15 Yanvar 2021, Cümə

Naxçıvan Dövlət Universiteti və “AKİ PHARM” MMC-nin kollektivləri 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə əsgərlərə bayram sovqatı aparıblar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına bayram sovqatı aparıb.

Ardını oxu...

Geridə qoyduğumuz il nələrlə xatırlanacaq


Bütün dünyanı “Bitsin artıq!”, – deməyə vadar edən tarixin 2020-ci səhifəsini artıq bağlayırıq. Bu səhifəyə nələr yazılmadı ki? Dünyanı cənginə alan pandemiya, ilboyu ardı-arası kəsilməyən yanğın, zəlzələ, təbii və antropogen fəlakətlər, minlərlə insan ölümü... Məhz buna görə də dünya mətbuatını araşdırarkən 2020-ci ilin “Fəlakət ili” elan edildiyinin şahidi oluruq. Dünya 2020-ci ilə, təlatümlü bir dövrə qədəm qoymuşdu. Avstraliyada yanğın fəlakəti ilə başlayan il qlobal fəlakətlə davam etdi. Bütün dünyaya yayılmağa başlamış pandemiya 2 milyona yaxın insanın ölümünə səbəb oldu, yüzlərlə dünya və Avropa səviyyəli tədbirlər bu səbəbdən təxirə salındı. 

Ardını oxu...

İşğal edilmiş torpaqlarımızın 44 günlük Vətən müharibəsi ilə geri alındığı 2020-ci il Azərbaycan hərb tarixində Qələbə ili kimi özünəməxsus yer tutaraq yaddaşlardan silinməyəcək. Erməni ordusunun məğlubedilməzlik mifinin darmadağın edilməsi, düşmənin kriminal hərbi-siyasi rejiminin dezinformasiya ilə dünya ictimaiyyətini aldatmasına son qoyulması, Azərbaycan əsgərinin addım səslərini eşidib qaçan düşmən əsgərinin öz xislətinə uyğun olaraq mülki əhalini hədəfə alması, qalib ölkə Azərbaycanda birlik, bərabərlik və həmrəyliyin sarsılmaz olması, məğlub ölkə Ermənistanda isə xaosun hökm sürməsi bu müharibədə şahidi olduqlarımızın hələlik bir qismidir.

Ardını oxu...

Milli birlik və həmrəylik ideyası hər bir xalqın tarixi inkişafında mühüm rol oynayan əsaslı amillərdəndir. Buna nail olmayan xalq heç vaxt müstəqil, azad yaşaya bilməz. Bu mənada, dünya azərbaycanlılarını vahid milli ideologiya və həmrəylik ideyaları ətrafında birləşdirən, Azərbaycan xalqının müstəqillik arzularını gerçəkləşdirən, onu əbədi və dönməz edən ümummilli liderimiz Heydər Əliyev dünənimiz, bu günümüz və gələcəyimiz üçün böyük siyasi irs qoyub. 1991-ci il dekabrın 16-da ulu öndərimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul olunması bunu bir daha təsdiq edir.

Həmin qərara əsasən 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada qeyd edildi. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynadı.

Ardını oxu...

Dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə muxtar respublikanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi, eləcə də ölkəmizin digər bölgələrindən olan tələbələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sovqat verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi bildirir ki, 2021-ci il yanvar ayının 5-dən etibarən Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlərə istifadə müddəti bitmiş, itirilmiş, istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrinin Bakı şəhərində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərəcək Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən yenisi ilə əvəzlənməsinə başlanılacaq.

Ardını oxu...

Dekabrın 31-i dünya şöhrətli kimyaçı alim, kimya elmləri doktoru, Dövlət Mükafatı laureatı, akademik Yusif Məmmədəliyevin doğum günüdür.

Azərbaycanın ilk kimyaçı akademiki, maarifçi, təşkilatçı, götkəmli dövlət xadimi Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci il dekabr ayının 31-də gözəl guşələrimizdən biri olan Ordubad şəhərində anadan olub. O, 1911-1917-ci illərdə Ordubadda şəxsi məktəbdə təhsil alıb, sonra orada yaradılan yeni tipli məktəbdə təhsilini davam etdirib. 1918-1920-ci illərdə Təbrizdə ingilisdilli məktəbdə təhsil alıb. 1921-ci ildə Ordubadda gimnaziyanı “əla” qiymətlərlə bitirib, ibtidai məktəbdə müəllim işləyib. 1926-cı ildə Ali Pedaqoji İnstitutun təbiət fakültəsini müvəffəqiyyətlə bitirib. Bu ali təhsil ocağında Y.Məmmədəliyev görkəmli kimyaçı professorlarımız S.Hüseynov və M.Xanlarovdan dərs alıb. Y.Məmmədəliyev kimya elminə olan dərin marağını və sevgisini nəzərə alıb, 1929-cu ildə kimya biliklərini daha da dərinləşdirmək məqsədilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunub. Dünya kimya elminin görkəmli alımlərindən olan akademik N.Zelinskinin laboratoriyasında elmi-tədqiqat işləri aparmağa başlayıb. 1931-ci ildə N.Zelinskinin və A.Balandinin rəhbərliyi ilə “Etilenin katalitik hidrogenləşməsinin kinetikasının öyrənilməsi” mövzusunda ilk elmi tədqiqat işini müvəffəqiyyətlə yerinə yetirib. Bu tədqiqatların yekunlarına görə 1938-ci ildə Moskva Dövlət Universitetinin Elmi Şurası Y.Məmmədəliyevə kimya elmləri namizədi alimlik dərəcəsi verir. Bu fövqəladə bir hadisə olub, alimin elmi fəaliyyətinə verilən yüksək qiymət idi.

Ardını oxu...

Naxçıvan Dövlət Universiteti ilə birgə dünyanın qabaqcıl əczaçılıq şirkətlərinin ən geniş idxalçısı olan AKİ PHARM MMC şirkəti adından 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “N” saylı hərbi hissənin şəxsi heyətinə bayram sovqatı təqdim olunub.

 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında danışan universitetin rektoru Elbrus İsayev əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş bu bayramın hazırda bütün dünya azərbaycanlıları tərəfindən qeyd edildiyini deyib. Azərbaycan diasporunun xarici ölkələrdəki fəaliyyəti və qazandığı uğurları diqqətə çatdıran rektor, bu siyasətin ölkəmizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Universitetin rektoru Azərbaycan ordusu və onun Naxçıvandakı hissələrini Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edərək belə görüşlərin keçirilməsinin xalq və ordu həmrəyliyinin ən yaxşı göstəricilərindən biri olduğunu bildirib. Vurğulanıb ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti və rəşadətli Ordumuzun şanlı mübarizəsi  2020-ci ili tariximizə zəfər ili kimi həkk etdi. Vətən müharibəsində tarixi qələbənin əldə olunmasında naxçıvanlı əsgər və zabitlər böyük şücaət və fədakarlıq nümunəsi göstərdilər. Bu gün hər bir azərbaycanlı 44 gün ərzində torpaqlarımızı işğalçılardan təmizləyən, ölkəmizin ərazi bütövlüyünü bərpa edən rəşadətli Ordumuzla fəxr edir.

Ardını oxu...

2020-ci ildə dünyanı bürüyən koronavirus pandemiyası, işğalçı Ermənistanın Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində törətdiyi təxribat və xalqımızın möhtəşəm zəfəri ilə başa çatan 44 günlük Qarabağ müharibəsi Azərbaycan diasporu üçün də sınaq dövrü olub. Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevə və ölkəmizə hər zaman dəstək nümayiş etdirən, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük səylər göstərən Azərbaycan diasporu bu sınaqdan da uğurla çıxıb. Bütün bunları nəzərə alaraq, Diasporla İş üzrə Dövlət Komitəsi “Dünya azərbaycanlılarının həmrəyliyi günü” münasibətilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki fəaliyyətlərinə, eləcə də 2020-ci ildə diaspor quruculuğu işində xüsusi fəallıqlarına görə 273 nəfəri təşəkkürnamə ilə təltif edib. Təltif olunanlar arasında Naxçıvan Dövlət Universiteti Elmi tədqiqatların əlaqələndirilməsi bölməsinin müdiri Rza Məmmədov da olub.

Ardını oxu...

 

 

 

Azərbaycan Respublikası Müdafiə naziri Zakir Həsənov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!
Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza möhkəm cansağlığı, şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Ardını oxu...

Dağlıq Qarabağ üzrə Birgə Monitorinq Mərkəzində iştirakına cəlb olunan Türkiyə hərbçiləri Azərbaycana yola düşüblər.

Bu barədə Türkiyə Müdafiə naziri Hulusi Akar bildirib.

Nazir Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Yaşar Gülər və qoşun növləri komandirlərinin iştirakı ilə videokonfrans formatında keçən ilin yekunlarına həsr olunmuş iclasda Cənubi Qafqazdakı vəziyyətə toxundu.

Ardını oxu...

Son iki gün... Bir il də ömür kitabımızın bir vərəqini, beləcə, çevirir, bir il də ötür həyatımızdan, deyirik. Bəli, ötür, ötəcəkdir də, zaman adlı köhlən atı kim saxlaya bilər ki? O çapır, gün keçir ay olur, aylarsa, illəri əvəzləyir. Fəsillər dəyişir... Bahar yay, payızsa, qış olur. Necə də bənzəyir insan ömrünə: bahar gənclik, yay orta yaş, payız qocalıq, qış da ahıllıq. Ötür zaman, insan elə ki bahardan yaya boylandı, oradan da payıza bir nəzər saldı, payızın füsunkar yarpaq tökümünü izlədi, deməli, bir yaş da gəlir yaş üstünə, bir il də yollanır öz arxivinə. Çünki yarpaq tökümü təbiətin yaşlanması, ahıl çağının çatması, bəyaz saçlarına sığal çəkərək bir ili də başa vurdum deməsidir. Sən də keçdin fəsilləri birər-birər. Qışda gəlmişdin, qışda da yolçu olursan... Bütün dünyanın yadında qalan, tarixinə yazılan, hər kəsin həyat dəftərinə bir sətir yazan 2020...

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Ordubad rayonunda yerləşən sərhəd zastavasında xidməti borcunu yerinə yetirən hərbi qulluqçularla görüşüb, onlara sovqat təqdim ediblər.

Ardını oxu...

Naxçıvan şəhərindəki Gənclər Mərkəzinin mərasim zalında muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılma mərasimi olub.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 101 yeni yoluxma faktı qeydə alınıb, 4 209 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 216 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 176 228 nəfər müalicə olunaraq sağalıb, 2 575 nəfər vəfat edib, aktiv xəstə sayı 37 781 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 279, ötən müddət ərzində isə ümumilikdə 2 174 343 test aparılıb.

Ankara ümid edir ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Monitorinq Mərkəzi tez bir zamanda yaradılacaq.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla danışıqları zamanı deyib.

O deyib: "Biz görürük ki, Qarabağda atəşkəs rejimi bərqərar edilib. Ümid edirik ki, atəşkəsə nəzarət üzrə Birgə Monitorinq Mərkəzi tez bir zamanda yaradılacaq"

 

 

 

Hekayə

Sərt keçən qışın ən yaxşı məlhəmi xudmani bir kənd evidir. Bir də kənd evində yanan gurhagur soba. Evin sakinlərindən nənəm, babam, atam və mən sobanın ətrafına yığışıb qışın şirin söhbətlərindən edərik. Axı qışda ən səmimi söhbətlər, keçmiş xatirələr mütləq sobanın dibində yada salınır. Bu mərhələdə həm isinirsən, həm də istinin verdiyi enerji ilə duyğulara yelkən açırsan. Bu duyğularla başlayır, keçmiş yolçuluğa səyahət. Söz açılan səyahət biz uşaqların ən çox sevdiyi mənzərədir. Bəzi babalar kimi mənim babam da keçmiş zamanlardan danışmağı çox xoşlayardı. Elə himə bənd idin ki, “o vaxt” – deyib çəkiləsən qırağa. Evin ağsaqqalı da həmin mövzunu eninə-uzununa çox həvəslə, ürəklə, bəzən də gözü dola-dola danışardı. Mən də hər dəfə babama qulaq asanda gözlərim önündə rəngarəng səhnələr canlandırar, elə bil balaca hekayələr dinləyərdim. Həmin hekayələrdən ən maraqlısını sizinlə də bölüşürəm....

 – Adətimiz üzrə yenə yığışmışdıq, düzülmüşdük sobanın ətrafına. Pürrəngi çayın yolunu gözləyirdik. Babam bardaş qurub danışmaq üçün fürsət axtarırdı. Bu gecənin mövzusunu da çaydan bir qurtum ala-ala elə mən özüm verdim. Həyəcanlı gözləriylə, tədirgin baxışlarıyla ağsaqqal istəyirdi ki, başlasın, qabaqladım onu. Uzun zamandır soruşmaq istədiyim mövzu idi. İnternetdən baxdıqlarımdan əlavə babamın söyləyəcəyi fikirlər çox əhəmiyyətli idi mənim üçün. Görmüşdü axı o illəri... Baba, həmrəylik nə deməkdir? Həmrəylik ilk əvvəl haradan başlayır? Bir ağsaqqal kimi bu mövzuda heç danışmamısan. Maraqlı sözlərindən dinləyək.

          - Hə qızım çox əhəmiyyətli, həm də olduqca zəruri bir sualdır. Yaxşı ağlına gəlib. Maraqlıdır ki, mən niyə bu barədə heç vaxt danışmamışam. Axı, əsl danışılmalı mövzudur. Birinci onu deyim bil və  qulağına sırğa elə. Həmrəylik birlik deməkdir. Birlikdə gücdür. Elə ailədən başlayır həmrəylik. Ailə üzvləri həmfikir oldusa, bir oldusa o ailənin təməli qüvvətli olur. Sütunu möhkəm olur. Yıxılmaz həmin ailə, qopmaz yarpaqları. Birləşən bir çox dəyərlərlə daha dayanıqlı olar. Atanın məsləhətinə, çağrışına ilk əvvəl yoldaşı, sonra da uşaqları əməl etdisə, bax, bu həmrəylik nümunəsi sayılır. Ya da ata ilə ananın ortaq məsləhətləşməsi və uşaqların onları dəstəkləməsi. Hər iki hal da ailə bünövrəsinin sədaqətini, ailə üzvlərinin qarşılıqlı hörmətini göstərir. Görürsən həmrəylik necə böyük, məzmunlu, çoxşaxəli bir ifadədir.... Başqa nə bilmək istiyirsən, sən soruş, mən deyim ay qızım...

Ardını oxu...

Rusiya-Türkiyə Yüksək səviyyəli əməkdaşlıq şurasının növbəti iclası şərtlər imkan verən kimi keçiriləcək.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Birgə Strateji Planlama Qrupunun iclasının açılışında deyib.

O bildirib ki, M.Çavuşoğlu ilə iqtisadi, siyasi, mədəni və bir çox digər sahələr üzrə məsələləri müzakirə edəcək:

"Bundan başqa, tərəflər Suriya tənzimləməsi üzrə Astana formatının işini, Liviyadakı vəziyyəti və Dağlıq Qarabağ mövzusunu müzakirə etməlidir. Bizim əməkdaşlığımızın coğrafiyası Qara dəniz və Mərkəzi Asiyanı əhatə edir. Biz həmçinin beynəlxalq strukturlarda BMT, ATƏT, Avropa Şurası kimi təşkilatlar çərçivəsində əməkdaşlıq edirik".

 

 

 

 

 

 

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla 2021-ci ildə iki ölkə prezidentinin görüşünün təşkil olunması məsələsini müzakirə edəcək.

Bunu M.Çavuşoğlu Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun iclasında deyib.

O bildirib ki, Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşü 2021-ci ildə Türkiyədə keçirilə bilər:

"Prezidentlərimiz arasında yaxın dialoq, qarşılıqlı etimad təkcə ikitərəfli deyil, həm də regional münasibətlərin inkişafına xidmət edir. Bu gün dövlət başçılarınını gələn il Türkiyədə görüşünün təşkil olunması məsələsini müzakirə edəcəyik".

 

 

 

Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edir.

Nazirlikdən verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkənin bəzi şəhər və rayonlarında tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar həmin inzibati ərazilərə giriş-çıxış yalnız müvafiq ezamiyyə vərəqələri və ya “icaze.e-gov.az” portalına daxil edilmiş məlumatlar əsasında həyata keçirildiyindən son vaxtlar xüsusilə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayan və işləyən şəxslərin kütləvi şəkildə ailə üzvləri ilə birgə məhz həftəsonu və ya bayramqabağı ezamiyyə adı ilə respublikanın ayrı-ayrı bölgələrindəki istirahət zonalarına getmələri müşahidə olunur.

Verilən icazədən sui-istifadə hallarının qarşısının alınması məqsədilə bir daha nəzərə çatdırırıq ki, həftənin şənbə və bazar, habelə bayram günləri xüsusi karantin rejimi tətbiq edilmiş inzibati ərazilərə giriş və ya çıxış etməyə cəhd edənlər karantin postlarından buraxılmayacaqlar.

Ardını oxu...

Bu gün Milli Məclisin payız sessiyasının növbəti iclası keçiriləcək.

Trend-in məlumatına görə, büdcə zərfinin müzakirələri iclasda üçüncü oxunuşda davam etdiriləcək.

Parlamentin iclasının gündəliyi aşağıdakı kimidir:

1. “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

2. “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

3. “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Ardını oxu...

Qarabağda silahı buraxmayaraq geri çəkilməkdən imtina edən erməni ünsürlərin Azərbaycan Silahlı Qüvvələrinə qarşı həyata keçirdiyi hücumlar 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanat əsasında təsis edilən atəşkəs rejiminin açıq şəkildə pozulmasıdır.

Bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Azərbaycanın Xocavənd rayonunda baş verən erməni təxribatları ilə bağlı suala cavabında deyib.

H.Aksoy bildirib: "Daha əvvəl 26 noyabr, 8 və 11 dekabr tarixlərində, son dəfə isə dekabrın 27-də baş verən erməni silahlı ünsürlərin hücumları nəticəsində hərbi və mülki itkilər, eləcə də yaralılar olmuşdur. Üçtərəfli bəyannaməni imzalayan tərəflərdən biri kimi bütün erməni ünsürlərin çəkilməsinin və atəşkəs rejiminə əməl edilməsinin məsuliyyətini Ermənistan daşıyır.

Ardını oxu...

Koronavirusun mutasiyası gələcəkdə də davam edəcək.

Bunu brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove deyib.

Ekspert bildirib: "Mutasiya davam edəcək. Mutasiya - təbii prosesdir. Virusun özünə xüsusi olaraq təsir etmir, ancaq bu variantları, o cümlədən yoluxdurma potensialı nöqteyi-nəzərindən araşdırmağa davam etməliyik".

Onun sözlərinə görə, ÜST vəziyyəti yaxından izləməyə və dünyadakı mutasiyaları izləyən alimlərlə işləməyə davam edir. Təşkilatın koronavirusun yeni variantlarını öyrənən mütəxəssis qrupları var: "Onların işlərinin nəticələri yaxın günlərdə və həftələrdə alınacaq".

 

 

 

Hər bir xalq özünün gələcəyə ümidlərini gənc nəsillərə bağlayır. Gənc nəslin mütəşəkkil formada yetişdirilməsi ölkə üçün ən başlıca məsələlərdən biridir. Çünki gənclik ölkədəki sosial-iqtisadi, ictimai-siyasi və hüquqi bazanın formalaşmasında mühüm rol oynayır.

Ardını oxu...

Zaman gəlib 2020-ci ildə dayandı və sentyabr ayının 27-ni Azərbaycan tarixinin şanlı səhifələrinə yazdı. Həmin gün ölkəmizdə müharibə başladı. Ermənilərin 30 il əvvəl, 1990-1993-cü illərdə işğal etdikləri, soydaşlarımızın əllərindən zorla aldıqları, insanları min bir zülmlə evlərindən didərgin salıb, talelərinə köçkünlük yazdıqları, torpaq həsrətlisinə çevirdikləri Xankəndi, Xocalı, Şuşa, Ağdərə, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlının azad olunması günü çatmışdı.

Ardını oxu...

Əzəldən bəri xalqımızın azadlığı, müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparan igid oğullarımızın qanını yerdə qoymayan bu günümüzün qəhrəmanları 44 günlük Vətən savaşında həmin missiyanı şücaətlə davam etdirdilər. Ərənlərimiz canı-qanı bahasına döyüş meydanında böyük qəhrəmanlıq göstərdilər. Bu şərəfli yolda hünərlə addımlayan mərd igidlərimiz Ana Vətən uğrunda öz qanlarıyla, canlarıyla ölməzlik qazanaraq, əbədiyyətə qovuşub, şəhidlik adlı ən uca məqama yüksəldilər. Onlar Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib qəhrəmanlıq nümunəsi yaratdılar, milyonlarla insanın sevgisini, rəğbətini qazandılar. İgidlərimiz bu qəhrəmanlığı, mübarizliyi bütün dünyaya nümayiş etdirdilər. Qorxu duymadan, ürəklərində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşüb şəhid olan Vətən oğullarımız sübut etdilər ki, bu xalqın qəhrəmanları yenilməz, həmrəyliyi əbədi və tükənməzdir.

Ardını oxu...

Bizim Rusiya ilə bir çox sahədə əməkdaşlığımız mövcuddur.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfəri ərəfəsində deyib.

O bildirib ki, sabah Soçidə Türkiyə-Rusiya Birgə Strateji Planlama Qrupunun iclasında Dağlıq Qarabağ məsələsi də müzakirə olunacaq:

"Regional məsələlərdə fərqli tərəflərdə olsaq belə, Rusiya ilə əməkdaşlığımız var. Suriyada, Liviyada fərqli tərəflərdəyik, amma Rusiya ilə yüksək səviyyədə əməkdaşlığımız davam edir. Biz Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ məsələsini də müzakirə edəcəyik. Atəşkəsə nəzarət mərkəzinin vəzifəsi və fəaliyyəti barədə müzakirələr olacaq. Azərbaycanın sərhəd təhlükəsizliyi beynəlxalq hüquq çərçivəsində təmin olunmalıdır. Bu məsələdə də gələcəyə yönəlik addımları müzakirə edəcəyik".

Qeyd edək ki, Mövlud Çavuşoğlu dekabrın 29-da Soçidə Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun 8-ci iclasında iştirak edəcək.

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 kilometrliyindən Masazır dairəsinədək olan hissəsinin yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olub.

Dövlətimizin başçısı “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 30 kilometrlik birinci hissəsinin açılışında da iştirak edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə mühüm sosial və iqtisadi əhəmiyyəti ilə seçilən infrastruktur layihələri həyata keçirilir. Bunlar ümumilikdə ölkəmizin iqtisadi potensialını möhkəmləndirir, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük töhfə verir. Dövlətimizin başçısının sərəncam və tapşırıqlarına uyğun inşa olunan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil magistralı yol infrastrukturu layihələrinin genişlənməsi, onların daha da müasirləşdirilməsi istiqamətində atılan növbəti mühüm addımdır. Bu layihə çərçivəsində yolun 7,5 kilometrliyindən Masazır dairəsinədək olan hissəsinin yenidən qurulması başa çatıb.

Ardını oxu...

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində  görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli, professor Tofiq Bakıxanovun Azərbaycan Xalq Çalğı Alətləri Orkestri üçün partitura formasında  yazdığı, Naxçıvanda nəşr edilmiş “Naxçıvan-Simfonietta №3” musiqi kitabının təqdimatı keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov bəstəkarın həyat və yaradıcılığından bəhs edib. Qeyd edib ki; “uzun bir tarixi yol keçmiş, zəngin, çoxşaxəli, milli mədəniyyətimizin parlaq səhifələrindən olan və ən dəyərli inciləri özündə daşıyan musiqi mədəniyyətimizin görkəmli simalarından biri də məhz bəstəkar Tofiq Bakıxanovdur. O, əsərləri ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafına xidmət edən böyük bəstəkar, mahir ifaçılıq imkanlarına malik skripkaçı, milli musiqiçi kadrların yetişməsində əməyi olan gözəl pedaqoq, professor, musiqi sənətinin müxtəlif problemlərinə həsr olunmuş elmi-publisistik məqalələrin müəllifi, milli musiqimizi, incəsənətimizi, mədəniyyətimizi xarici ölkələrdə geniş təbliğ edən fəal ictimai xadim kimi tanınır. Bu gün həm də 90 illik yubileyini qeyd etdiyimiz böyük bəstəkarımız Tofiq Bakıxanovun  Azərbaycan musiqi mədəniyyəti tarixində xüsusi yer tutmuş böyük ailəsi haqqında geniş danışmaq olar.Tofiq Bakıxanovun həyatında və yaradıcılığında onun nəsil şəcərəsinə və ənənələrə bağlılığı özünü qabarıq şəkildə büruzə verir və bu bağlılıq əlamətdar hadisələrdə müşayiət olunur. Tofiq Bakıxanov Azərbaycana görkəmli şəxsiyyətlər vermiş məşhur Bakıxanovlar nəslinin nümayəndəsidir. Tofiq müəllim görkəmli tarzən-pedaqoq və muğam bilicisi Əhmədxan Bakıxanovun ailəsində dünyaya gəlib və muğam mühitində boya-başa çatıbdır. Qan yaddaşı ilə ötürülmüş və hafizəsinə hopmuş muğamlar onun yaradıcılıq üslubunun bünövrəsinə çevrilib. Onun sənət taleyində mühüm rol oynamış bir neçə böyük sənətkar olmuşdur. O, dahi bəstəkar və musiqişünas, Azərbaycan milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin xeyir-duası ilə musiqi sənətinə gəlmiş və məhz onun məsləhəti ilə skripka alətini seçmişdir. Vaxtilə böyük bəstəkarımız Üzeyir Hacıbəyli Tofiq Bakıxanovun onillik musiqi məktəbində oxuduğu illərdə çalğısını dinlədikdən sonra onun böyük gələcəyi olacağını söyləmişdi.”,- deyən Bəxtiyar Əsgərov davam etdi; “Tofiq Bakıxanov zəmanəmizin görkəmli bəstəkarı Qara Qarayevin tələbəsi olub və bu adı ömrü boyu fəxrlə daşıyıbdır. Qara Qarayevin sinfində öyrəndiyi bəstəkarlıq üsulları onun sənətdə öz yolunu tapması, öz dəst-xəttini yaratması üçün geniş imkanlar açıb. Tofiq Bakıxanovun öz sözlərilə desək, o, Qara Qarayevdən musiqinin incəliklərini öyrənib, bəstəkarlığın necə çətin və şərəfli bir sənət olduğunu dərindən duyub. Tofiq Bakıxanovun sənət zövqü, dünyagörüşü, yaradıcılıq üslubu bilavasitə Qara Qarayevin təsiri altında formalaşıb, professional keyfiyyətlər kəsb edib. Məhz bu səbəbdəndir ki, Tofiq Bakıxanovun yaradıcılıq üslubunda milli musiqi ilə dərin bağlılıq müasir bəstəkarlıq yazı texnikası ilə üzvi vəhdət yaradıb. Bütün bunlar onun Azərbaycan bəstəkarlıq məktəbinin qabaqcıl nümayəndəsi kimi yüksək ad-san qazanmasına gətirib çıxarıb.Tofiq Bakıxanovun yaradıcılığı çoxşaxəli və məhsuldardır. O, operadan başqa, musiqinin, demək olar ki, bütün janrlarına müraciət etmiş və maraqlı əsərləri ilə Azərbaycan musiqi xəzinəsini zənginləşdirib. Onun bədii irsinə nəzər salsaq, çox sanballı bir siyahı ilə rastlaşarıq. Bəstəkar skripka, viola, violonçel, fleyta ilə fortepiano üçün iyirmidən artıq sonatanın, trio, kvartet, kvintetlərin, müxtəlif alətlər ilə simfonik orkestr üçün 26 konsertin müəllifidir. Qeyd etmək lazımdır ki, Azərbaycan musiqisində viola, violonçel, fleyta üçün sonata və konsert janrına, o cümlədən, qoboy, klarnet, truba alətləri üçün konsert janrına ilk dəfə olaraq Tofiq Bakıxanov müraciət edib. T.Bakıxanov, eyni zamanda üç balet, üç musiqili komediya, 100-ə qədər mahnı və romanslar bəstələyib. Simfonik musiqi sahəsi isə bəstəkarın yaradıcılıq irsində səkkiz simfoniya, beş simfonik muğam, beş simfonik poema, simfonik süitalar, uvertüralar və s. əsərlərlə təmsil olunubdur.”

Ardını oxu...

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi işğaldan azad olunan ərazilərimizdə teleradio yayımını bərpa edəcək.

İstehsalat Birliyindən verilən məlumata görə, qurumun mütəxəssisləri işğaldan azad olunmuş ərazilərdə radio və televiziya yayımı xidmətlərinin qısa müddətdə tam bərpa olunması məqsədi ilə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Şuşa şəhərində işlər aparırlar.

Qeyd edək ki, Şuşa şəhərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən mövcud Radio-Televiziya Yayım Stansiyasının texniki binası və stansiyadakı avadanlıqlar ermənilər tərəfindən tamamən dağıdılıb, bəziləri isə demontaj olunaraq aparılıb, istismara yararsız vəziyyətə salınıb.

Ardını oxu...

 

 

 

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Azərbaycan və Ermənistan hərbi qulluqçuları tərəfindən törədilməsi güman edilən, döyüş əməliyyatları zamanı həlak olmuş hərbçilərin, mülki şəxslərin meyitləri üzərində təhqiredici hərəkətlər edilməsi, habelə əsir götürülmüş hərbçilər və mülki vətəndaşlarla qeyri-insani rəftarı əks etdirən çoxsaylı videogörüntülər yayılmışdır.

Baş Prokurorluğunun Mətbuat Xidmətindən verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən aparılmış təhlillər zamanı saxta videoçarxlar istisna edilərək reallığı əks etdirməsinə ciddi şübhələr yaranan videogörüntülər, o cümlədən bəzi hallarda əsir düşmüş şəxslərin baş və boğaz nahiyəsinin kəsilməsi yolu qətlə yetirilməsi faktlarının hər biri üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Lakin Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən yuxarıda qeyd olunan hadisələr üzrə cinayət işlərinin başlanaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi və digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi barədə 2 dəfə rəsmi məlumat verilməsinə baxmayaraq qarşı tərəfdən qeyd olanan faktlarla bağlı hər hansı bir açıqlama verilməməsi onu təsdiq edir ki, bu cinayətlər Ermənistan hüquq mühafizə orqanları tərəfindən araşdırlmır və Ermənistan rəhbərliyinin bundan sonra da siyasi iradə nümayiş etdirməyərək cinayət törətmiş şəxslərin cəzalandırlması istiqamətində hər hansı bir addım atmaq niyyəti yoxdur.

Ardını oxu...

Ey nur üzlü, Vətən sevdalı, zəfər müjdəli, qələbə əzmli şəhidim, 22 illik ömür kitabını vərəqləmək, səni daha yaxından tanımaq üçün ailəni ziyarətə gəlmişəm.  Budur, uğuruna canını fəda etdiyin, azadlığına qovuşan torpaqlarımız üzərində vüqarla, təntənə ilə dalğalanan üçrəngli bayrağımızla bəzənən 1998-ci ildə iyulun 21-də dünyaya göz açdığın Şahbuzkənddəki evin kandarı. Böyük həyəcan, məsuliyyət içərisində ehmalca döyürəm qapını. Qarşılayır məni qürur, fəxarət yaşatdığın, “Şəhid anası” adlı müqəddəs zirvəyə ucaltdığın xanım...

                                       Nigaran nəzərlə baxır qapıya,

                                      Könlümü dağlayır şəhid anası.

                                      Dağ boyda bu yükü çiyinlərində,

                                      Şərəflə saxlayır şəhid anası. 

          Əziz şəhidim, hər küncü-bucağı, divarları, əşyaları səninlə bağlı şərəfli anlar, həsrətli günlər, doğma, əziz xatirələrlə dolan evin tən ortasında qoyulmuş stol başında əyləşib bir nənə, bir ana, bir də mən. 22 illik ömür kitabını vərəqləyirik bir-bir. Nələr var bu səhifələrdə nələr. Nə bir məqaləyə sığar, nə də danışmaqla bitər, şərəfli, ləyaqətli, cəsarətli ömür yolun. Xatirələr dil açıb danışır. Deyir rəhmətlik atanın ən böyük arzusu imiş səni hərbi formada, rütbəli zabit kimi görmək. Hələ sən balaca olanda, həyatı tam dərindən dərk etmədiyin vaxtlarda əlindən tutaraq yolunuzu tez-tez Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin qarşısından salar, bir növ kənardan da olsa səni gələcək məktəbinlə tanış edərmiş. Dost-tanışla söhbətində qürurla “Gözümün ağı-qarası olan bircə oğlumun böyüyəndə hərbi liseydə oxumasını istəyirəm, Emin balam hərbiçi kimi yetişib torpaqlarımızın keşiyində mətinliklə dayanacaq, atasının, anasının fəxrinə çevriləcək”,  – söyləyərmiş...

Deyirlər hər kəsin taleyi alnına yazılır, alın yazısından qaçmaq olmaz. Bəli əziz şəhidim, sənin də alnına hərbçi olmaq, atanın arzusunu gerçəkləşdirmək yazılmışdı. Hələ keşməkeşli günlərin isə qabaqda idi, bu şərəfli peşəyə gedən yolda çox çətinliklərə sinə gərməli, çox maneələr aşmalı olacaqdın. Ancaq içindəki Vətən sevgisi, vətənpərvərlik ruhu səni bu yolun son dayanacağınadək aparacaqdı. 11 yaşın olanda üç nəfərdən ibarət ailəniz daha da kiçildi. Atan dünyasını dəyişdi. Gülşad xanım min bir əziyyətə qatlaşaraq qazandığı halal məvacibi ilə böyütdü səni. Bir-birinizə həm ana-oğul, həm də sirdaş, dost, həmdəm oldunuz. Olub-keçənləri bir-birinizdən gizli saxlamaz, dərd-sərinizi bir yerdə bölərdiniz. Bax beləcə birlik, bərabərlik göstərərək həyatın çətin sınaqlarından üzüağ çıxmağı bacardınız. Məktəbi əla qiymətlərlə oxudun. Müəllimlərinin, şagird yoldaşlarının yaddaşında mehriban, səmimi, dostcanlı, ailə qədri bilən bir uşaq kimi dərin iz buraxdın. İdmana da xüsusi maraq göstərdin, güləş, boks öyrəndin, fiziki qabiliyyətini möhkəmləndirdin. Və nəhayət 9-cu sinifdə özünün də böyük maraq və həvəsinlə atanın çoxdanki arzusunu reallığa çevirməyi qarşına məqsəd qoydun. Yolunu hərbi liseydən saldın, ardınca da Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini oxudun. 2019-cu ildə bacarıqlı hərbiçi kadr kimi yetişib leytenant, tağım komandiri olaraq xidmətə yollandın. Təyinatı isə yaşadığın evdən çox uzağa-Qazax rayonunda yerləşən “N” hərbi hissəyə aldın. Əvvəllər iş üçün ikicə saatlıq harasa yollandığında 3-4 dəfə zəng vurub hal-əhval tutduğun,  bir gün belə ayrı qala bilmədiyin anandan indi uzun zaman ayrı qalmalı olacaq, bəzən günlərlə əlaqə saxlaya bilməyəcəkdin. Ancaq bütün bunları əvvəlcədən götür-qoy etmişdin, bir anandan ayrı qalsan da, digərinə-anan qədər sevdiyin Vətəninə daha yaxın olacaqdın. Bu şərəfli səfərə çıxanda bu günü düşünüb dediyin sözlər hələ də Gülşad ananın qulaqlarında çınlayır. “Ana, sənin mənim üzərimdə əziyyətlərin çox olub, borcunu heç nə ilə ödəyə bilmərəm, ancaq gün gələcək sənə oğul fəxarəti, qüruru yaşadacağam”, – demişdin. Əhdinə xilaf çıxmadın...

Ardını oxu...

 

 

 

“Fransa prezidenti Emmanuel  Makronun Ermənistan  mətbuatında yer alan sonuncu fikirləri onun qatı ermənipərəst, islamofob, anti-Azərbaycan və anti-Türkiyə siyasətinin təzahürü kimi təsdiqidir. Azərbaycanın və Türkiyənin hədəf seçildiyi bu absurd fikirlərdən açıq-aydın görünür ki, Makron dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən Fransanın ATƏT-in Minsk qrupunun həmsədri mandatının mahiyyətini  yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində anlayıb və indiyədək məhz buna uyğun hərəkət edib. Makronun açıqlamaları və fəaliyyəti bir daha onu göstərir ki, Fransa indiyədək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində balanslaşdırılmış, ədalətli, həmsədr mandatının tələblərinə uyğun heç bir addım atmayıb  və bundan sonra da qeyri-adekvat mövqe nümayiş etdirmək niyyətini açıq-aydın ortaya qoymaqdadır. Bir daha isbatlanır ki, Fransa prezidenti bu ölkənin erməni lobbisinin, ermənipərəst dairələrinin tam təsiri altındadır və rəhbərlik etdiyi dövlətin, Fransa xalqının maraqlarının əksinə olaraq məğlub Ermənistanın vəkili kimi çıxış edir. Bunu, eyni zamanda,  Fransanın dövlət başçısının son günlər Ermənistanı düşdüyü bataqlıqdan xilas etmək üçün Cənubi Qafqaz regionunda maraqları olan müxtəlif ölkələrin rəhbərləri ilə intensiv xarakter  alan təmasları da bir daha sübuta yetirir.”

 Bu fikirləri  Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Ardını oxu...

İşğal edilmiş torpaqlarımızın 44 günlük Vətən müharibəsi ilə geri alındığı
2020-ci il Azərbaycan hərb tarixində Qələbə ili kimi özünəməxsus yer tutaraq yaddaşlardan silinməyəcək. Erməni ordusunun məğlubedilməzlik mifinin darmadağın edilməsi, düşmənin kriminal hərbi-siyasi rejimi tərəfindən dezinformasiya ilə dünya ictimaiyyətinin aldadılması, Azərbaycan əsgərinin addım səslərini eşidib qaçan düşmən əsgərinin öz xislətinə uyğun olaraq mülki əhalini hədəfə alması, qalib ölkə Azərbaycanda birlik, bərabərlik və həmrəyliyin sarsılmaz olması, məğlub ölkə Ermənistanda isə xaosun hökm sürməsi bu müharibədə şahidi olduqlarımızın hələlik bir qismidir.

Vətən müharibəsində Naxçıvan Muxtar Respublikasından olan hərbi qulluqçular da iştirak edərək rəşadətləri ilə tarix yazdılar. Həm Heydər Əliyev adına Hərbi Liseyin məzunları və həm də Naxçıvan Qarnizonu Qoşunlarında təşkil olunan ixtisas hazırlığı kurslarının yetirmələri ərazi bütövlüyümüz uğrunda aparılan müharibədə şücaətləri ilə fərqləndilər. Əlahiddə Ümumqoşun Ordudan Qarabağda döyüşən şəxsi heyətin peşəkar döyüş taktikası gələcəkdə hərbi dərsliklərdə yer alacaq və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində kursantlara öyrədiləcək.

Təntənəli şəkildə döyüşlərə yola salınanların hər biri qürurla və sevinclə “Qarabağ Azərbaycandır!” deyərək yollandı Vətən müharibəsinə. Bu müharibədə döyüşən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının xidmət yolu

Ardını oxu...

 

 

 

Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb.

İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur.

Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib.

Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcəkdir.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

 

 

 

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

İclasda aşağıdakı məsələlər müzakirə olunacaq:

1.“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

2.“Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

3.“İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

4.“Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Ardını oxu...

  

Ölkəmizdə dövlət-xalq-ordu birliyinin ideal təcəssümünü qədim diyarımız Naxçıvanın timsalında daha bariz şəkildə görmək mümkündür. Muxtar respublikamızda nazirlik, eləcə də idarə, müəssisə və təşkilat nümayəndələrinin tarixi və əlamətdar günlərdə, o cümlədən bayramlarda hərbi hissələrdə olmaları, əsgər və zabitlərimizə sovqat aparmaları buna parlaq sübutdur. Şanlı tariximizə ərazi bütövlüyümüzün 44 gün ərzində təmin edilməsi, Qələbə ili kimi yazılan 2020-ci il bu baxımdan daha sıx birliyin nümayiş tarixinə çevrilib. Bu günlərdə hərbçilərimizlə keçirilən görüşlər ikiqat bayram sevinci təsiri bağışlayır.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin kollektivi isə 31 dekabr -  Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində belə tədbirlərdə xüsusi fəallıq nümayiş etdirir. Silsilə tədbirlərin davamı olaraq nazirliyin əməkdaşları Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında olub, əsgər və zabitlərimizə bayram sovqatı təqdim ediblər.                        

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası narkomaniyaya qarşı mübarizə tədbirlərini davam etdirir.      

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən “Vətəndaşların dövlət qulluğuna qəbul qaydaları” mövzusunda maarifləndirici seminar keçirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin sədri İsmayıl Qəribli tədbiri giriş sözü ilə açaraq bildirib ki, bu gün muxtar respublikada dövlət qulluğu sahəsi diqqət və qayğı ilə əhatə olunub, vətəndaşların müsabiqə və şəffaflıq əsasında işə qəbulu üçün hərtərəfli şərait yaradılıb. Dövlət orqanlarında altıncı-yeddinci təsnifat üzrə vakant vəzifələrin tutulması mərkəz tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Bugünkü seminarın məqsədi vətəndaşların dövlət qulluğuna qəbulu qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin bu sahə üzrə məsul olan dövlət qulluqçularının diqqətinə çatdırılması və tətbiqinin təmin edilməsidir.

Ardını oxu...

Şəhidlik zirvəsinə-ən ali məqama ucalmaq Allahın çox sevdiyi bəndəsinə qismət olur. Bəlkə də, ulu Yaradan ömürboyu öz halal süfrəsi ilə öyünən Fərman kişinin ailəsinə də bu şərəfli ölümü məhz buna görə bəxş etdi...

 Ordumuzun düşmənə əks-hücumunun gücləndiyi bir vaxtda Babək rayonunun Şıxmahmud kəndinə ildırım sürətilə bir xəbər çatdı: Şəhidin var, Şıxmahmud! Bütün kənd sakinləri Fərman kişinin həyətinə toplaşdı. Göz yaşlarına boğulan atanın dilindən qeyri-ixtiyari bu sözlər qopdu: “Halal çörəyim sənə halal olsun, oğul, üzümü qara etmədin”.

  Şəhid leytenant Əliyev Fərmin Fərman oğlu 20 mart 1996-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Şıxmahmud kəndində anadan olmuşdu. Şıxmahmud kənd orta məktəbinin 9-cu sinfini bitirdikdən sonra – 2011-ci ildən Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirmişdi. Fərminin Azərbaycan dili və ədəbiyyat müəllimi danışır ki, Fərmin humanitar fənləri çox sevirdi. Çox gözəl şeir demək qabiliyyəti var idi. Məmməd Arazın “Qalx ayağa, Azərbaycan” şeirini xüsusi şövqlə deyirdi.                               

 2014-cü ildə liseyi bitirən Fərmin öz istəyi ilə quru qoşunlarında xidməti seçir. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin “Xüsusi təyinatlı texnika və sistemlər” ixtisasına yiyələnir. Akademiyanı bitirdikdən sonra Tərtər rayonundakı hərbi hissədə hərbi qulluğa başlayır. Çevikliyi və bacarığı ilə fərqlənir. Bir qədər sonra Mingəçevir şəhərinə xüsusi təyinatlı olaraq göndərilir.

Ardını oxu...

 

 

 

Rusiyanın məşhur “Vedomosti” nəşri altı nominasiya üzrə ilin personası ilə bağlı illik xüsusi layihəsinin nəticələrini dərc edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nəşrin oxucuları arasındakı səsvermədə “İlin siyasətçisi” seçilib.

Nəşr yazır: “İlham Əliyevi haqlı olaraq ordusu 2020-ci ildə inamlı hərbi qələbə qazanan, region miqyasına görə isə əsl triumf əldə edən yeganə lider adlandırmaq olar”.

Qeyd edək ki, “İlin siyasətçiləri” nominasiyasının namizədləri siyahısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko da olub.

ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden isə redaksiya seçimi əsasında “İlin siyasətçisi” elan edilib.

 

 

 

“Biz birlikdə güclüyük!” şüarı altında Azərbaycan Gənclərinin IX Forumu keçirilib.

Vətən müharibəsinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayan onlayn forumda Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev forum iştirakçılarını salamlayıb, IX Forumun Qələbə ilində keçirilməsindən məmnunluğunu bildirib.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. 

Ardını oxu...

Lüksemburq Parlamentini bölgədəki uzunmüddətli münaqişənin həlli, BMT TŞ qətnamələrinin həyata keçirilməsi, onilliklərdir fundamental hüquqları pozulan məcburi köçkünlərin hüquqlarının bərpa olunması ilə yaranmış yeni vəziyyətlə yox, bölgə dövlətləri arasında ədavətin alovlandırılmasında maraqlıdır.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Lüksemburq Parlamenti tərəfindən qəbul olunmuş qərəzli qətnamə ilə bağlı açıqlamasında deyilir.

Qeyd edilir ki, 24 dekabr 2020-ci il tarixində Lüksemburq Böyük Hersoqluğunun Deputatlar Palatası tərəfindən Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsi ilə bağlı qərəzli qətnamə qəbul edilib. Parlamentin Xristian-Sosialist Siyasi Partiyasının ermənipərəst üzvü Klod Viseler tərəfindən irəli sürülən bu qətnamədə bölgədəki vəziyyətlə bağlı həqiqətlər təhrif olunur, Azərbaycan və Türkiyəyə qarşı tamamilə əsassız ittihamlar irəli sürülür:

Ardını oxu...

Suqovuşanda keçmiş düşmən postu ərazisində istifadəsi qadağan olan ağ fosfor tərkibli top mərmiləri aşkar olunub.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) verilən məlumata görə, gekabrın 25-də Tərtər rayonu, İşğaldan azad olunmuş Suqovuşan kəndində keçmiş düşmən postu ərazisində aşkar olunmuş 122 mm D-4 (P-4) Ağ fosfor tərkibli, istifadəsi Beynəlxalq hüquq normalarına zidd olan top mərmiləri aşkar olunub.

 

 

 

Milli Məclisin bu gün növbəti plenar iclası keçiriləcək.

Milli Məclisdən bildirilib ki, gündəlik aşağıdakı kimidir:

1. “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

2. “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

3. “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

Ardını oxu...

Rusiyanın sülhmərməramlı qüvvələrinin mühəndis bölmələri Xankəndinin şimal ətrafının minalardan təmizlənilməsini başa çatdırır.

“RİA Novosti”yə istinadən xəbər verirık ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

"Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq mina əleyhinə mərkəzinin mütəxəssisləri tərəfindən Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənilməsi üzrə iş davam edir. Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri Xankəndinin şimal ətrafının minalardan təmizlənilməsini qurtarır", - xəbərdə deyilir.

Əməliyyatlar ərzində sülhməramlılar ümumilikdə 280 hektardan çox yeri, təxminən 107 kilometr yolu, 452 tikintini minalardan təmizləyiblər və 9 mindən çox partlayış təhlükəsi olan predmeti aşkar edərək zərərsizləşdiriblər.

Qeyd edək ki, dekabrın 17-də Şuşa yaxınlığında yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində Rusiya Müdafiə Nazirliyinin Ərazilərin Minalardan Təmizlənməsi üzrə Beynəlxalq Mərkəzinin minalardan təmizlənməsi qrupunun bir zabiti ağır yaralanıb. Yaralıya təcili tibbi yardım göstərilib. Lakin ağır xəsarətlər alan zabitin həyatını xilas etmək mümkün olmayıb.

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi noyabr ayı ərzində də öz fəaliyyətini gücləndirmiş, qanunvericilikdən, mərkəzin Əsasnamə və iş planından irəli gələn vəzifələri icra etmişdir.
Ötən ay ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən Dövlət Gömrük Komitəsində, Ədliyyə Nazirliyində çalışan işçilərin və dövlət musiqi təhsili müəssisələrində çalışan müəllimlərin attestasiyası üzrə test imtahanı keçirilmişdir. Qeydiyyatdan keçmiş 868 nəfərdən 819-u test imtahanında iştirak etmiş, 353-ü müvafiq keçid balını toplamışdır. Komissiya tərəfindən dövlət qulluğu və müəllimlərin işə qəbulu sahəsində təşkil olunmuş hazırlıq kurslarında, ümumilikdə, 53 nəfər, sınaq imtahanlarında 30 nəfər iştirak etmişdir.

Ardını oxu...

II Qarabağ savaşı başlayan vaxtdan Naxçıvandan bir qrup hərbçi döyüş bölgələrinə yollanır. Gedə bilməyənlər getmək üçün yaman tələsir, öz sıralarını səbirsizliklə gözləyir. Getməyini gözləyənlərin sayı ümumi hərbçilərimizin sayı qədər idi. Bir sözlə, yaşından, başından asılı olmayaraq, hər kəs idi. Hərb peşəsinin bəxş etdiyi xüsusi Vətən sevgisi bütün hərbçilərimizi döyüş bölgələrinə səsləyirdi. Çünki “gün bu gündür” dedikləri gün elə həmin gün idi. Heyifləri çıxmaq, müharibədə düşmənlə vuruşub haqqı olanı almaq.
Naxçıvandakı hərbçilər də döyüş bölgəsinə getmək üçün səbirsizlənirdilər. Hər gün bir-birlərinə sual verirdilər: “Biz nə vaxt gedəcəyik?” Sanki gedə bilməyənlər də özlərini günahkar hiss edirdilər. O sualı daha tez-tez verənlər cərgəsində Tağı Kərimov da vardı. Sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 18 dekabr tarixli Sərəncamına əsasən “Döyüşdə Fərqlənməyə görə” medalı ilə təltif olunacaq Tağı Kərimov.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə 2020-ci hesabat ilinin başa çatması, məhkəmə fəaliyyətinə dair statistik hesabatların tərtib edilməsi və onların ümumiləşdirilməsi məqsədilə seminar keçirilib.

Ardını oxu...

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR