10 Dekabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının kuboku uğrunda şahmat üzrə Naxçıvan şəhər birinciliyinə start verilib.
Naxçıvan Şahmat Mərkəzində keçirilən birincilikdə 60 oğlan və qız mübarizə aparır. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkil etdiyi yarış üç gün davam edəcək.
Qalib gələn şahmatçılara muxtar respublika mərhələsində iştirak etmək üçün sertifikatlar təqdim ediləcək.
Analoji tədbir Şərur rayonunda da keçirilib. Belə ki, rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Şahmat Federasiyasının Şərur bölməsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında rayon birinciliyinə yekun vurulub. Yarışda 16 məktəbdən 50-dən artıq şagird iştirak edib.
Komanda xarakteri daşıyan birinciliyin qalibi Ələkli kənd tam orta məktəbinin komandası olub. Aralıq kənd tam orta məktəbinin komandası ikinci, Çərçiboğan kənd tam orta məktəbinin komanda­sı isə üçüncü olub.
Qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında futbol birinciliyinə start verilib.
“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan birincilikdə 17 komanda mübarizə aparır.
Əlahiddə Ümumqoşun Ordu komandanlığının təşkil etdiyi və olimpiya sistemi ilə keçirilən birinciliyi Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının hakimləri idarə edirlər.

Nəriman NƏCƏFOV

Naxçıvan Muxtar Respublika Stadionunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında “Naxçıvan”-“Şahbuz” komandaları arasında kross qaçışı üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi görüşdə hər iki komandanın tərkibində, ümumilikdə, 50 atlet mübarizə aparıb.
Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov bildirib ki, bu yarışı keçirməkdə məqsəd gəncləri zərərli vərdişlərdən kənarlaşdırmaq və onları idmana cəlb etməkdir.
3 kilometr məsafədə keçirilən kross yarışının nəticələrinə əsasən oğlanlar arasında Əmrah Nağıyev, Səfər Tağıyev, İbrahim Cəfərzadə, Sərraf Kərimov, Coşqun Əliyev müvafiq olaraq ilk beş pillədə qərarlaşıblar. Qızların mübarizəsində isə Xatun Orucova qalib adını qazanıb. Gülayə Cəfərova, İlkanə Babayeva, Rəmidə Abdullayeva və Tamella Qurbanova digər yerlərə layiq görülüblər.
Qalib idmançılara diplom və hədiyyələr təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Sədərək rayonunda keçirilən “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında stolüstü tennis üzrə rayon birinciliyinə yekun vurulub.
Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Uşaq-gənclər idman məktəbi və Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən birincilikdə 22 idmançı (12 qız və 10 oğlan) mübarizə aparıb.
Birincilikdə qaliblər və fərqlənən idmançılar təşkilatçıların diplomları ilə təltif olunublar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

İdman insanların həyatında mühüm yer tutur. Gün ərzində yüksək əhval-ruhiyyədə və enerjili olmaq üçün mütləq şəkildə idmanla məşğul olmaq lazımdır. Mütəxəssislər maraqlı bir məqama  da toxunaraq qeyd edirlər ki, istənilən yaş həddində idman insan orqanizminə yalnız müsbət təsir göstərir. Düzdür, bəzi idman növləri var ki, onlar müəyyən fəsadlar törədə, həmin idman növünə olan marağı azalda bilər. Lakin yüngül atletika ilə məşğul olanlar bu barədə heç vaxt şikayətçi olmayıblar. Əlbəttə, bunun da səbəbləri var ki, yazıda bunları bir qədər açmağa çalışacağıq.

Zaman keçdikcə insan orqanizmi tələb olunan müəyyən təbii və süni təsirlərə uyğunlaşır. İnsan orqanizminə mənfi mənada təsir edən amillərdən biri də xəstəliklərdir. Bədənin möhkəmləndirilməsi isə bu xəstəlikləri müalicə etmir, sadəcə, onların qarşısını alır. Yəni bir növ profilaktik rol oynayır. Bədəni möhkəmləndirərkən immunitet sistemi də məşq etmiş olur. Atletika idman növlərində bu proses daha çox sezilir. Ümumiyyətlə, “atletika” qüvvə, çeviklik, cəldlik tələb edən hərəkətlərin məcmusudur. Bu, bir idman növü olmaqla yanaşı, həm də digər fiziki hazırlıq tələb edən növlərin əsasını təşkil edir. Məhz buna görə Yunanıstanda böyük fiziki qüvvəyə malik insanları – idman yarışlarının iştirakçılarını “atlet” adlandırırdılar.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3380787
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
617
4120
617
39954
3380787

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter