15 Yanvar 2021, Cümə

Gömrük əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində narkotik qaçaqmalçılığı faktı aşkarlanıb.
Belə ki, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Almaniyaya yük aparan 67E47910 dövlət nömrə nişanlı “Volvo” markalı nəqliyyat vasitəsinə Şahtaxtı gömrük sərhəd-buraxılış məntəqəsində rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman əşyaların içərisində şübhəli təsvirlər müəyyən olunub.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının 7-ci ildönümündə Naxçıvan Qarnizonu Qoşunlarında təşkil olunan növbəti kursların başa çatması münasibətilə buraxılış mərasimi keçirilib. Kursları uğurla bitirənlər müxtəlif hərbi vəzifələrə təyin olunublar.

Ardını oxu...

Dekabrın 18-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunması barədə sərəncamlar imzalayıb.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərmiş 622 hərbi qulluqçu “İgidliyə görə” medalı ilə təltif edilib.

Ardını oxu...

Ayrılıq vaxtı çatıb, cəmi 3 gün vaxtın qalıb, bilirəm, getməlisən. İstəsəm də, saxlaya bilmərəm, artıq yolçusan. Amma bir az ayaq saxla, sənə sözüm var. Yolundan edirəm səni, lakin məni dinləməlisən... Səni həmişə çox sevmişəm, bilirsən. Elə buna görə də səndən yazmaq hər dəfə mənə tapşırılardı. Çünki səni sevən çox az insan olub həyatda. “Payızdan nə yazmaq olar ki”, – deyiblər. Lakin sən hər zaman mənim fəslim olmusan. Səni füsnun, romantikan-çiskin yağışın, sarılı-qızılı yarpaqlarınla, bir də, sanki bir ömrün sonunu əks etdirən kədərinlə sevmişəm... Səndən yazılarımda tablolar yaratmışam, hər naxışını, hər “baxışını” mənsur şeirlərimin misralarına çevirmişəm...

Ardını oxu...

Bu gün Azərbaycan Mkromaliyyə Assosiasiyası (AMFA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK)  tərəfindən Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMİRRA) layihəsi çərçivəsində həyata keçirilən Virtual Sahibkarlar Yarmarkasının açılış tədbiri keçirilmişdir. 

Tədbiri Azərbaycan Mikromaliyyə Assosiasiyasının İctimai Birliyinin  icraçı direktoru Jalə Hacıyeva giriş sözü ilə açaraq tədbirin əhəmiyyətindən danışmışdır. Azərbaycan Mikromaliyyə Assosiasiyasının idarə heyətinin sədri Cəlal Əliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Prezidenti Məmməd Musayev, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək layihə çərçivəsində görülən işlərdən, ölkəmizdə sahibkarlara, o cümlədən, kiçik və orta sahibkarlara göstərilən dövlət qayğısından ətraflı bəhs etmişdirlər.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qadın sahibkarlara göstərilən dövlət qayğısı ilə əlaqədar görülən işlər haqqında ətraflı məlumat verərək vurgulamışdır ki, muxtar respublikada kiçik və orta sahibkarlara, o cümlədən qadın sahibkarlara güclü dövlət dəstəyi göstərilir, qadınların ilkin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması, onların investisiya layihələrinin reallaşdırılmasına dövlət dəstəyinin göstərilməsi, güzəştli şərtlərlə kreditlər verilməsi yolu ilə maliyyə çətinliklərinin həlli və istehsalın stimullaşdırılması həyata keçirilir. Bunun da nəticəsində sahibkar qadınların sayı ildən-ilə artır. Belə ki, 2020-ci ilin 1 iyul tarixə olan statistik məlumata görə muxtar respublikada 53-ü hüquqi, 6926-sı fiziki şəxs olmaqla, ümumilikdə 6979 nəfər qadın sahibkarlıq fəaliyyəti ilə məşğul olur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 564 nəfər qadın çoxdur. Sahibkar qadınlar əsasən istehsal, əczaçılıq, ictimai iaşə sahələri, sənaye materiallarının satışı və lavaş istehsalı, digər ticarət və xidmət sahələrində fəaliyyət göstərirlər. Muxtar respublikada kiçik və orta sahibkarlığın inkişafında əsas göstərici olan   ailə təsərrüfatlarına  xüsusi diqqət və qayğı göstərilir. Göstərilən qayğının nəticəsidir ki, ildən-ilə ailə təsərrüfatlarının sayı artır. Belə ki, hazırda 1040 ailə təsərrüfatı qeydiyyata alınmışdır ki, bunun da 79-u qadınlar tərəfindən idarə olunur. Həmçinin muxtar respublikada qadın sahibkarlığının inkişafı ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq, Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının (BMTİP) qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı daha geniş miqyaslı proqram çərçivəsində 2019 və 2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi və “Naxçıvan Muxtar Respublikasında COVİD-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsi icra olunub. Azərbaycan Mkromaliyyə Assosiasiyası (AMFA) və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunan müvafiq layihələr uğurla başa çatdırılmış, ümumilikdə, layihələrdə 102 qadına 69 min 250 manat dəyərində sərmayə kapitalı verilmişdır. Hal-hazırda həmin qadınlar təyinatları üzrə fəaliyyətlərini davam etdirirlər.

Ardını oxu...

Dekabrın 18-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində  muxtar respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün seminar keçirilmişdir. Nazirliyin və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının 2020-ci il üçün təsdiq etdiyi birgə tədbirlər planına əsasən keçirilən seminarı giriş sözü ilə Qeydiyyat və notariat şöbəsinin notariat bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən ədliyyə müşaviri Zülfü İsmayılov açaraq mövzunun aktuallığı barədə danışmışdır. Qeyd edib ki, demokratik inkişaf yolu seçən bütün dövlətlərdə olduğu kimi ölkəmizdə də vətəndaş cəmiyyəti quruculuğu sahəsində ictimai sektorun inkişafı üçün zəruri tədbirlər görülmüş, beynəlxalq təcrübədən istifadə olunmuşdur. Belə ki, bu təşkilatların qanuna uyğun fəaliyyətinin təmin edilməsi istiqamətində qanunvericiliklə müəyyən edilən tədbirlər həyata keçirilmişdir. Nəticədə  qeyri-hökümət təşkilatlarına dövlət dəstəyinin olması, onların fəaliyyətinə öz təsirini göstərmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 962 yeni yoluxma faktı qeydə alınıb, 4 188 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 195 422 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 131 252 nəfər müalicə olunaraq sağalıb, 2 133 nəfər vəfat edib, aktiv xəstə sayı 62 037 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 305, ötən müddət ərzində isə ümumilikdə 2 031 308 test aparılıb

 

 

 

Azərbaycan, Ermənistan və Rusiya arasındakı razılaşma ardıcıl olaraq həyata keçirilir, rus sülhməramlıları Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməməsi üçün hər şeyi edirlər.

Bunu Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında deyib.

V.Putin Moskvanın Dağlıq Qarabağda sülhün bərqərar olması üçün vasitəçilik səyləri göstərərək ATƏT-in Minsk Qrupunda əldə olunmuş əsas razılaşmalara əməl etməyə çalışdığını vurğulayıb.

Rusiya Prezidentinin sözlərinə görə, hazırda Bakı ilə Yerevan arasında Rusiyanın vasitəçiliyi ilə bağlanmış atəşkəs ardıcıl olaraq həyata keçirilir.

 

 

 

 

Biz də vaksinləmə strategiyasını hazırlamışıq, bu strategiya çoxplatformalılığı nəzərdə tutur. Hansı texnologiyalardan istifadə ediləcəyindən asılı olmayaraq, bizim üçün əsas meyar həmin vaksinlərin elmi cəhətdən əsaslandırılmış təhlükəsizliyi olacaq. Nəzərdə tutulur ki, vaksinləmə proqramı gələn ilin əvvəlində başlanacaq, vaksinləmə könüllü olacaq və dövlət hesabına həyata keçiriləcək.

Bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Azərbaycanın vaksinləşmə strategiyası haqqında danışarkən bildirib.

Dövlətimizin başçısı deyib: “Azərbaycan pandemiyaya qarşı mübarizədə geniş beynəlxalq əməkdaşlığın fəal tərəfdarı kimi çıxış edib və edir. Bizim təşəbbüsümüzlə bir neçə beynəlxalq tədbir keçirilib. Onların sırasında bu ilin aprel ayında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının pandemiyaya qarşı mübarizəyə həsr edilmiş Zirvə Görüşünü göstərmək olar. Azərbaycan Şuranın sədridir. May ayında bizim təşəbbüsümüzlə Qoşulmama Hərəkatının yenə həmin mövzuya həsr edilmiş Zirvə Görüşü keçirilib. Azərbaycan Qoşulmama Hərəkatının sədridir. Mən Qoşulmama Hərəkatının sədri kimi bu mövzunun müzakirə edilməsi üçün hökumət və dövlət başçıları səviyyəsində BMT-nin Baş Assambleyasının xüsusi sessiyalarının çağırılması təşəbbüsünü irəli sürdüm. Bu təklif 150-dən çox dövlət tərəfindən dəstəkləndi. Beləliklə, dekabrın 3-də və 4-də Azərbaycanın təşəbbüsü ilə 70-dən çox dövlət və hökumət başçısının iştirakı ilə BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası keçirildi”.

Ardını oxu...

Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq arenada ümumi bəla olan pandemiyaya qarşı mübarizə üzrə operativ tədbirlər görüb. Qısa müddətdə laboratoriyaların sayı praktiki olaraq 8 dəfə artırılıb, 10-dan çox yeni müasir xəstəxana, o cümlədən modul tipli xəstəxana tikilib. Beləliklə biz COVID xəstələri üçün 10 mindən çox çarpayı təqdim etmişik.

Bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı koronavirus pandemiyasına qarşı Azərbaycanda aparılan mübarizə tədbirlərindən danışarkən bildirib.

Həkim çatışmazlığının ümumi problem olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Çünki heç bir səhiyyə sistemində xəstələrin sayının bu qədər olacağı nəzərdə tutulmamışdı. Biz həmkar ölkələrlə operativ danışıqlar apararaq 5 ölkədən – İtaliya, Çin, Kuba, Rusiya və Türkiyədən həkimləri dəvət etdik. Bu, xəstələrin müalicə olunmasında bizə xeyli dərəcədə kömək etdi. Pandemiyaya qarşı mübarizə, habelə zərərçəkmiş kateqoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən təqribən 2,5 milyard dollar məbləğində vəsait ayrılıb. Maliyyə dəstəyi tədbirləri Azərbaycanın beş milyona yaxın vətəndaşını əhatə edib, bu, bizim əhalinin yarısını təşkil edir”.

Prezident qeyd edib ki, dünyada vaksinləmə prosesinin başlandığı vaxtda Azərbaycan da bu prosesə qoşulur. “Ötən aylar ərzində aparıcı vaksin istehsalçıları olan “Sputnik V”, “AstraZeneca”, “Sinofarm”, “Sinovac”, “Moderna”, “Pfizer BioNTech” kimi firmalarla danışıqlar aparılıb. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan ölkələrin vaksinlərə ədalətli istifadə imkanını təmin etmək üzrə Ümumdünya Səhiyyə Təşkilatının iştirakı ilə beynəlxalq “COVAX” təşəbbüsünə ilk qoşulanlardan biri olub”, - deyə Prezident İlham Əliyev əlavə edib.

 

 

 

 

27 sentyabr Azərbaycan Respublikasında Anım Günü kimi təqvimə salınacaq.

Bununla bağlı Əmək Məcəlləsinə yeni maddə (106-1.) əlavə edilir.

Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni maddəyə əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü - Azərbaycan Respublikasında Anım Günüdür.

 Məsələ Milli Məclisdə müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiq edilib.

 

 

 

Zəfər Günü Azərbaycanda bayram günləri siyahısına daxil edilib.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, noyabrın 8-i Zəfər Günü olaraq bayram günləri siyahısına daxil edilir. Qanuna dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

 

 

 

Xəzər dənizində və Mingəçevirdə zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 05:26-da Qala stansiyasından 28 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3,1, dərinliyi 62 km olub.

Bundan başqa yerli vaxtla saat 05:18-də Mingəçevir stansiyasından 21 km şimal-qərbdə, Mingəçevir rayonunda zəlzələ qeydə alınıb.

 Zəlzələnin maqnitudası 3, dərinliyi 14 km olub. Zəlzələ hiss olunmayıb.

 

 

 

Atəşkəsə nəzarət üzrə monitorinq mərkəzi Ağdamda olacaq.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, hazırda inşa işləri davam edir: "Genrallarımız və digər şəxsi heyyətimiz hazır vəziyyətdədir. Ayrıca olaraq mina təmizləyən mütəxəssisləri də göndərmişik, onlar Azərbaycanda həm də təlimlər keçirlər.

 

 

 

 

Naxçıvan və Laçın dəhlizi ilə bağlı işlər paralel aparılır.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı danışıqlar davam edir. Qarşıdakı günlərdə bu məsələ öz həllini tapacaq.

 

 

 


Vasif Talıbov ötən 25 ildə xalqına, dövlətə və prezidentə sədaqətli xidmət nümunəsi göstərdi.

ƏLMANİZ ƏLƏKBƏROV.



1995-ci il 16 dekabr və 16 dekabr 2020-ci il

          Əslində çoxları üçün bu tarix adi bir təqvim kimi görünə bilər. Ancaq Naxçıvan və Naxçıvanlılar üçün bu tarix çox yaddaqalandır. Məhz bu tarixdə Naxçıvan Muxtar Respublikası Ali məclisinin sədri cənab Vasif Talıbov cənabları Naxçıvana rəhbərlik etməyə başlayıb.

          Həmin vaxt, Ümummilli lider, Heydər Əliyev kimi dahi bir şəxsiyyət Naxçıvanı işğal olmaqdan xilas etdi. Və özündən sonra Naxçıvana rəhbər kimi layiqli tələbəsinə etimad göstərmişdi. Dahi şəxsiyyət bir neçə illər sonra Naxçıvana Azərbaycan Respublikasının Prezidenti kimi səfər edən zaman öz çıxışında demişdi: Mən ona etimad göstərən zaman gənc olduğu üçün biraz narahat idim, lakin bu keçən illər ərzində cənab Vasif Talıbov sübut etdi ki, ona göstərilən etimadı layiqincə doğruldur.

Bəli, sözün əsil mənasında cənab Vasif Talıbov cənabları Ulu öndərin ona göstərdiyi etimadı doğruldaraq, onun layiqli şagirdlərindən olduğunu sübut etdi.

          Düşündük ki, cənab Vasif Talıbovun Naxçıvana rəhbərlik etdiyi 25 illik zamana, xaricdə yaşayan Naxçıvanlıların fikirləri ilə səyahət etmək daha maraqlı olardı.

          Odur ki, Ukraynada yaşayan həmyerlimiz “Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin “ sədri, Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu Qıvraq qəsəbəsində doğulub boya-başa çatmış Əlmaniz Ələkbərovla həmsöhbət olduq.

          Sual: Siz Naxçıvanda doğulub boya-başa çatan və xaricdə yaşayan Naxçıvanlı kimi, cənab Vasif Talıbovun Naxçıvana rəhbərlik etdiyi ötən 25 ili necə dəyərləndirirsiniz?

Ardını oxu...

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan öz tarixinin çətin günlərini yaşayırdı. İşğalçı ermənilər tərəfindən blokadaya alınmış Naxçıvan daha ağır vəziyyətdə idi. Yollar bağlanmış, əlaqələr kəsilmiş, insanların yaşaması üçün vacib olan zəruri vasitələr problemə çevrilmişdi. Məhz belə bir zamanda dünya şöhrətli siyasətçi, qüdrətli dövlət xadimi Heydər Əliyev Moskvadan Naxçıvana qayıtdı. Azərbaycanın və Naxçıvanın qanunverici orqanlarına deputat seçilən, sonra isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Heydər Əliyevin bütün fəaliyyəti muxtar respublikanın düşdüyü ağır vəziyyətdən çıxarılmasına, təhlükəsizliyinin təmin edilməsinə və inkişafına yönəlmişdi. Qarşıya qoyulan bütün məsələlər ulu öndər Heydər Əliyev uzaqgörənliyi, müdrikliyi, cəsarət və qətiyyəti sayəsində həll edildi. Naxçıvan qorundu, onun düşmən əlinə keçməsinə imkan verilmədi.

Ardını oxu...

1990-cı il dekabrın 18-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul edilmişdir. 2000-ci ildən etibarən həmin tarix “Beynəlxalq Miqrant Günü” kimi qeyd olunur.

Son illərdə bütün dünyada getdikcə sürətlənən və miqyasını durmadan genişləndirən qloballaşma proseslərinin əsas faktorlarından biri də məhz miqrasiya amilidir. Müasir dünyada baş verən müxtəlif siyasi və iqtisadi proseslər miqrasiyanın, xüsusilə sosial-iqtisadi miqrasiyanın genişlənməsinə təsirsiz ötməmişdir. Hazırda mövcud miqrantların böyük əksəriyyətini əməkçi miqrantlar təşkil edir ki, bu da onlarla bağlı problemlərə xüsusi diqqət yetirilməsini və bununla bağlı bir çox məsələlərdə dövlətlər tərəfindən vahid yanaşmanın tətbiq olunmasını zəruri edir.

Ardını oxu...

Qarabağda sülhməramlıların sayında artım yalnız tərəflərlə razılaşdırılmaqla mümkündür.

Bunu Rusiya Prezindeti Vladimir Putin illik mətubat konfrasnındakı çıxışında bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin sayının artırılması mümkündür: “Rusiya sülhməramlılarının sayının artırılması mümkündür, lakin bu, tərəflərin razılığı ilə olmalıdır”.

Beynəxlaq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir.

Bunu Rusiya Prezindeti Vladimir Putin illik mətubat konfrasnındakı çıxışında bildirib.

O əlavə edib ki, Qarabağda hər zaman müharibə var idi, ora xaricdən bir müdaxilə edilmədi.:

“Qarabağda atəşkəsin pozulması bir dəfə baş verdi və ümüd edirik ki, bu belə də qalacaq. Hazırda əsas məsələ Qarabağla bağlı əldə olunmuş razılaşmasıdır ki, orada insanların həyatı xilas edildi. Digər məsələlər ikinci dərəcəlidir”.

 

 

 

Azərbaycanda 2021-ci ildə Formula 1 Qran prisinin keçiriləcəyi tarix təsdiq edilib.

Avtomobil İdmanı Federasiyasının (FİA) Ümumdünya şurası 2021-ci il üçün “Formula-1” təqvimini təsdiqləyib.

 Təqvimdə Azərbaycanda Formula 1 Qran prisinin 2021-ci il 6 iyunda keçirilməsi nəzərdə tutulur.

 

 

 

 

 

Prezident İlham Əliyevin xüsusi tapşırığına əsasən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad olunmuş Şuşa şəhərini dayanıqlı içməli su ilə təmin etmək üçün təxirəsalınmaz tədbirləri davam etdirir. Kiçik Kirs mənbəyindən sonra Zarıslı mənbəyindən suyun verilməsilə Şuşa şəhərinin alternativ və dayanıqlı içməli su təchizatı təmin edilib.

Bu barədə "Azərsu" ASC-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Şuşa şəhərinin içməli su təchizatının dayanıqlığını təmin etmək və Kiçik Kirs mənbəyindən asılılığı aradan qaldırmaq üçün Zarıslı mənbəyi və Zarıslı-Şuşa magistral kəmərində aparılan təmir-bərpa işləri yekunlaşıb və şəhərə yeni mənbədən suyun verilməsi təmin olunub. Müdafiə Nazirliyinin müvafiq bölmələri ilə birgə təhlükəsizlik tədbirləri görülməklə Şuşa şəhərindən 11 km məsafədə yerləşən Zarıslı mənbəyi və Laçın-Şuşa avtomobil yolunun kənarı ilə çəkilmiş magistral su xətti tam təftiş edilib, kəmərin qəzalı hissələri müəyyənləşdirilib:

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında YUNESKO səviyyəli “İlandağ” geoparkının yaradılması layihəsinin ümumi ərazi xəritəsi hazırlanıb.

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Babək, Culfa və Ordubad rayonları ərazisində “İlandağ” geoparkının ərazisinin ümumi, geoloji, geomorfoloji, landşaft, tarix-memarlıq, arxeoloji, biomüxtəliflik və s. xəritələri hazırlanıb. Ərazidə yerləşən 34 tarix-mədəniyyət, 41 arxeoloji abidənin, 32 geositin ətraflı təsvirləri verilib. Geopark ərazisinin kompleks qiymətləndirilməsi, nadir geoloji, geomorfoloji, canlı təbiət, tarix-memarlıq və arxeoloji obyektlər barədə məlumatları cəmləşdirən kompüter məlumat bazası yaradılıb, toplanılmış materiallar əsasında “İlandağ geoparkı” kitabı nəşr olunub.

 

 

 

 

Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun bölmələrinin təminatının və təchizatının daha da yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlər görülür.

Müdafiə Nazirliyindən verilən məlumata görə, eyni zamanda bu ərazilərdəki yaşayış məntəqələri və yüksək dağlıq ərazilərdəki yeni mövqelərdə qoşun xidməti və döyüş növbətçiliyi təşkil olunur.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 124 yeni yoluxma faktı qeydə alınıb, 4 205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 191 460 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 127 064 nəfər müalicə olunaraq sağalıb, 2 088 nəfər vəfat edib, aktiv xəstə sayı 62 308 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 426, ötən müddət ərzində isə ümumilikdə 2 016 003 test aparılıb.

Qarabağda atəşkəsin davamlı olması üçün lazımi addımları atacağıq.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24 TV-yə müsahibəsində deyib.

Nazir bildirib ki, hazırda Qarabağda müşahidə nöqtələri barədə məsələlərlə bağlı Azərbaycanla danışıqlar aparılır: “Ən qısa zamanda bu mərkəzi quracağıq. Atəşkəsin davamlı olması üçün lazımı addımları atacağıq. Bunun tezliklə reallaşmasında fayda var. Son günlər Ermənistan tərəfindən atəşkəsin pozulması halları baş verdi. Azərbaycan onların cavabını verdi, amma burada Rusiyanın da məsuliyyəti var. Çünki üçtərəfli bəyanata əsasən, orada Rusiyanın sülhməramlı qüvvələri var. Rusiya atəşkəsin pozulmasının qarşısını almalıdır, əks təqdirdə Azərbaycan Prezidenti cənab İlham Əliyev lazımi mesajı verib”.

Ədaləti ədalətsizliklə bərpa etmək olmaz. (H.ƏLİYEV)

Ruhunuz şad olsun ULU Öndər! Ədalətli haqq savaşımızla  qələbə qazandıq. Artıq bizə miras olaraq qoyub getdiyiniz və xalqımızı, dövlətimizi əminliklə əllərinə əmanət etdiyiniz Ali Baş Komandanımız Sizin arzunuzu reallaşdırdı. Azərbaycan dövlətinin hər  zaman inandığınız qüdrətini bərpa etdi, tarixi gerçəkliyimizi özümüzə qaytardı. Saxta tarixlə tarixlərini “bəzəyənlərin” dərsini verdi. “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” şüarınız bugün hər kəsin həyat amalı, yaşam idealına çevrildi. Sözlərinizdən ilhamlanan cəsur oğullarımız vətənin müdafiəsinə  göz qırpmadan hazır oldular. Doğma torpağımızın hər bir qarış torpağını böyük mətinliklə düşməndən geri aldılar, düşmənə öz gücümüzü göstərdilər. Gücümüz demişkən burada hər iki güc- maddi və mənəvi gücdən söhbət gedir. Ali Baş Komandanın yürütdüyü məqsədyönlü siyasət, ordu quruculuğu prosesi qələbəmizin ən əsas faktoruna çevrildi. Xalqdan güc alan Prezident İlham Əliyev mənəvi qələbəmizin timsalına çevrildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaqdır. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir... Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq".

Bütün müharibələr ilk öncə insanın zehnində qazanılır. Janna D Ark

Tanrının haqq tərəzisi gec-tez öz yerini tapacaqdı. Düşmənin (həm də mənfur və iblis düşmənin) əməlləri cəzasız qalmayacaqdı. Əsgərlərimiz döyüşə qazanmaq üçün getdilər. Çünki, onların düşüncələrində, fikirlərində ancaq QƏLƏBƏ və yenə də QƏLƏBƏ idi!!! Bu idi bizə ruh yüksəkliyi yaşadan! Bu idi əsgərimizi, zabitimizi döyüşün ən qızğın çağında belə ölümün gözünə dik baxdıran! Bu idi ən çətin məqamda belə əlindəki gücə, içindəki qəzəb hissinə sığınaraq düşmənin üzərinə qorxmadan, məğrurcasına addımladan! Bax, bu idi bizi qələbəyə yaxınlaşdıran, zəfər tarixini yazdıran!!!

Ardını oxu...

(Məzarüstü monoloq) 

Şəhid baş leytenant İsmayılov Abbasəli İmamqulu oğlu haqqında qısa arayış: 1995-ci il sentyabrın 22-də Babək rayonunun Qahab kəndində anadan olub. İlk təhsilini Qahab kənd tam orta məktəbində alan Abbasəli 2010-2013-cü illərdə Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyi, 2013-2017-ci illərdə isə Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra hərbi xidmətə başlayıb. Vətən müharibəsində Suqovuşan, Hadrut, Füzuli, Zəngilan, Cəbrayıl istiqamətində gedən hərbi əməliyyatlarda şərəfli döyüş yolu keçib. Oktyabrın 22-də Qubadlının düşmən işğalından azad olunması zamanı şəhidlik zirvəsinə ucalıb, doğulduğu Qahab kəndində dəfn edilib.

          Salam Abbasəli. O müqəddəs ruhuna salam olsun. Yadındadır, səninlə bir məktəbdə oxumuşduq. Riyaziyyat fənnindən  Tomirid müəllimənin yanına birgə hazırlığa gedirdik. Çox sevərdin bu fənni. Suallara sinifdə hər kəsdən aktiv cavab verərdin, cəbr, həndəsə ilə bağlı məsələ və misalları hamıdan tez həll edərdin. Tarix dərslərinə də çox hazırlıqlı gələrdin. Hərdən düşünürəm ki, səni zabit peşəsinə aparan yol riyaziyyat dəqiqliyindən, Vətən tarixinə olan vurğunluğundan keçdi. 2010-cu ildə atan İmamqulu kişidən, anan Tamara xanımdan xeyir-dua alıb Qahabın yuxarı məhəlləsindəki evinizdən məsuliyyətli, çətin, şərəfli bir yola çıxdın. Şərəfli zabit adını qazandın. Kəşfiyyatçı kimi Beyləqan və Ağcabədi rayonlarında xidmət etdin.

          2020-ci il sentyabrın 22-də isə sonuncu dəfə doğum gününü qeyd etdin. Beş gün sonra səni və hərbçi yoldaşlarını tarixi sınaq gözləyirdi. Döyüş meydanında haqq-ədalət də, güc də, təminat da, xalqın dəstəyi də sizin yanınızda idi. Yəqin ki, aramızda olsaydın səndən soruşardım: Abbasəli, Qahabdan Qubadlıya uzanan döyüş yolunu necə xatırlayırsan? Otuz ildir həsrətində olduğumuz, hər santimetrində sənin kimi minlərlə igidin qanı və canı olan o torpaqlar səni ovsunladımı? Bizi Suqovuşana qovuşduran igid, əminəm ki, bizə Cəbrayıl həsrətindən, mənfur düşmənin Zəngilanı, Füzulini necə tar-mar etməsindən, Qubadlıda Milli Qəhrəman Şükür Həmidovla çiyin-çiyinə döyüşməyinizdən saatlarla danışardın.

Ardını oxu...

Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndlərindəki son hərbi əməliyyat zamanı Ermənistanın təxminən 73 hərbi qulluqçusu itkin düşüb.

Bu barədə Ermənistan mətbuat orqanları məlumat yayıb.

Məlumata görə, müxtəlif yerli xəbər saytlarında itkin düşmüş hərbçilərin sayı barədə ziddiyyətli məlumatlar yayımlanır, hətta onların sayının 171 nəfər olduğu qeyd edilir. Ancaq Ermənistan rəhbərliyinin açıqlamasına görə, bu məlumatlar həqiqəti əks etdirmir və adı çəkilən kəndlərdə gedən əməliyyatlar zamanı 73 hərbçinin itkin düşdüyü rəsmi şəkildə təsdiqlənib.

Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi general-polkovnik Onik Qasparyan vəziyyəti aydınlaşdırmaq üçün Dağlıq Qarabağa gedib.

 

 

 

Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclasında iştirak etmək məqsədilə Brüssel şəhərinə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun Avropa İttifaqı, eləcə də Belçika Krallığının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

 

 

 

Dekabrın 16-da Naxçıvan Dövlət Teleradiosunun efir vaxtının 1 saat artırılması və yeni saytının təqdimat tədbiri keçirilib. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş muxtar respublikanın kütləvi informasiya orqanlarını da əhatə edib. 25 il bundan öncə, 1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən görkəmli dövlət xadimi Vasif Talıbovun bütün sahələr kimi, mətbuat orqanlarına, teleradiolara olan hərtərəfli qayğısı yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olub, muxtar respublika mətbuatı yeni inkişaf müstəvisinə çıxıb.
Qeyd olunub ki, Naxçıvan Dövlət Televiziyasının və Radiosunun internet üzərindən yayımlanması, yeni texnologiyaların iqtisadiyyatın və həyatın bütün sahələrində tətbiqi, sürətli internetə çıxış imkanlarının yaradılması və rəqəmsal yayıma keçid Naxçıvanın informasiya blokadasının yarılmasına, qədim diyarın müasir sosial-iqtisadi inkişafı, tarixi və turizm potensialı haqqında məlumatların oxucu, tamaşaçı və dinləyicilərə daha operativ çatdırılmasına imkan verir. Teleradionun efir vaxtının daha bir saat artırılaraq 20 saata çatdırılması və saytın yenilənməsi bu sahədə həyata keçirilən tədbirlərin davamı kimi mühüm əhəmiyyətə malikdir.

Ardını oxu...

“Naxçıvan tarixi” çoxcildliyinin ikinci cildində Naxçıvan xanlığının Kəngərli süvariləri haqqında deyilir: “Onlar haqqında fikir demək üçün gərək o qoşunları döyüş vaxtı müşahidə edəsən. Bunlar elə bil ki, qəzəblənmiş Allahın odu və ildırımıdırlar. Döyüş vaxtı göydən düşmənlərin lap mərkəzinə düşürlər, ölüm və dəhşət səpələyirlər”.
Tarixin bütün dövrlərində döyüşkənliyi və cəsarəti, igidliyi, qəhrəmanlığı ilə tanınan naxçıvanlılar həmişə öz sözünü deyib. Əlincənin alınmazlığı, Babəkin rəşadəti, Naxçıvanskilərin, Kəngərlilərin döyüş ruhu həmişə dillərə dastan olub.

Ardını oxu...

Türkiyə minatəmizləyənlərindən ibrət 136 nəfərlik bir qrup Azərbaycana gəlib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" hesabında məlumat verilib.

Ardını oxu...

Mən blokada illərinin uşağıyam. 1990-cı illərin... Anam deyərdi ki, sən doğulanda müharibənin şıdırğı vaxtı idi. Necə deyərlər, ara qarışmışdı, dəftər də itmişdi. Heç nə tapmaq olmurdu. Kim nə tapdı yeyərdi. Kim nə tapdı geyinərdi. Qonşudan nəsə istəmək də ayıb sayılardı. Qonşular da səngünlü idi. Yoxsul mənzərə hamının qapısından asılmışdı. Buna görə də heç kimin üzü gəlmirdi ki, kimdənsə nəsə istəsin. Bir sözlə, yoxsulluq hamının taleyinin əsasını təşkil edirdi. Hələ balaca ikən babamın kövrələrək söylədiyi xatirələr qulaqlarımdan getmir: “Çox kasıbdıq. Evdə yanacaq da yoxdu yandıraq, canımız qızsın. Həyətində ağacı olanlar şanslı hesab edilirdi. Kəsmək üçün iki ağac arasında da çox qalmışam. Atamın əkdiyi çinarı kəsim, yoxsa neçə illərdən bəri bağımızın dadlı meyvəsi olan tut ağacını? İllərin ağaclarına qıyırdıq vəhşi adamlar kimi”. İndi biz elə hadisələr görəndə ürəyimizdən həmin adamlara qarşı nifrət keçir. Qınayırıq. Vaxtilə babalarımızın üz-üzə qaldığı davranışlar məhz məcburiyyətin iztirablı səhnələridir. Dəfələrlə eşitdiyimiz çörək növbələrini demirəm hələ... (sadalamağa gərək yoxdur, dillər əzbəridir o mənzərələr) və sair və ilaxır.

Ardını oxu...

“Naxçıvan Muxtar Respublikasında tibb müəssisələrinin akkreditasiyası Qaydası”nın təsdiq edilməsi haqqında Qərar qəbul edilmişdir. Adıçəkilən qayda mülkiyyətindən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq, Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin akkreditasiyasının keçirilməsini müəyyən edir. Tibb müəssisələrinin akkreditasiyası əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, tibb müəssisələrinin fəaliyyətinin normativ-hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi və əhalinin yüksək keyfiyyətli tibbi xidmət göstərən tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunması üçün seçim hüququnun təmin edilməsi məqsədilə aparılır.

Ardını oxu...

Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədovanın “Naxçıvan blokadası – sənədli-publisistik toplu”, Naxçıvan blokadası – Naxçıvan dünən və bu gün” adlı 2 cildliyi işıq üzü görüb. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla nəşr edilən kitab ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanla bağlı arzularını reallığa çevirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun muxtar respublikaya rəhbərliyinin 25 illiyinə həsr olunub. Yeni nəşrlərin rəyçisi Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərlidir. Poliqrafik tərtibatı ilə ilk baxışdan diqqəti cəlb edən yeni nəşrlərin müəllifin 2010-cu ildə milli mətbuatımızın 135 illiyinə həsr etdiyi “Qəzet jurnalistikası”, 2020-ci ildə milli mətbuatımızın 145 illiyinə həsr etdiyi “Naxçıvanın publisistik xəritəsi” adlı kitablarından sonra oxucularla yeni görüşüdür.

Ardını oxu...

Müstəqil Azərbaycan tərəqqi yolunda əmin addımlarla irəliləyir. Ölkəmizin inkişafını təmin edən amil isə xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Uğurlu inkişaf siyasəti, həmçinin genişmiqyaslı islahatlar vətəndaş məmnunluğunu artırır. Eyni zamanda, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən addımlar Azərbaycanın gücünün artmasına, milli həmrəyliyin güclənməsinə xidmət edir.

Bu fikirləri Milli Məclisin regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Siyavuş Novruzov bildirib.

Ardını oxu...

ABŞ-ın Florida ştatında həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ABŞ-ın Florida ştatında fəaliyyət göstərən Azərbaycan–Amerika Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "Vətən" adlı həftəsonu Azərbaycan məktəbi təsis edilib.

Məqsəd Azərbaycan dilinin təbliği, xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərə doğma dilimizin, mədəniyyətimizin və tariximizin öyrədilməsidir.

Pandemiya ilə bağlı mövcud tələblərə uyğun olaraq, məktəbin təntənəli açılış mərasimi virtual formatda baş tutub. Artıq Azərbaycan dili dərslərinin onlayn tədrisi başlayıb. Dərslər xüsusi hazırlanmış proqram üzrə peşəkar təlimçilər tərəfindən aparılır.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan dərslərdə, ilk olaraq, uşaqlara Azərbaycan əlifbası öyrədilir.

 

 

 

Türkiyədə Ankara-Niğdə avtomagistralının ikinci hissəsinin açılış mərasimi keçirilib.

Tədbirə videoformatda iştirak edən Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı birtərəfli sanksiyalar tətbiq edilməsi məsələsinə münasibət bildirib.

Sanksiyaların tətbiq olunmasında S-400 sistemlərinin sadəcə bir bəhanə olduğunu vurğulayan Prezident deyib ki, Türkiyənin suverenliyinə qarşı qəsd hesab olunan bu qərarın qəbul edilməsində əsl məqsəd ölkədə sürətlə inkişaf edən müdafiə sənayesinin istehsalını əngəlləmək, Türkiyəni bu istiqamətdə fəaliyyətdən çəkindirməkdir. Sanksiyalar daxil olmaq olmaqla bütün təzyiqlərə baxmayaraq, Türkiyə qətiyyətli addımlarını davam etdirəcək.

 

 

 

 

 

 

Türkiyədə Ankara-Niğdə avtomagistralının ikinci hissəsinin açılış mərasimi keçirilib.

Tədbirə videoformatda iştirak edən Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı birtərəfli sanksiyalar tətbiq edilməsi məsələsinə münasibət bildirib.

Sanksiyaların tətbiq olunmasında S-400 sistemlərinin sadəcə bir bəhanə olduğunu vurğulayan Prezident deyib ki, Türkiyənin suverenliyinə qarşı qəsd hesab olunan bu qərarın qəbul edilməsində əsl məqsəd ölkədə sürətlə inkişaf edən müdafiə sənayesinin istehsalını əngəlləmək, Türkiyəni bu istiqamətdə fəaliyyətdən çəkindirməkdir. Sanksiyalar daxil olmaq olmaqla bütün təzyiqlərə baxmayaraq, Türkiyə qətiyyətli addımlarını davam etdirəcək.

 

 

 

 

 

 

Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən Füzuli rayonunda təhlükəsizlik tədbirləri gücləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, müvafiq əmrə əsasən Füzuli Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Xəqani Məmmədov rayonun komendantı təyin edilib.

Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Füzuli rayonunun giriş-çıxışında, o cümlədən rayon daxilində postlar qurulub, təhlükəsizliyə tam olaraq nəzarət edilir.

 

 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 077 yeni yoluxma faktı qeydə alınıb, 3 854 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 43 nəfər vəfat edib.

Indiyədək ölkədə ümumilikdə 187 336 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 122 859 nəfər müalicə olunaraq sağalıb, 2050 nəfər vəfat edib, aktiv xəstə sayı 62 427 nəfərdir.

 Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 998, ötən müddət ərzində isə ümumilikdə 1 998 577 test aparılıb.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “Azərsu” ASC-nin, Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərişıq” ASC-nin, “Azərenerji” ASC-nin, “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri də daxil olmaqla ilkin olaraq 60 nəfərə qədər heyətdən ibarət və 6 əsas istiqamət üzrə fəaliyyət göstərəcək işçi qrupuna müxtəlif sahələri təmsil edən qurumların mütəxəssisləri cəlb edilərək müvafiq tapşırıqlar verilib.

Bu məqsədlə Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhərində infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlakın mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi və inventarlaşdırılması istiqamətində işlərin aparılması nəzərdə tutulur.

Ardını oxu...

 

 

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “Azərsu” ASC-nin, Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərişıq” ASC-nin, “Azərenerji” ASC-nin, “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri də daxil olmaqla ilkin olaraq 60 nəfərə qədər heyətdən ibarət və 6 əsas istiqamət üzrə fəaliyyət göstərəcək işçi qrupuna müxtəlif sahələri təmsil edən qurumların mütəxəssisləri cəlb edilərək müvafiq tapşırıqlar verilib.

Bu məqsədlə Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhərində infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlakın mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi və inventarlaşdırılması istiqamətində işlərin aparılması nəzərdə tutulur.

Ardını oxu...

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkənin bəzi ərazilərində internet verilişinin dayandırılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri Günel Gözəlova Trend-ə açıqlamasında yayılan məlumatları nazirliyə qarşı təxribat adlandırıb: "Sosial şəbəkələrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adından guya 16 dekabr saat 00:00-dan Azərbaycan Respublikasının qərb rayonlarında internetin verilməsinin tam dayandırılması ilə bağlı məlumatlar yayılıb. Məlumat Nazirliyin loqosuna oxşar, ancaq nazirliyə məxsus olmayan loqo ilə və rayonların siyahısı da əlavə olunmaqla sosial şəbəkələrə yerləşdirilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşların diqqətinə çatdırır ki, yayılan bu məlumat həqiqəti əks etdirmir.

Qeyd edək ki, 27 sentyabr tarixində Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilməsində qanunamüvafiq olaraq müvəqqəti məhdudiyyət tətbiq edilmişdi. Bu məhdudiyyət işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla 12 noyabr 2020-ci il tarixində aradan götürülüb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İctimaiyyəti hər iki halda bu barədə KİV vasitəsilə xəbərdar edib.

Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər. Sosial media hesablarında bu kimi yalan məlumatlarla qarşılaşdıqda onların ekran görüntülərini (screenshot) paylaşaraq kütləviləşdirməsinlər. Həmçinin baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini və digər elektron sübutları saxlasınlar və bizə göndərsinlər.

Hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda, vətəndaşlar www.cert.az saytı və ya  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər".

 

 

 

Qarşıdakı 3 ay koronavirusla bağlı vəziyyət çox çətin olacaq.

Bunu ÜST-nin Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, artıq bir ilə yaxındır ki, koronavirus insanların həyatına daxil olub və yeni normalar müəyyənləşib: ”Son bir ildə hər kəsin həyatı çox dəyişdi. Bu, bir yandan pandemiya yorğunluğunu ortaya çıxardı. Peyvənd vurulana qədər yeni normalarla yaşamalıyıq və ona əməl etməliyik. Yeni normaları bir-birimizə pozitiv şəkildə ötürməliyik”.

 H.Harmancı əlavə edib ki, Azərbaycanda artıq küçələrdə insanlar pandemiya qaydalarına daha çox riayət edirlər. Bu, çox gözəl haldır.

 

 

 

Azərbaycanda oktyabr ayının ortalarından sonra yoluxma sayında 10 dəfəyə qədər artım olub.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, bütün dünyada yoluxma sayı sürətlə artır: “Son 10 gündə yoluxma sayının gün ərzində 2000-3000 olmaqla, sabitləşdiyini görürük. Bu, yaxşı bir xəbərdir. Karantin tədbirləri insanları qorumaya yönəlib. Əlimizdə dərman və vaksin yoxdur. Bütün dünyada karantin tədbirlərinin faydasını görürük. Bunu müşahidə edirik ki, karantin tədbirləri nə qədər çox tətbiq edilərsə, yoluxma sayı azalır. Adətən, karantindən 1 həftə keçdikdən sonra yoluxma sayındakı azalmanı gördük. Azərbaycanda da bunu müşahidə edirik”.

COVİD-19-a qarşı Azərbaycana hansı vaksinin gətirilməsindən asılı olmayaraq, onun çox faydalı olacağını hesab edirik.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, ÜST vaksinasiya ilə bağlı prosesləri izləyir:

"ÜST təcili durum şəraitində bu vaksinlərin alınması üçün gərəkli tövsiyələrini çox yaxın vaxtlarda dünyaya açıqlayacaq”.

H.Harmancı qeyd edib ki, hazırda Azərbaycanda vaksinasiya planı hazırlanır: “Biz də buna texniki dəstək veririk. Çox yaxın vaxtlarda bununla bağı ÜST eksperti də Azərbaycana gələrək hökumətə yardım edəcək. Bu vaksinin nə zaman və nə qədər alınacağı da çox önəmlidir”.

 

 

 

 

Bu ilin iyul ayında Ermənistan vətəndaşı 30 yaşlı Narek Sardaryan işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək Naxçıvan Muxtar Respublikasının ərazisinə keçib. Hərbiçilərimiz tərəfindən saxlanılan Narek Sardaryan Naxçıvanla sərhəddə heyvandarlıqla məşğul olduğunu,  öz ölkəsində  olan zorakılıq, məmur özbaşınalığı və ədalətsizliklərdən bezərək sərhədi keçmək üçün fürsət axtardığını və ölkəmizə sığındığını bildirib. 

Ardını oxu...

Müasir Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanılması mövcud geosiyasi vəziyyətdə çox böyük siyasi təcrübə, bacarıqlı diplomatik gedişlər, beynəlxalq müstəvidə müstəqillik atributlarını müdafiə etmək bacarığı, müasir ordu quruculuğu işlərinin həyata keçirilməsini  tələb edir.  Bu istiqamətdə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu yol bu gün dahi şəxsiyyətin layiqli siyasi varisi, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ardıcıl davam etdirilir.

Ardını oxu...

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR