.

Paradda Azərbaycan və Türkiyə dövlət başçılarının çıxışlarından sonra Zəfər paradı başladı. Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları Azadlıq meydanına gətirildi.

Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Məmmədovun başçılıq etdiyi döyüş bayraqdarları qrupu Böyük Qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanına gətirdi.

Ardını oxu...

Azərbaycan 30 ilə yaxın işğal altında yaşayırdı. 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olub.

Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: “Əslində, Ermənistanın aqresiv təcavüzkar siyasəti hələ 80-ci illərin sonlarından başlamışdır. O vaxt indiki Ermənistan respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb”.

 

 

 

İnanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dastan yazmağa davam edəcək.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Zəfər paradında deyib.

R.Ərdoğan bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq: “Türkiyə olaraq Azərbaycanla münasibətlərimizdə hər zaman ulu öndər Heydər Əliyevin “iki millət, tək dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün əziz ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik.

Qarabağın 30 il işğalda qalmasını qəlbimizdə yara bildik. Bu gün də Qarabağın azad edilməsini birlikdə qeyd edirik.

Bu zəfər günündə sizinlə bərabər olmaqdan böyük fəxr duyuruq. Əziz qardaşım İlham Əliyevə dəvəti və qonaqpərvərliyi üçün təşəkkürümü bildirirəm. 44 günlük müharibədə şəhidlərə rəhmət, qazilərə şəfa diləyirəm”.

 

 

 


Ermənistan hakimiyyətləri xalqın resurslarını Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün xərcləyiblər.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Zəfər paradında deyib.

R.Ərdoğan deyib ki, Ermənistandan cəsur addımlar atmasını gözləyirik: “Ermənilərin diaspor əsarətindən qurtarmasını, düşmənçilik yerinə yaxşı qonşuluq münasibəti göstərməsini arzulayırıq. Erməni xalqı Qarabağda baş verən hadisələrdən nəticə çıxaracaqsa, bu, bölgədə yeni dönəmin başlamasına səbəb olacaq”.

Paradların birində mən demişdim ki, 2016-cı ildə Lələtəpədə qaldırılan bayraq gətiriləcək və gün gələcək azad olunan torpaqlarda qaldırılan Şanlı Bayraq bura gətiriləcək!

Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün Bakının Azadlıq Meydanında keçirilən Zəfər paradında çıxışı zamanı deyib.

 

 

 

Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir.

Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün Bakının Azadlıq Meydanında keçirilən Zəfər paradında çıxışı zamanı deyib.

Ardını oxu...

 

Ermənistandan ələ keçirilən hərbi texnikaların və avtomobillərin nömrələrindən hazırlanmış lövhə Azadlıq Meydanındadır.

Bir neçə müddət öncə sosial şəbəkələrdə Kəlbəcərdə ermənilərin Azərbaycana məxsus avtomobil nömrələrindən hazırladıqları lövhə gündəmə gəlmişdi.

 İndi isə Azadlıq Meydanında Ermənistanın ələ keçirilən hərbi texnika və avtomobillərinin nömrələrindən ibarət lövhə hazırlanıb. Hazırlanmış lövhənin üzərində isə "Qarabağ Azərbaycandır!" yazılıb.

 

 

 

 

“Tək Vətən Hərəkatını uğurla icra edən və Qarabağda böyük zəfər qazanan azərbaycanlı qardaşlarımızı təbrik edirik”.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bu gün Bakıda keçiriləcək Zəfər paradı ilə bağlı “Twitter”dəki paylaşımında bildirilib.

Ardını oxu...

AZAL uçuşlarla bağlı məlumat yayıb.

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən bildirilib ki, 31 yanvar 2021-ci il tarixədək Azərbaycan Respublikasının bütün hava limanları müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır. 

Karantin dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi ilə xüsusi reyslərinin yerinə yetirilməsi davam etdirilir.

Ermənistanın törətdiyi vəhşiliklər, o cümlədən Xocalı soyqırımı hələ də yaddaşlarda qalmaqdadır.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə parlamentində çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistanın sentyabrın 27-də mülki obyektlərə zərbə endirməsi səbri daşıran son damla olub: “Azərbaycan Ermənistanın işğal etdiyi əraziləri azad etmək üçün hərəkətə keçib və "Tək Vətən Hərəkat Planı"nı işə salıb. 44 gün davam edən, ancaq 44 il və ondan sonra da barəsində danışılacaq zəfərlə nəticələnən hərəkatla Azərbaycan torpaqları Ermənistanın işğalından qurtarılıb və 10 noyabrda atəşkəs bəyanatı imzalanıb. Cənab Prezidentimiz Rusiya Prezidenti Putinlə atəşkəsin şərtləri və davamlı olması ilə bağlı danışıqlar apararaq atəşkəs bəyanatına lazımi dəstəyi təmin edib”.

Ardını oxu...

Ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçularına "Azərbaycanın Milli Qəhrəmanı", "Vətən Müharibəsi Qəhramanı" adı verildi, bir qrup hərbi qulluqçu isə "Zəfər" və "Qarabağ" ordeni ilə təltif olundu.

Təltif olunmalar bununla yekunlaşmır. Bundan sonra da döyüşlərdə iştirak etmiş hərbi qulluqçular təltif olunacaqlar.

Qələbəyə görə veriləcək medalları təqdim edirik:

"Cəsur döyüşçü" medalı;

"Döyüşdə fərqlənməyə görə" medalı;

Ardını oxu...

 

 

 

 

Bu gün Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad keçiriləcək.

Bakının Azadlıq Meydanında keçiriləcək “Zəfər paradı”nda 3000 nəfərdən artıq şəxsi heyətin iştirakı, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlərin nümayiş etdirilməsi nəzərdə tutulur.

Paradda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdiriləcək.

 

 

 

 

1948-ci il dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi İnsan Hüquqları haqqında Ümumi Bəyannamə qəbul etmişdir. Həmin tarixdən etibarən hər il dekabrın 10-u bütün dünyada “İnsan Hüquqları Günü” kimi qeyd olunur.
Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan müstəqil Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı islahatlar, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində baş verən köklü dəyişikliklər ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər tərəfindən həyata keçirilmiş hüquq islahatları Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş yeni hüquq sisteminin formalaşmasına zəmin yaratmışdır. Ölkəyə rəhbərlik etdiyi dövrlərdə insan hüquq və azadlıqlarının qorunmasına ən çox diqqət yetirən ulu öndər demişdir: “Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və ya anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur”.

Ardını oxu...

Şəhidlərimin qanı yerdə qalmadı!!! Başda Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla, müzəffər Ordumuz Azərbaycanın qanayan yarası Qarabağımızı azad etdi. Son illərin ən yüksək dövlət-xalq-ordu birliyinin şahidi olmaqla, yaşadığımız bu şanlı tarixin hər dəqiqəsini dərin duyğular içində keçirdik. Əksər ölkələrin həm mənafe, həm də siyasi baxışlarını önə çəkərək mənfur düşmənlərimizə arxa çıxması bizi təəssüfləndirir. Dinc şəhərlərimizin raketlə vurulması belə, beynəlxalq ictimaiyyəti narahat etmədi, əlaltından düşmən ölkəni silahlandırmağa davam etdilər. Lakin Böyük Qələbəyə nail olmaq, Azərbaycan insanının, Türk dünyasının daha əzmli, qürurlu tarixini yaşamaq bizi sevindirir. Yanımızda Türkiyə, Pakistan kimi dövlətlərin böyük və səmimi dəstəyini, bir çox ölkə və qurumların təqdirini hiss edərək haqlı işimizdə daha inamla irəlilədik. Fransa və bənzər ölkələrin isə ermənilərə aşırı canıyanarlığı hələ də ürək bulandırır. 

Ardını oxu...

Yolumuz qədim Naxçıvanın qeyrət qalası Sədərəyədir. Bu dəfə ezamiyyətə yox, Vətən müharibəsinin qəhrəmanlarından biri Ərtoğrula son borcumuzu ödəməyə gedirik… Qəhrəmanın ocağına ilk dəfə getsək də, heç kimdən soraq almırıq, çünki kəndə girər-girməz yolboyu dalğalanan bayraqlar bizə şəhid ocağının yerini nişan verir. Uğruna canını verdiyi bayraqlar yol göstərir gələnlərə… Hümbət atanın yollara dikilən gözlərinə əbədi həsrət çöküb. O, 52 gün yol gözləyib, hər gün əllərini Uca Tanrıya açıb: “Təki balam gəlsin, quzu qurban kəsəcəyəm”, – deyib. Ərtoğrulun cənazəsi gələn gün tabutu önündə qurban kəsib igid balasına. Deyir ki, oğlum əliboş qayıtmadı, özüylə zəfər gətirdi. İllərdir, dadını az qala unutduğumuz Qələbəni gətirdi bizə balalarımız. Onlar illərdir, əsir olan torpaqlarımızın dərdinə dərman oldular.

Ardını oxu...

Muxtar respublika yeni tranzit qovşağa çevrilir


Hər bir regional və ya beynəlxalq hadisənin mahiyyəti özünün başvermə səbəbləri, ortaya qoyduğu nəticələri ilə xarakterizə olunur. Artıq bir müddətdir, bütün dünyanın diqqət mərkəzinə çevrilən II Qarabağ müharibəsi və bu müharibənin nəticəsi olaraq Azərbaycan, Ermənistan, Rusiya arasında imzalanmış məlum Bəyannamə də bütün dünya kütləvi informasiya vasitələrinin əsas müzakirə mövzusudur. 

Ardını oxu...

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlıları sabah Bakının Azadlıq Meydanında keçiriləcək qələbə paradına hazırlaşırlar.  Əlahiddə Ümumqoşun Ordunun bölmələri Şuşaya qədər döyüş yolu keçib və Qarabağın azadlığı uğrunda böyük şücaət göstərərək şəhidlər verib. Hərbi paradda, həmçinin Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyinin kursantları da keçid edəcək.

Ardını oxu...

İran və Azərbaycan xarici işlər nazirləri İran paytaxtı Tehranda Dağlıq Qarabağ, regional məsələlər və ikitərəfli münasibətlər haqda müzakirələr aparıblar. b unu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə özünün Twitter səhifəsində yazıb.

S.Xətibzadənin sözlərinə görə, İran müsbət qonşuluq siyasəti çərçivəsində işğal olunmuş ərazilərin azad edilməsi və əldə olunan nəticələri müsbət qarşılayır və münaqişənin siyasi yollarla daimi şəkildə həll edilməsinin tərəfdarıdır.

 

 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 403 yeni yoluxma faktı qeydə alınıb, 2 919 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 158 555 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 96 330 nəfər müalicə olunaraq sağalıb, 1 755 nəfər vəfat edib, aktiv xəstə sayı 60 470 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 066, ötən müddət ərzində isə ümumilikdə 1 884 578 test aparılıb.

 

 

 

 

 

 

Azərbaycanın rəşadətli ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə öz ərazilərini azad etdi.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri ərəfəsində deyib.

O, Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib:

"Bu gün Qarabağ səmasında Azərbaycan bayrağı dalğalanır. Biz ilk gündən Azərbaycanı dəstəkləmişik".

O bildirib ki, Türkiyə əvvəlki kimi Azərbaycanı dəstəkləməkdə davam edəcək:

"Sabah biz Azərbaycan xalqının sevincini bir yerdə bölüşəcəyik."

 

 

 

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Washington Times” qəzetində çıxan məqaləsində bəzi beynəlxalq mətbuat orqanlarının guya Azərbaycanın xristian abidələrinə və xristian irsinə qarşı “mədəni soyqırım” planlaşdırması barədə irəli sürdüyü əsassız ittihamlara cavab verib.

“Azərbaycanda bütün xristian məbədləri bərpa olunub” sərlövhəli məqaləsində H.Hacıyev bildirib ki, keçmiş SSRİ-nin bütün ərazisində dini abidələrin bilərəkdən dağıdılması dövlət siyasətinin tərkib hissəsi olub. Stalin rejimi dövründə Moskvada provaslav kilsələri, Bakıdakı Aleksandr Nevski kilsəsi sökülüb, 25 mindən çox məscid dağıdılıb.

Ardını oxu...

Xarici işlər naziri Ceyhun Bayramov İrana rəsmi səfərlə yola düşüb.

Nazirlikdən  verilən məlumata görə, səfər çərçivəsində yüksək səviyyəli İran rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Noyabr ayının 25-də işğaldan azad edilən Kəlbəcər rayonunda Ali Baş Komandanın fərmanına uyğun olaraq komendant rejimi elan edilib və Daxili İşlər Nazirinin əmrilə Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Haxverdi Əkbərov rayonun komendantı təyin olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları rayonun giriş-çıxışlarında, o cümlədən rayon daxilində polis postları quraraq komendant rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edirlər.

 

 

 

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun Himayəçilik Şurasının onlayn formada ilk iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış “YAŞAT” Fondunun fəaliyyət istiqamətləri barədə məlumat verib. Həmçinin Fondun gələcək hədəflərindən söz açılıb.

Himayəçilik Şurasının üzvləri də öz növbəsində cari məsələlər və təkliflərini diqqətə çatdırıblar.

Ardını oxu...

Bunu ötən ayın ümumi siyasi mənzərəsi də bir daha təsdiqləyir

Yola saldığımız noyabr ayı 1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında təsis konfransı keçirilən, ümummilli mənafelərə xidmət edən, dövlət müstəqilliyimizin əbədi bərqərar olmasının, müstəqil ölkəmizin çoxşaxəli inkişafının qarantı olan Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü ilə əlamətdardır. Ötən ay, eyni zamanda uzun illərdir ki, siyasi fəaliyyəti ilə ümumxalq rəğbəti və beynəlxalq nüfuz qazanan bu rəhbər siyasi partiyanın uğurlu, konkret hədəflərə istiqamətlənmiş qətiyyətli siyasi mübarizəsi nəticəsində Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 28 ildir, işğal altında olan ərazilərimizin müzəffər Ordumuzun hərbi qüdrəti ilə azad olunduğu, Azərbaycanın II Qarabağ müharibəsində tarixi Zəfər qazandığı, hərbi, siyasi, həm də ideoloji baxımdan müstəsna əhəmiyyət kəsb edən qələbəyə nail olduğumuz mühüm bir tarixlə də əbədiləşdi. Noyabr ayı muxtar respublikamızın da siyasi, sosial-iqtisadi həyatında mühüm əlamətdar tədbirlər, QURUCU RƏHBƏRİN insan amilinə, doğma yurdun çiçəklənməsinə, rifahına xidmət edən inkişaf və tərəqqi siyasətinin real bəhrələri ilə yaddaqalan oldu. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov noyabrın 3-də Türkiyənin Baş naziri olmuş Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Ali Məclisin Sədri qonaqları salamlamış və onları Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirərək demişdir: “Qədim tarixi köklərə malik olan dostluq və qardaşlıq münasibətlərimiz, milli liderlərimiz – Mustafa Kamal Atatürk və Heydər Əliyevin xalqlarımıza miras qoyduqları birlik və həmrəylik bu gün daha da möhkəmlənmiş, Azərbaycan-Türkiyə əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hazırda hər iki ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq ikitərəfli münasibətlərimiz inkişaf etdirilir. Ölkələrimiz arasındakı əlaqələrin inkişafında Azərbaycanın Naxçıvan Muxtar Respublikasının da mühüm rolu vardır. Muxtar respublika ilə Türkiyə Respublikası arasındakı iqtisadi-ticarət, elm, təhsil, nəqliyyat, ordu quruculuğu və digər sahələrdəki əməkdaşlıq ilbəil genişlənir”.
Ali Məclisin Sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizə verdiyi hərtərəfli dəstəyə görə qardaş Türkiyə dövlətinə, rəhbərliyinə, Silahlı Qüvvələrinə hörmət və ehtiramını bildirmiş, həmçinin Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ və insan tələfatı ilə bağlı kədərini ifadə etmiş, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına başsağlığı vermiş, yaralananlara və xəsarət alanlara şəfa diləmişdir. Binəli Yıldırım Naxçıvanda olmaqdan məmnunluğunu ifadə etmiş, göstərilən səmimi münasibətə görə nümayəndə heyəti adından minnətdarlıq edərək Naxçıvan Muxtar Respublikasının Türkiyə üçün xüsusi yeri olduğunu, bu il Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında Naxçıvanla əlaqədar önəmli qərarlar qəbul edildiyini, bu qərarlardan birinin də Naxçıvana Qars üzərindən dəmir yolunun çəkilməsi ilə bağlı olduğunu xatırlatmışdır. Söhbət zamanı qarşılıqlı maraqdoğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmış, Binəli Yıldırım Ali Məclisin Sədrinə xatirə hədiyyəsi təqdim etmişdir.

Ardını oxu...

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların adlarını açıqlayıb.

Nazirlik adlı siyahını yayıb.

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, bu günədək 2723 şəhidimiz dəfn edilmişdir.

Dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

Ardını oxu...

Sərtləşdirilmiş karantin rejiminidə fəaliyyəötinə icazə verilən fəaliyyət sahələrinin siyahısı açıqlanıb.

Nazirlər Kabinetindən  verilən məlumata görə, aşağıdakı sahələrin fəaliyyətinə icazə verilir:

 1. Səhiyyə və sosial xidmət sahələri üzrə:

1.1. elmi-tədqiqat və laborator xidmətləri;
1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə
xidmətlər;
1.3. baytarlıq xidmətləri;
1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin
istehsalı;
1.5. sosial xidmətlər;
1.6. əqli və hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya
ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.
2. İnfrastruktur sahəsi üzrə:
2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz
təchizatı, istilik təchizatı, enerji paylanması);
2.2. elektrik enerjisinin istehsalı və təchizatı;
2.3. su təchizatı və meliorasiya;
2.4. telekommunikasiya və rabitə xidmətləri.
3. Nəqliyyat və logistika sahəsi üzrə:
3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük
daşımaları;

Ardını oxu...

Sərt karantin rejiminin tətbiq edilməsi ilə bağlı cəmiyyətdən də tələblər var.

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O qeyd edib ki, bu gün Azərbaycanda yeni yoluxma 4500-dən artıqır ki, bu da kifayət qədər ciddi rəqəmlərdir və həyəcan təbili çalınır.

H.Hacıyev bildirib ki, sərt karantin rejiminin tətbiqinin məqsədi Azərbaycan vətəndaşlarının sağlamlığının qorunmasıdır, ölüm hallarının qarşısının alınmasıdır:

"Kütləvi vaksinlər tətbiq edilənə qədər vətəndaşlarımızın sağlamlığını qorumalıyıq".

 

 

 

Ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar 06:00-dək uzadılır

Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, SMS-icazə sistemi aşağıdakı hallarda tətbiq edilir:

-təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

-Ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir).

 

 

 

Vətəndaşların qaydalara riayət etməyə çağırırıq. Elə insanıar var ki, koronavirus xəstəsi olduğunu bilərək sərbəst şəkildə küçədə gəzir və virusu yayır.

Bunu Prezidentin köməkçisi Hikmət Haclyev deyib.

H.Hacıyev bildirib ki, həmin insanlar virusu yüngül keçirə bilərlər, lakin onların yoluxdurduğu insanlar ağır keçirə və hətta həyatını itirə bilər.

H.Hacıyev qeyd edib ki, koronavirus xəstəsi olub evi tərk edən insanlarla bağlı 266 cinayət işi açılıb: "Bu cür cinayətə görə 3 ilə qədər həbs cəzası tətbiq edilə bilər.

H.Hacıyev vurğulayıb ki, bu gün xəstəxanalarda 900-dən artıq hərbçimiz müalicə alır: “Onların da düzgün müalicə alması və sağlamlığının qorunması üçün qaydalara riayət etməliyik”.

 

 

 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 387 yeni yoluxma faktı qeydə alınıb, 3 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 9-da Azərbaycana səfər edəcək.

Bu səfər iki gün davam edəcək. Səfər çərçivəsində R.T.Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Görüş zamanı Türkiyə ilə Azərbaycan arasında vəziyyət və Qarabağdakı son hadisələr müzakirə olunacaq.

Bundan başqa, liderlər atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya birgə monitorinq mərkəzi ilə bağlı vəziyyət müzakirə mövzusu olacaq.

Bu, prezidentlərin atəşkəs bərqərar olunduqdan sonra ilk görüşü olacaq.

 

 

 

Prezident İlham Əliyevin təşəbbüsü ilə metronun yeni stansiyası “8 Noyabr” adlanacaq.

Nazirlər Kabinetindən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 Noyabr” adı verilməsi təşəbbüsü ilə çıxış edib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin bununla bağlı Qərarında deyilir:

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılsın”.

 

 

 

Bəşəriyyət öz inkişafı tarixində yüzlərcə kəşflər etmişdir. Hər bir kəşf öz vəzifə və məqsədinə görə cəmiyyətin tərəqqisində xüsusi rol oynayır. Bu əhəmiyyətli kəşflərdən biri də yazıdır. Yazının yaranma tarixi hələ çox qədim dövrlərə gedib çıxır. Onun əlifbadan əvvəlki dövrü piktoqrafik və ideoqrafik yazı növləri ilə seçilir. İlk yazı növü müxtəlif şəkillər və simvollar əsasında formalaşaraq təsvir vasitəsi ilə müəyyən məlu­matlar şəklində yazıya köçürülmüşdür. Belə məlumatların yazıya çevrilmə səbəbi nitqi şəkil və simvollarla canlandırma deyil, baş vermiş hadisələri yadda saxlamaq zərurətin­dən meydana gəlmişdir. Qədim zamanlarda insanlar ayrı-ayrı qruplar şəklində yaşa­dıqları üçün əlaqələri zəif olmuşdur. Lakin ictimai quruluşun formalaşmağa başladığı zaman bölgüsündə bu qruplar arasında siyasi, iqtisadi və sair əlaqələr tədricən yaran­mağa başlamışdır. Ayrı-ayrı tayfalar arasında müəyyən məqsədlər üçün bir-biriləri ilə danışıqlar aparmaq zərurəti meydana gəlmişdir. Həmçinin öz duyğu, düşüncə və arzula­rını bir-birilırinə çatdırmaq ehtiyacı da yaranmışdır ki, belə təlabatı, şübhəsiz, təkcə şifahi ünsiyyət ödəyə bilməzdi. Elə buna görə də insanlar ünsiyyətə köməkçi olan ikinci bir vasitəni, yazını yaratmağa başladılar. Qeyd edək ki, yazının başlanğıc dövrü heç bir xüsusi plan və ya düşünülmüş qayda əsasında deyil, tədrici yolla meydana gəlmişdir. Deməli, yazı insanların dillə ünsiyyət saxlamaları mümkün olmadığı şəraitdə, çox tədrici şəkildə, həm də zəruri təlabat əsasında meydana gəlmişdir. Yazının əmələ gəlməsində fikrin müxtəlif vasitələrlə ifadə və əks olunmasının xüsusi təsiri olmuş və bu proses əsasən iki formada baş vermişdir.

1. fikrin əşya vasitəsi ilə ifadə edilməsi;

2. fikrin xətlər, cizgilər vasitəsi ilə əks olunması. 

Ardını oxu...

Bakıda keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq işləri davam edir.

Bu məqsədlə Azadlıq meydanında xüsusi konstruksiyalar quraşdırılıb, ərazi abadlaşdırılır. Bundan əlavə, "Azneft" dairəsində Azərbaycan bayrağını əks etdirəcək xüsusi lövhələr də yerləşdirilib.

Müdafiə Nazirliyindən rəsmi olaraq bildirilib ki, qələbəyə həsr olunmuş hərbi parad dekabr ayının 10-da keçiriləcək.

Hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

Ardını oxu...

Azərbaycan bəşər sivilizasiyasının meydana gəldiyi ən qədim ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri də göstərib ki, bu yerlərdə yaşamış insanlar tarixboyu çoxsaylı abidələr yaradıb. Dünya və Şərq memarlığının ən gözəl incilərindən olan abidələrin, tarixi irs örnəklərinin qorunması və mühafizəsi istiqamətində ən yüksək səviyyədə tədbirlər həyata keçirilir. Təəssüf ki, bu işləri uzun bir müddət ərzində ölkəmizin bütün ərazilərində aparmaq mümkün olmadı. Maddi mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada İslam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdılıb. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları, eləcə də Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr, Qarabağda fəaliyyət göstərən muzeylər və həmin mədəniyyət müəssisələrinə məxsus eksponantlar məhv edilib.

Ardını oxu...

Böyük xalqlar dünyaya dahi şəxsiyyətlər bəxş edir, dahilər isə tarixi yaradır. Məşhur bir aforizmdə də deyildiyi kimi: “Tarixi yalnız qaliblər yazır”. Bəli, bu, məhz o tarixdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır” deyərək nida qoyduğu və rəşadətli Ordumuzun XXI əsrə öz qanı və canı bahasına yazdığı 44 günlük şanlı tarix. 


XXI əsrin ən böyük sərkərdəsi

Müasir və müstəqil Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, qorunub saxlanılması və milli dövlət quruculuğu proseslərində əvəzsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir.
Məlum olduğu kimi, sentyabrın 27-dən başlayaraq rəşadətli Azərbaycan Ordusu qısa zaman kəsiyində ədaləti bərpa və Vətənimizi işğalçılardan xilas etməyə müvəffəq oldu. Bu gün dünyanın nüfuzlu siyasi və hərbi ekspertləri də etiraf edirlər ki, Azərbaycan Ordusunun “az itki, böyük uğur” prinsipi ilə apardığı müharibə dünya hərb tarixində yeni bir səhifə açıb. Təbii ki, bu tarixi Qələbə asan başa gəlmədi. Vətənimizin igid, mərd oğullarının həyatını qurban verdiyi bu şərəfli və müqəddəs yolda dövlət başçımızın nə qədər böyük əzm nümayiş etdirdiyinin şahidi olduq. Azərbaycan xalqı bir daha gördü ki, ölkə Prezidenti cənab İlham Əliyev bu qalibiyyətin əldə edilməsi üçün böyük səbir, yüksək iradə və müdrikliklə çalışır.

Ardını oxu...

“Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən  italyan yazıçısı Nikolo Makiavellinin “Hökmdar”  əsərinin müzakirəsi keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva bildirib ki, müvafiq Sərəncam üzrə müzakirəsi keçirilən kitablar gənc nəslin  dünyagörüşünün zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, intellektual səviyyələrinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması baxımdan mühüm əhəmiyyətə malikdir.

Ardını oxu...

Zəfər Günü Azərbaycanda bayram günləri siyahısına daxl edilir.

Bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, noyabrın 8-i Zəfər Günü olaraq bayram günləri siyahısına daxil edilir. Qanun dəyişikliyin yaxın günlərdə Milli Məclisin plenar iclasına müzakirəyə çıxarılacağı nəzərdə tutulur.

 

 

 


İcmal

Bunu ötən ayın ümumi siyasi mənzərəsi də bir daha təsdiqləyir

Yola saldığımız noyabr ayı 1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında təsis konfransı keçirilən, ümummilli mənafelərə xidmət edən, dövlət müstəqilliyimizin əbədi bərqərar olmasının, müstəqil ölkəmizin çoxşaxəli inkişafının qarantı olan Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü ilə əlamətdardır. Ötən ay eyni zamanda uzun illərdir ki, siyasi fəaliyyəti ilə ümümxalq rəğbəti və beynəlxalq nüfuz qazanan bu rəhbər siyasi partiyanın uğurlu, konkret hədəflərə istiqamətlənmiş qətiyyətli siyasi mübarizəsi nəticəsində, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 28 ildir işğal altında olan ərazilərimizin müzəffər ordumuzun hərbi qüdrəti ilə azad olunduğu, Azərbaycanın II Qarabağ müharibəsində tarixi zəfər qazandığı, hərbi, siyasi, həm də ideoloji baxımdan müstəsna əhəmiyyət kəsb edən qələbəyə nail olduğumuz mühüm bir tarixlə də əbədiləşdi. Noyabr ayı muxtar respublikamızın da siyasi, sosial-iqtisadi həyatında mühüm əlamətdar tədbirlər, QURUCU RƏHBƏRİN insan amilinə, doğma yurdun çiçəklənməsinə, rifahına xidmət edən inkişaf və tərəqqi siyasətinin real bəhrələri ilə yaddaqalan oldu.                                

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov noyabrın 3-də Türkiyənin Baş Naziri olmuş Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Ali Məclisin Sədri qonaqları salamlamış və onları Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirərək demişdir: “Qədim tarixi köklərə malik olan dostluq və qardaşlıq münasibətlərimiz, milli liderlərimiz – Mustafa Kamal Atatürk və Heydər Əliyevin xalqlarımıza miras qoyduqları birlik və həmrəylik bu gün daha da möhkəmlənmiş, Azərbaycan-Türkiyə əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hazırda hər iki ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq ikitərəfli münasibətlərimiz inkişaf etdirilir. Ölkələrimiz arasındakı əlaqələrin inkişafında Azərbaycanın Naxçıvan Muxtar Respublikasının da mühüm rolu vardır. Muxtar respublika ilə Türkiyə Respublikası arasındakı iqtisadi-ticarət, elm, təhsil, nəqliyyat, ordu quruculuğu və digər sahələrdəki əməkdaşlıq ilbəil genişlənir”.

Ardını oxu...

Oçerk(müsahibə)

         Bir şəhid həyatı danışım sizlərə. O şəhid ki, 2783 şəhiddən biri olub. O şəhid ki, qəlbində torpaq, yurd sevgisi əbədi yuva qurub. O şəhid ki, seçdiyi peşəsinə qəlbən bağlı olan, Vətən, torpaq uğrunda gedən döyüşlərdə sinəsini sipər edən oğullardandır. Həmin şəhid Həsənov Elməddindir.

      ...Budur yol alıram şəhidin yaşadığı Kəngərli rayon Şahtaxtı kəndinə.Yol boyu sual dolu düşüncələrim məni tərk etmirdi,şəhidin yaxınları ilə söhbətə necə başlayacağımı düşünürdüm, vargar edirdim. Artıq mənzilə çatmışdım. Şəhidin yaşadığı evin qapısını döydüm. Başını qürurla uca tutan, şəhidimizin bacısı Nuranə xanım qarşıladı bizi. Əlimdə kağız qələmimi görüb başa düşmüşdü gəlişimin səbəbini...

Ardını oxu...

“Naxçıvan” Universitetinin kollektivi muzey günləri çərçivəsində Naxçıvan şəhərində  yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət ediblər. Muzeyin bələdçisi tərəfindən muzey haqqında universitet əməkdaşlarına məlumat verilib.

Bildirilib ki,  "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi 5 min il bundan əvvəl Naxçıvan qədim şəhər mədəniyyətinin formalaşdığı əraziyə daxildir. Şəhərin cənub-şərqində yerləşən bu tarixi qalanın inşa tarixi 632-652-ci illərə aid olunur. Müharibələr nəticəsində Naxçıvanqala bir neçə dəfə dağıdılmış və bərpa edilmişdir. 2010-cu ildə isə yenidən bərpasına başlanmış və əsaslı yenidənqurma işlərindən sonra 2014-cü ildə muzey kompleksi kimi fəaliyyətə başlamışdır.

Ardını oxu...

Müzəffər Azərbaycan Ordusunun keçirdiyi əks hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərdə Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş Ağdam şəhərində və kəndlərində xidməti fəaliyyətini bərpa edib. Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən postlar qurulub və təhlükəsizliyə tam şəkildə nəzarət edilir.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 9 dekabrda İran paytaxtı Tehrana səfər edəcək.

Bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında deyib.

S.Xətibzadənin sözlərinə görə, Azərbaycan xarici işlər naziri səfər çərçivəsində İran prezidenti Həsən Ruhani, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşəcək.

 

 

 

TƏBİB İdarə Heyətinin sədri Dos.Dr.Ramin Bayramlının rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Səhiyyə Nazirliyində bir sıra görüşlər keçirib.

TƏBİB-dən  verilən məlumata görə, Türkiyə Respublikası Səhiyyə nazirinin müavini professor Emine Alp Meşe ilə görüşdə iki qardaş ölkənin birlikdə vaksin əldə etmə imkanları, vaksinasiya strategiyası, ilk növbədə vaksin vurulacaq qrupların müəyyən edilməsi istiqamətində müzakirələr və təcrübə mübadiləsi aparılıb.

 

 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4323 yeni yoluxma faktı qeydə alınıb, 2180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

Ardını oxu...


Ermənilər hücum edəndə bütün qəlbimiz və imkanlarımızla qardaşlarımızın yanında olduq.
 
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarsda yol açılışı zamanı deyib.

“Qarslılar erməniləri tarixdən yaxşı tanıyır. Dağlıq Qarabağın və işğal altındakı torpaqların azad edilməsinə töhfə verdik. İnşallah, Naxçıvan ilə Azərbaycan arasındakı əlaqəni təmin edəcək dəhlizin açılmasından sonra artıq qardaşlarımızla quru yola sahib olacağıq. Bundan ən çox fayda görəcək yerlərin başında Qars gəlir", - deyə Ərdoğan əlavə edib.

Ardını oxu...

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR