21 Aprel 2021, Çərşənbə

Fevralın 23-nə olan məlumata əsasən, ölkə üzrə 207 mindən artıq vətəndaş vaksinasiya olunub.

Nazirlər Kabinetindən bildirilirb ki, 207 mindən artıq vətəndaş COVİD-19-a qarşı 1-ci doza, 35 mindən artıq vətəndaş isə 2-ci doza peyvəndi qəbul edib.

İndiyə qədər ölkəyə 1 milyon 63 min doza vaksin gətirilib.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov və səfirliyin attaşesi Aybek Əkrəmovla görüş keçirilib. Görüşdə institutun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almas Binnətova, filologiya üzrə fəlsəfə doktorları Aygün Bağırlı və Mehman Həsənli iştirak ediblər.

İnstitutdan bildirilib ki, görüşdə Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinin perspektivləri müzakirə olunub. Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görülmüş işlərdən danışaraq qeyd edib ki, fevral ayında Nizami və Nəvaiyə həsr olunmuş konfransdan əlavə, Babura həsr edilmiş konfrans da təşkil olunub. 2019-cu ildə institutda “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının təqdimat mərasimi keçirilib. Akademik 2020-ci ildə Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarına əsasən Azərbaycan və özbək dillərində çap olunan Əlişir Nəvainin “Hikmətli sözlər” əsərinin elmi redaktoru olduğunu deyib. O, 2020-ci ildə institutda Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə birlikdə Əlişir Nəvainin anadan olmasının 579 illiyinə həsr edilmiş “Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi” adlı Beynəlxalq elmi konfrans keçirildiyini də xatırladıb. Həmçinin “Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq elmi jurnalının Azərbaycan-özbək ədəbi əlaqələrinə həsr olunmuş xüsusi buraxılışı haqqında məlumat verib.

Ardını oxu...

Hidrometeoroloji müşahidə şəbəkəsindən daxil olan məlumata əsasən ölkənin şimal-şərq rayonlarında daha aşağı temperatur göstəriciləri qeydə alınıb.

ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib ki, fevralın 25-i gecə və səhər ölkə ərazisində ən aşağı temperatur Quba-Xaçmaz bölgəsində müşahidə edilib.

İ.İbrahimovanın sözlərinə görə, sözügedən rayonlarda 13-17 dərəcə şaxta müşahidə edilibsə, Qəbələ, Zaqatala, Şəkidə 6-10, Aran rayonlarında 5 dərəcəyədək şaxta olub.

“Maraqlıdır ki, adətən qışın ən şaxtalı keçdiyi Naxçıvan, Şərur , Ordubadda bu gecə mənfi 2- 3 dərəcə şaxta qeydə alınıb, bu da Bakı şəhərində faktiki qeydə alınan temperaturdan 3 dərəcə yüksəkdir. Bakıda və Abşeronda minimal temperatur mənfi 6 dərəcəyədək olub, şəhərin nisbətən yüksəklikdə yerləşən ərazilərində havanın temperaturu daha aşağı enib”.

 

 

 

Muxtar respublikamızın ən böyük bölgələrindən biri olan Şərur rayonunun siması müstəqillik illərində tamamilə dəyişib, Şərur şəhərində və kənd yaşayış məntəqələrində çox sayda sosial obyektlər, istehsal və emal müəssisələri yaradılıb, yollar, körpülər salınıb, əhalinin həyat səviyyəsi xeyli yüksəlib. Ənənə halını alan bu tədbirlər 2020-ci ildə də davam etdirilib. Rayonun başdan-başa yenilənərək  müasirləşən  yaşayış məntəqələrindən biri də Şəhriyar kəndidir. 

Ardını oxu...

 

 

 

 

Dövlət İmtahan Mərkəzində (DİM) şagirdlərə kömək məqsədilə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları və imtahanın modelinə uyğun tapşırıq nümunələri ilə bağlı videotövsiyələr hazırlanıb.

Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan dili, riyaziyyat, ingilis dili, rus dili (rus bölməsi), fransız dili fənləri üzrə tövsiyələr mərkəzin “YouTube” kanalında yerləşdirilib.

Digər imtahan fənləri üzrə tövsiyələr yaxın günlərdə DİM-in “YouTube” kanalında yerləşdiriləcək.

 

 

 

 

Türkiyə Respublikası, Azərbaycan Respublikası və Türkmənistan xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünün Birgə Bəyanat yayılıb.

Bəyanatda deyilir:

Türkiyə Respublikası Xarici İşlər Naziri cənab Mevlüt Çavuşoğlunun dəvəti və Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov və Nazirlər Kabineti sədrinin müavini, Türkmənistan xarici işlər naziri Rəşid Meredovun (bundan sonra - "tərəflər") iştirakı ilə 23 fevral 2021 il tarixində Türkiyə Respublikasının Ankara şəhərində xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü baş tutdu.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 233644 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 228157 nəfər müalicə olunaraq sağalıb, 3206 nəfər vəfat edib, aktiv xəstə sayı 2281 nəfərdir.

Ölkədə son sutka ərzində 7 915, hazırkı dövrədək isə 2 571 016 test aparılıb.

 

 

 

 

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığısilah-sursatın aşkar edilməsi istiqamətində tədbirlərdavam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş inzibati ərazisində əvvəllər düşmənin səngər və saxlanc yeri kimi istifadə etdiyi qazmalardan xeyli sayda silah-sursatlar aşkar edilərək aidiyyatı üzrə təhvil verilib.

Belə ki, tədbirlər zamanı erməni hərbçilərin atıb qaçdığı 10 ədəd müxtəlif tipli qumbaraatanlar və onlara məxsus 6 ədəd mərmi, 6 ədəd AK-74 avtomatı, 1 ədəd RPK pulemyotu, 4 ədəd müxtəlif markalı snayper tüfəngləri, 150-dən çox avtomat sandığı, ümumi sayı 10 mindən artıq müxtəlif çaplı patronlar və digər döyüş sursatları aşkar edilərək götürülüb.

 

 

 

 

 

 

 

“Bakıdakı qarlı hava şəraitində Heydər Əliyev Beynəlxalq Aeroportu adi qaydada işləyir”.

Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat katibi Paşa Kəsəmənski bildirib.

“Bu günki aviareyslərlə bağlı heç bir dəyişiklik yoxdur. Bakıdan Naxçıvana saat 8:00-da, Türkiyənin İstanbul şəhərinə isə saat 8:30-da uçuş yerinə yetirilib. Bu gün həmçinin Türkiyənin Antalya şəhərinə və Rusiyanın paytaxtı Moskvaya aviareyslər olacaq”, - o deyib.

 

 

 

 

23 fevral axşam saatlarından etibarən paytaxtda hava dəyişib, qar yağmağa başlayıb.

Hazırda isə Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub, güclü şimal-qərb küləyi əsib.

Bakıda və Abşeron yarımadasında əmələ gələn qar örtüyünün hündürlüyü 5 sm-ə yaxındır.

 

 

 

Arxiv işi müxtəlif istiqamətlər üzrə sənədlərin komplektləşdirilməsini, uçotunu, mühafizəsini və yenidən istifadəsini təmin edən mühüm əhəmiyyətli sahələrdən biridir. Ümummilli liderimiz Heydər Əliyev arxiv işinə həmişə böyük dəyər vermiş və demişdir: “Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də, ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir”.

Ardını oxu...

Naxçıvan mətbuatının ən yaşlı nümayəndəsi, onlarla jurnalisti “şinelindən” keçirib respublika mətbuatına yaradıcı qələm sahibi  kimi verən az qala iyirmi ildir ki, “Şərq qapısı” kimi nüfuzlu mətbuat orqanında jurnalistlik fəaliyyəti ilə məşğul olan, qəzetin məsul katibi Muxtar Məmmədovun “Şam ömrünün nağılı”, “Mənim Naxçıvan dünyam” adlı kitablarından sonra yeni – “Azadlığı istəmədik zərrə-zərrə...” kitabını çapa hazırladığı barədə məlumatım var idi. Burada yer alacaq yazıların böyük əksəriyyətinin ilk oxucularından biri kimi maraqlı yeni nəşrin ərsəyə gələcəyini düşünəndə də səhv etməmişdim. Budur, həmin kitabla üz-üzəyəm. Öncə onu qeyd etməyi vacib bilirəm ki, 44 günlük azadlıq mübarizəmizə həsr olunan  ilk kitab kimi müəllif bu addımı ilə ziyalı və vətəndaş mövqeyini ortaya qoyub.  

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və YAP Sədərək Rayon Təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə 2021-ci il 22 fevral tarixdə Sədərək rayonunda yaşayan aztəminatlı ailənin üzvü, əlil qadınlar və Sədərək rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin aid dərnək rəhbərləri üçün toxuculuq peşəsinin öyrənilməsi ilə bağlı təlim keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Tarverdi Məmmədov tədbirin mahiyyətindən bəhs edərək bildirmişdir ki, muxtar respublikada əhalinin, xüsusən də qadınların məşğulluğunun artırılması, əmək bazarının tələblərinə uyğun peşə hazırlıqlarının təşkili, özünüməşğulluq imkanlarının təmin edilməsi diqqətdə saxlanılır,  müvafiq sahə ilə bağlı qanunvericilik bazası  təkmilləşdirilir.  Belə ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə  “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmiş, icrası  ilə əlaqədar  hal-hazırda müvafiq işlər həyata keçirilir. Həmçinin qadınlar  arasında  xalq  tətbiqi sənət  nümunələrinin, milli  dəyərlərin  yaşadılması  istiqamətində də işlər və  sosial  layihələr  həyata  keçirilir.

Ardını oxu...

Cənubi Qafqazda sülh və bölgənin inkişafı üçün fürsət yaranıb, bizim çağırışlarımız da hər zaman bu yöndədir.

Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada türkmənistanlı həmkarı Rəşid Meredovla mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan da bu istiqamətdə hərəkət etsə, bölgənin sabitliyi və iqtisadi inkişafından ən çox onlar faydalanacaq.

"Ermənistanın atacağı müsbət addıma Azərbaycanla əlaqəli şəkildə müsbət cavab verəcəyik. 30 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqlarında hər şey dağıdılıb, ermənilər əraziləri tərk edərkən də dağıntılar törətdilər. Qarabağda, xüsusilə Ağdam və digər 7 rayonun, tarixi, dini, mədəni abidələrin bərpası üçün Azərbaycan hökumətinin əhatəli infrastruktur çalışmaları var. Biz türk dünyası olaraq Azərabycanın yanında olduğumuz kimi bu bölgənin inkişafında da Azərbaycana əlimizdən gələn dəstəyi verəcəyik”.

 

 

 

 

 

 

 

 

 

 

 

Bu il iyulun 1-də Azərbaycanda qadınların pensiya yaş həddi yenidən artırılacaq.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov deyib.

Onun sözlərinə görə, 2017-ci ildən yaş həddinin mərhələli şəkildə artırılması həyata keçirilir. Artıq kişilər üçün pensiya yaşı 65 yaşdır və bu proses tamamlanıb. Qadınların isə pensiya yaşı 62 yaşdır və o, hər il 6 ay artırılır. Bu hədd də 65 yaşa çatdıqda proses tamamlanacaq. Bu ilin iyul ayında qadınlar üçün pensiya yaşı yenidən 6 ay artırılacaq”.

Milli Məclisin fevralın 23-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdə deputatlar sənədin əhəmiyyətindən bəhs edib, Anlaşma Memorandumunun iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini vurğulayıblar.

Müzakirələrdən sonra sənəd səsvermə yolu ilə təsdiqlənib.

 

 

 

Bu il iyulun 1-də Azərbaycanda qadınların pensiya yaş həddi yenidən artırılacaq.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov deyib.

Onun sözlərinə görə, 2017-ci ildən yaş həddinin mərhələli şəkildə artırılması həyata keçirilir. Artıq kişilər üçün pensiya yaşı 65 yaşdır və bu proses tamamlanıb. Qadınların isə pensiya yaşı 62 yaşdır və o, hər il 6 ay artırılır. Bu hədd də 65 yaşa çatdıqda proses tamamlanacaq. Bu ilin iyul ayında qadınlar üçün pensiya yaşı yenidən 6 ay artırılacaq”.

 

 

 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 223 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 012 nəfər müalicə olunaraq sağalıb, 3 204 nəfər vəfat edib, aktiv xəstə sayı 2 208 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 043, ötən müddət ərzində isə ümumilikdə 2 563 101 test aparılıb.

 

 

 

Yerevanda hökumət binasının ətrafına, eləcə də mərkəzi Respublika meydanına çoxlu sayda xüsusi təyinatlı polis cəlb edilib.

Müxalifət növbəti mitinq keçirəcəyini elan edib.

"Daşnaksutyun" partiyasının təşəbbüsü ilə etirazçılar baş nazir Nikol Paşinyanın hökumət binasına daxil olmasına mane olacaqların bildirib.

 Xatırladaq ki, fevralın 20-dən etibarən müxalifət N.Paşinyanın istefası tələbi ilə fasiləsiz aksiyalar elan edib.

 

 

 

 

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

İclasda 22 məsələ müzakirə ediləcək. Bu məsələlər aşağıdakılardır.

1. N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında.

2. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

3. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya qanununun layihəsi haqqında (üçüncü oxunuş).

Ardını oxu...

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyev Kəlbəcərdə doğulmuşdu. Ali hərbi təhsil aldıqdan sonra ölkəmizin müxtəlif sərhəd bölgələrində ön xətlərdə xidmətini davam etdirmişdi. 8 ilə yaxın idi ki, Naxçıvanda qulluğa başlamışdı. 27 sentyabrda başlanan azadlıq mücadiləmizdə Naxçıvandan gedən hərbiçilərimiz arasında o da var idi. Artıq qəhrəman şəhidimizBakı şəhərindəkiII Fəxri xiyabanda uyuyur. Virtual müsahibim torpaqlarımızın suverenliyi, azadlığı uğrunda qəhrəmancasına döyüşən, ən ali məqama ucalmış polkovnik-leytenant  Anar Əliyevdir...

– Bəli, Şəhid, Vətən Müharibəsi Qəhrəmanı  Anar Əliyev. 

– Səninlə belə tanış olacağımı təsəvvür etmirdim...

– Amma mən bu peşəni seçəndə, elə bil ki, bilirdim bunu…Bir gün sonumuzun əbədi behişt, əbədi başlanğıc olacağını...

Ardını oxu...

Yeni dərs ili üçün 2 və 6-cı sinif dərsliklərinə zəfər tariximizin daxil edilməsi ilə bağlı işlər aparılır.

Bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, şanlı zəfər tariximizin dərsliklərə daxil edilməsi üçün işlərə başlanılıb, artıq bununla bağlı xüsusi dərs mövzuları da hazırlanıb:

"Bütün dərslikləri qısa müddətdə dəyişmək mümkün olmadığından hazırda bu proses mərhələli şəkildə aparılır. Yeni dərs ili üçün 2 və 6-cı sinif dərsliklərini təkmilləşdiririk. Bu dərsliklərdə bütün müvafiq yerlərdə düzəlişlər və əlavələr olunacaq. Amma bu, o demək deyil ki, Qələbə ilə bağlı mövzuları ancaq 2 və 6-cı sinif şagirdləri öyrənəcək. Dərslik yeganə öyrənmə mənbəyi deyil və öyrənmə üçün müəllimlər digər vəsaitlərdən də istifadə edirlər".

 

 

 

Bir bağban əli var təbiətində
Dağda çiçəyi bol, bağda barı bol.
O, yaxın dostudur təbiətin də
Yayda günəşi bol, qışda qarı bol.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə magistraturaya hazırlaşan tələbələr üçün onlayn sınaq imtahanı keçirilib. Ali təhsil ocağının sonuncu kurs tələbələri qatılmaqla imtahan ödənişsiz olaraq həyata keçirilib. Qeyd edək ki, sınaq imtahanına qeydiyyat sosial şəbəkə üzərindən aparılıb. Universitetin bütün fakültələrini əhatə etməklə 100-ə yaxın tələbənin iştirak etdiyi imtahanda suallar magistratura üzrə xüsusi kurs keçən müəllimlər tərəfindən hazırlanıb.

Məlumat üçün onu da bildirək ki, imtahanın keçirilməsində əsas məqsəd magistraturaya hazırlaşan tələbələrin növbəti həftə keçiriləcək imtahanlarında uğur qazanmalarına köməklik etməkdir.

Səadət Əliyeva

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə

əlaqələr bölməsinin müdiri

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının, Türkiyə Cumhuriyyətinin Iğdır –Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyi və Zirvə Dağçılıq, Təbiət və İdman Klubunun dağçı idmançılarının 2021-ci il 19-21 fevral tarixlərində Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsini yad etmək məqsədi ilə Haça dağa dırmanma yürüşü keçirilməsi məqsədilə 19 fevralda Naxçıvan MR-ə gəlmişlər.

20 fevralda səhər saat 07:30 radələrində Culfa rayonu Gal kəndindən Haçadağa dırmanma yürüşünə başlanmışdır. Dağa dırmanma müvəffəqiyyətlə başa çatmışdır.  Türkiyəli dağçılarla Federasiyada görüş keçirilmişdir.

21 fevralda qonaqlar Naxçıvanın gəzməli yerlərində olmuşlar və günün sonunda dağçılar  Türkiyəyə yola düşmüşlər.

Çinin "Sinovac Biotech" şirkətinin istehsal etdiyi "CoronaVAC" peyvəndi "COVID-19"-un Böyük Britaniya və Cənubi Afrika variantlarına qarşı da effektlidir.

TƏBİB-dən verilən məlumata görə, bu barədə “CoronaVAC”-ın Braziliyadakı sınaqlarına rəhbərlik edən və Butantan Biotibb Mərkəzinin rəhbəri Dimas Kovas bildirib. O qeyd edib ki, Mərkəz “CoronaVAC” peyvəndinin virusun Böyük Britaniya və Cənubi Afrika variantlarına qarşı effektivliyini yoxlamaq üçün kliniki sınaqlarını aparıb və nəticə uğurlu olub.

Mərkəz rəhbəri "Sinovac" şirkətinin peyvəndinin texnologiyasına görə digər vaksinlərdən üstün olduğuna da diqqət çəkib. Bildirib ki, inaktivləşmiş bu peyvəndin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub.

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Niderland Krallığının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri xanım Pauline Eizema ilə görüşüb. Görüşdə iki ölkə arasında, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı münasibətlər, bir müddət əvvəl Niderland parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli, ədalətsiz qərarlar, Vətən müharibəsindən sonra yaranmış reallıqlar, bir çox sahədə, xüsusilə, kənd təsərrüfatı sahəsində gələcək əlaqələr, regional proseslər, rəsmi səfərlər və digər maraqlı məsələlər ətrafında müzakirələr aparılıb.

 

 

 

Şuşaya aparan Bakı-Hacıqabul-Mincivan yolunun 101 kilometrlik hissəsinin torpaq yatağı tam hazırdır.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qurum tərəfindən 2020-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə bildirib.

O, bildirib ki, yolun 61 kilometrlik hissəsi tam olaraq minadan təmizlənməyib: "Yol ikinci dərəcəli avtomobil yolu kimi çəkiləcək. İkitərəfli hərəkət zolağına malik yol 13 kilometr yol yatağından ibarət olacaq. Avqustun sonuna qədər "Zəfər yolu" istifadəyə veriləcək".

 

 

 

 

Ölkə rəhbəri tərəfindən Agentliyə azad olunmuş torpaqlarımıza aparan yolları qısa müddətdə bərpa ermək tapşırığı verilib.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qurum tərəfindən 2020-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə bildirib.

O qeyd edib ki, hazırda Kəlbəcərə yeni yol çəkilişinin layihələndirilməsi aparılır:

"Cənab Prezident rayonun işğaldan azad olunan günü gözləmədən bizə tapşırəq vermişdi ki, Kəlbcərə gedən yolla bağlı işlərə başlayaq.

Yeni yol çəkilişi Gəncə-Göygöldən keçəcək. Hələlik düşmənlə birgə yaşayşın təminatına qədər Tərtər-Ağdərə-Kəlbəcər yolundan sülhməramlıların iştirakı ilə istifadə edirik. Ölkə başçısının tapşırığıa əsasən, əhalinin təhlükəsiz keçidini təmin etmək məqsədilə yeni yol inşa edilir. Artıq 2 aya yaxındır yolun layihələndirilməsi həyata keçirilir. Yol çəkilişi Türkiyə şirkətilə birgə aparılacaq. Martdan etibarən Kəlbəcər yolunun çəkilişinə başlanılacaq".

 

 

 

 

Ölkəmizin Pakistanla mühüm tərəfdaşlıq münasibətləri qarşılıqlı etimada və səmərəli əməkdaşlığa əsaslanır

Cənub-Şərqi Asiyanın nəhəng dövlətlərindən biri olan Pakistan İslam Respublikası dünyanın əhali sıxlığına görə altıncı, müsəlmanların sayına görə isə İndoneziyadan sonra ikinci ölkəsidir.

Pakistanın ərazisi 803940 kvadratkilometr sahəyə malik olub, Cənubda Benqal körfəzi, qərbdə Əfqanıstan və İran, şərqdə Hindistan və şimal-şərqdə Çin ilə həmsərhəd Cənub-Qərbi Asiyada yerləşən ən böyük ölkələrdən biridir.

Beynəlxalq sistemdə Pakistan Birləşmiş Millətlər Təşkilatının, Millətlər Birliyinin, Ümumdünya Ticarət Təşkilatının üzvü, Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvü, inkişaf etməkdə olan ölkələrdən ibarət “G33”-ün, “77-ci Qrup”un fəal üzvlərindən biri kimi fəaliyyətini uğurla davam etdirməkdədir.

Pakistanın siyasi tarixi 1947-ci ildə Britaniyanın Hindistanı rəsmən iki hissəyə bölməsi və Pakistanın müstəqillik qazanması ilə başlanır. Bu gün Hindistanla Pakistan arasında sərhədlərin uzunluğu 2912 km-ə çatır. İki ölkə arasında yeganə keçid məntəqəsi şərq hissəsi Hindistanda, qərb hissəsi isə Pakistanda yerləşən Vaqah kəndidir. Kəşmir vilayətinin iki yerə parçalanması ilə Pakistanla Hindistan arasında mübahisəli ərazi problemi yaranmışdır.

Ardını oxu...

Xarici işlər naziri Ceyhun Bayramov Ankaraya işgüzar səfər edəcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilir ki, C.Bayramovun 23 fevral tarixində Ankarada keçiriləcək Azərbaycan Respublikası - Türkiyə Respublikası - Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankaraya işgüzar səfəri nəzərdə tutulur.

 

 

 

 

Bu gün saat 18:00-da Ermənistanın paytaxtı Yerevanda “Vətənin qurtuluşu uğrunda” hərəkat kütləvi itaətsizlik aksiyası keçirəcək.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Aksiyanın keçirilməsi barədə qərar ötən həftənin sonlarında keçirilən mitinqdə qəbul edilib. Etirazçılar baş nazir Nikol Paşinyan və onun komandasının istefa verməsini tələb edirlər.

Qeyd edək ki, Ermənistanda Paşinyan əleyhinə kütləvi aksiyalar ötən il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların dayandırılması barədə bəyanatdan sonra başlayıb. Müharibədəki kapitulyasiya aktına etiraz edən müxalifət fəalları bu günə qədər bir neçə etiraz aksiyası, yürüş keçiriblər. Mitinqlər zamanı baş verən qarşıdurmalarda onlarla insan xəsarət alıb, habelə xeyli sayda etirazçı saxlanılıb.

 

 

 

Əlahiddə Ümumqoşun Orduda artilleriya, reaktiv və tank əleyhinə batareyaların zabitləri ilə ixtisas hazırlığı məşğələləri keçirilir.

Ardını oxu...

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb.

Ölkəmizdə koronavirusa yoluxma hallarının 52,2 faizi paytaxtın payına düşür. 

Bundan əlavə, həmin göstərici Aran rayonlarında 13,3, Abşeron rayonunda 12,9, Gəncə-Qazax bölgəsində 8,1, Şəki-Zaqatalada 3,2, Quba-Xaçmazda 3, Lənkəranda 2,9, Dağlıq Şirvanda 2,5, Yuxarı Qarabağda 1,4, Naxçıvan Muxtar Respublikasında 0,05 faiz təşkil edir. Ölkə xaricindən idxalolunma halı 0,4 faizdir.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 193 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 232 829 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 472 nəfər müalicə olunaraq sağalıb, 3 193 nəfər vəfat edib, aktiv xəstə sayı 2 164 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 215, ötən müddət ərzində isə ümumilikdə 2 535 825 test aparılıb.

 

 

 

Nənə mənə nağıl danış. Həmin nağıl qəhrəmanları çox güçlü olsun. Məlikməmmədə, ağ atlı oğlana bənzəsinlər. Dağlar aşıb, şehirli yollardan keçsinlər. Sonda da göydən üç alma mütləq düşsün. Hamımız xalq nağıllarımızı bəzəyən hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər, köhnə hamam içində. Günlərin bir günündə, Məmməd Nəsir tinində, biri varıydı, biri yoxuydu ifadələri ilə böyüyüb, boya-başa çatmışıq. Həmin nağıllar o qədər gerçək, o qədər inandırıcı idi ki, biz də Məlikməmməd kimi güçlü, Tık-tık xanımın xilaskarı siçan kimi cəsur olmaq, Fərhad kimi dağ yarmaq, Cırtdan kimi qaranlıq yox işıq gələn yolu tapıb aydınlığa çıxmaq istəyirdik. Bəzən gerçək qəhrəmanların nağıllarını da eşitməyimiz az olmurdu. Analarımız, nənələrimiz onu elə məharətlə öz dillərində səsləndirərdi ki, tariximizi elə balacalıqdan bu nağılların dilindən öyrənər, onların şirin-şirin səsi ilə eşidərdik. Babək, Koroğlu kimi qəhrəmanlarımızla dillərə dastan olmaq, Atabəy Şəmsəddin Eldəniz qüdrətində dövlət idarəçisi, Sara Xatun xislətli diplomat, Şah İsmayıl Xətai qeyrətli mərd, igid Vətən sevdalısı və dövlətçilik ənənələrinə sadiq bir gənc kimi yetişmək idi diləyimiz. Dədə Qorqud dastanında adıçəkilən boylarda ana haqqı, tanrı haqqı, Vətən sevgisi, yurd eşqi, tarixi ənənələr, toy adətləri bizi əslində bir vətəndaş kimi formalaşdırar, onların nümunəvi hayatlarından örnək götürüb ömrümüzə calamaq kimi ideyalar verərdi bizlərə. Bir sözlə, onlar kimi olmaq istəyərdik. Nağıllar şəklində dinlədiyimiz, amma tanımadığımız nağıllarda təsəvvürlərini yaratdığımız qəhrəmanlar, sərkərdələr bizim gələcək obrazımıza, fızioloji ideallarımıza çevrilərdi. Beləcə, yuxuya da tez gedərdik. Analarımızın, nənələrimizin dilində eşitdiyimiz nağılların qəhrəmanı da olardıq böyüdüyümüz nağıllarda. Gecə yatmağa elə həvəslə gedərdik ki… Müsbət nağıl qəhrəmanlarımızın gələcəkdə bizim formalaşmağımıza, iradə sahibi olmağımızda, mərd, sözübütöv, əqidəli, vətənpərvər kimi böyüməyimizdə, bir sözlə, layiqli vətəndaş kimi yetişməyimizdə oynadığı rol əvəzsizdir. Bu gün bizim milli təfəkkürlərimizi, nənələrimizdən eşitdiyimiz milli dəyərlərimizi təbliğ edən nağıllara borcluyuq. Böyüdüyümüz nağıllar bizim milli dəyərlərimiz, ənənələrimiz, tariximizdir.

Ardını oxu...

Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi! Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bu sözləri Naxçıvan Dövlət Universitetində keçirilən “Qələbədən 100 gün sonra” adlı tədbirdə səsləndirilib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra şanlı qələbənin 100-cü gününə həsr olunmuş videoçarx nümayiş olunub. Universitetin rektoru Elbrus İsayev tədbiri giriş sözüylə açaraq 44 Günlük vətən müharibəsinində qazandığımız qələbənin Ali Baş Komandan İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti, müzəffər Azərbaycan ordusunun qəhrəmanlğı və xalqın güc birliyi sayəsində əldə olunduğunu xüsusi fəxr hissi ilə vurğulayıb. Rektor diqqətə çatdırıb ki, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən igidlərimiz heç vaxt unudulmayacaq, onların əməlləri gələcək nəsillərə nümunə göstəriləcək.

Ardını oxu...

Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il fevralın 23-də keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlər məlum olub.

Deputatlar 22 məsələni müzakirə edəcəklər. Bunlar aşağıdakılardır:

1. N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında.

2. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

3. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

5. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Ardını oxu...

Ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu başa çatıb.

Ərizələrin qəbulu internet vasitəsi ilə aparılıb. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu fevralın 9-dan başlayıb və fevralın 18-də başa çatıb.

İmtahan 2021-ci il fevralın 28-də keçiriləcək.

 

 

 

Kəngərli rayon Mədəniyyət Sarayında rayon üzrə fəaliyyət göstərən  uşaq müəssisələrinin, o cümlədən ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin  sanitar-gigiyenik vəziyyəti ilə bağlı maarifləndirici seminar keçirilmişdir. Tədbirdə Kəngərli rayonunda fəaliyyət göstərən uşaq müəssisələrinin metodist, tibb bacısı və müvafiq sahəyə məsul olan digər şəxsləri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Kəngərli  Rayon İcra Hakimiyyəti  Aparatının əməkdaşı Kənan Məmmədov tədbirin mahiyyəti və əhəmiyyəti barədə seminar iştirakşılarına ətraflı məlumat vermişdir.

Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev tədbirin keçirilməsinin zəruriliyindən bəhs edərək bildirmişdir ki, muxtar respublikada dövlət uşaq siyasətinin inkişaf göstəricilərini, məktəbəqədər müəssisələr, ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrdən, eləcə də onların maddi-texniki təminatından, müasir tipli infrastrukturlarından real şəkildə müşahidə edə bilərik. Bu müəssisələrin fəaliyyətə başlaması və fəaliyyətinin təmin olunması ilə yanaşı bu gün onların saxlanılma şəraiti, eləcə də sanitar-gigiyenik normalara əməl olunması əsas şərtlərdəndir.

Ardını oxu...

Dünən Heydər Əliyev Muzeyinin yaradılmasının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev qeyd edib ki, muxtar respublikamızda yaradılan muzeylər içərisində Heydər Əliyev Muzeyi xüsusi əhəmiyyət kəsb edir. Görkəmli ictimai-siyasi xadim, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının şəriksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 1999-cu il 18 fevral tarixdə imzaladığı Sərəncam əsasında Naxçıvan şəhərində yaradılıb.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, fevralın 18-də İran İslam Respublikasının İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctəba Zonnourinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına rəsmi səfərə gəlib. Səfər proqramı çərçivəsində qonaqlar Naxçıvan şəhərində yerləşən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olublar.

Ardını oxu...

Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşü təşkil olunub.
Görüşün keçirilməsində məqsəd gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi, Vətən müharibəsi haqqında daha çox məlumat əldə etməsi, onların müharibə iştirakçılarını daha yaxından tanımalarına şəraitin yaradılmasıdır.

Ardını oxu...

Bir qərinədən də az olan zaman kəsiyində qədim diyarımız, sanki yüzillik yol keçib. Bu reallığı dünənimizi görənlər daha dolğun müqayisə edə bilərlər. Bu məqamda Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədovanın “Naxçıvan blokadası” ikicildliyində özünə yer almış yazıların birində dediyi: “Bugünkü nəsil elə bilir ki, Naxçıvan əzəldən belə olub”  fikrini xatırlatmaq yerinə düşər. O dövrü yaşayanların, görənlərin isə həmkarımızın fikrinə öz münasibətlərinin birmənalı olması şəksizdir: Dünənki Naxçıvanla bugünkü Naxçıvan arasında yerlə göy qədər fərq var. Təbii ki, söhbət təkcə paytaxt şəhərimizdən getmir; bugünkü tərəqqi və inkişaf muxtar respublikanın hər bir guşəsini, həyatımızın hər bir sahəsini əhatə edir. Dünən ucqar bir əyalət təsiri bağışlayan məmləkətdən tərəqqi və inkişafa nail olan, müasirliyə qovuşan indiki Naxçıvan kərpic-kərpic, bina-bina, kənd-kənd yenidən qurulub. Min bir zəhmətlə qurulub. Dünənə ehtiram, sabaha cavabdehlik hissindən qurulub. Bu gün istənilən yurd yerimizə yolumuz düşsə, tərəqqi və inkişafın ifadəsi olan gözəlliklərin ovsunu bizi bir anda öz ağuşuna alacaq. Şərur rayonu da eləcə. Bu rayonun da dünəni ilə bu gününü müqayisə etməyə dəyməz. Çünki bu, mümkünsüzdür.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 145 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 232 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 271 nəfər müalicə olunaraq sağalıb, 3 190 nəfər vəfat edib, aktiv xəstə sayı 2 175 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 216, ötən müddət ərzində isə ümumilikdə 2 528 610 test aparılıb.

Azərbaycanın Baş naziri Əli Əsədovla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.

Bu barədə Türkiyə Prezident Administrasiyasından məlumat verilib.

Qeyd edək ki, dünən Baş nazir Əli Əsədovun Türkiyəyə səfəri başlayıb.

 

 

 

Türkiyənin "Yeni Şafak" qəzeti "Tabuta sığmayanlar" videolayihəsi çərçivəsində azərbaycanlı şəhid general-mayor Polad Həşimova film həsr edib.

Videolayihənin P.Həşimova həsr olunmuş 104-cü buraxılışının rejissorları Samir Babaoğlu və Ender Çinar olub.

Filmdə şəhid generalın bacısı Kəmalə Həşimova, anası Səmayə Həşimova, qardaşı İlham Həşimov və silahdaşları onun haqqında xatirələrini bölüşüblər.

Qeyd edək ki, dekabr ayında layihənin 101-ci buraxılışı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmişdi.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Vətən müharibəsinin şəhidi baş leytenant Valeh Məmiyevin ailəsinə məktub göndərib.

Məktub Yardımlının Kürəkçi kəndində yaşayan ailəyə çatdırılıb.

 

 

 

 

 

 

Mədəniyyət Nazirliyi Ermənistanda Şuşadan çıxarılan xalçaların sərgisinin keçiriləcəyi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"Armenpress.am saytının (https://armenpress.am/rus/news/1043451.html) məlumatına görə 20 fevral tarixində Ermənistanın Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda Şuşa Xalça Muzeyindən 1 noyabr tarixində çıxarılan xalçaların sərgisi keçiriləcək.

Sərgidə təqdim olunacaq “Arsax” adlandırılan xalçalar Vətənimizin ayrılmaz hissəsi olan Qarabağa məxsus milli irs nümunələrimizdir. Bu sərgi ermənilərin növbəti oğurluğu və qeyri-qanuni mənimsəməsidir.

Ardını oxu...

“Azərbaycan Hava Yolları” QSC Bakı-Moskva reyslərinin sərnişinlərinə müraciət edib.

QSC-dən  bildirilib ki, hava gəmisinə yalnız reysin uçuşundan 48 saat əvvəl alınmış koronavirus (COVID-19) testi üzrə mənfi nəticə barədə arayış təqdim edən sərnişinlər buraxılır. Arayış rus və ya ingilis dillərində təqdim edilməlidir. Həmçinin notarial qaydada təsdiq edilmiş rus dilinə tərcüməsi ilə Azərbaycan dilində arayışın təqdim olunmasına icazə verilir.

Azərbaycanda COVID-19 testindən keçə biləcəyiniz klinikaların siyahısı ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-clinics

Ardını oxu...

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR