24 İyul 2019, Çərşənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Ölkəmizdə həyata keçirilən mühüm tədbirlərdən biri də gənclərin sağlam ruhda böyüməsi, fiziki tərbiyə işinin düzgün qurulması, bədən tərbiyəsi və idmanın gündə­lik məişətə daxil edilməsidir. Çünki birmənalı şəkildə demək olar ki, idmanla məşğul olmaq uşaq, yeniyetmə və gənclərin fizioloji və psixoloji sağlamlığı üçün əvəzsiz vasitələrdən biridir. Bunlar bir-biri ilə sıx əlaqədədir. Gənclərimizin qarşısında isə fiziki və mənəvi tərbiyə kimi yüksək bir məqsədin qoyulması yuxarıda qeyd edilənlərin ən yaxşı şəkildə yerinə yetirilməsini təmin etməkdir.
Muxtar respublikamızda da gənc­lərin bədən tərbiyəsinə və idmana kütləvi şəkildə cəlb olunmasında məqsəd fiziki cəhətdən hərtərəfli inkişaf etmiş, sağlam və Vətənin müdafiəsinə hazır olan, çətinliklərdən qorxmayan fəal cəmiyyət qurucuları yetişdirməkdir. Bu, onların hər bir çətinliyi aradan qaldırmağa qadir olan güclü, çevik və davamlı fərd kimi hazırlanması deməkdir. Adətən, bunu tərbiyənin əsas vəzifələrindən (beş hərəkət keyfiyyəti – qüvvə, sürət, dözümlü­lük, çeviklik və cəldlik) biri kimi də qiymətləndirirlər.

Ardını oxu...

Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarında 65 kiloqram çəki dərəcəsində çıxış edən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi, üçqat dünya və üçqat Avropa çempionu, “Rio 2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, “Bakı 2015” birinci Avropa Oyunlarının qalibi olan Hacı Əliyev debütdə erməni güləşçi üzərində parlaq qələbə qazanıb. Titullu idmançımız daha sonra yerli idmançıya qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə Ukraynanı təmsil edən erməni güləşçi ilə qarşılaşan həmyerlimiz növbəti dəfə əzmkar qələbə qazanaraq adını finala yazdırıb.
Hacı Əliyev dünən həlledici ­görüşdə – finalda Gürcüstan təmsilçisi, Olimpiya Oyunlarının qızıl və gümüş medalçısı, üçqat Avropa çempionu Vladimer Xinçeqaşvili ilə üz-üzə gəlib. Görüşə daha inamla başlayan güləşçimiz ardıcıl iki dəfə iki xallıq fənd tətbiq edərək üstünlüyü ələ alıb. Qarşılaşmada başdan sona kimi diktə edən tərəf olan Hacı (10:2) qızıl kolleksiyasına Avropa Oyunlarının qalibi titulunu növbəti dəfə əlavə edib.
Sonda qalib idmançımız mükafatlandırılıb.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublika Stadionunda uşaq futbol məşqçiləri üçün seminar keçirilib.
Muxtar respublikanın Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən seminarda diyarımızın şəhər və rayonlarında çalışan məşqçi-müəllimlər iştirak ediblər.
Əsas məqsəd uşaq futbolunun inkişafında güc məşqlərinin rolu və yeri, eləcə də digər mövzularda müzakirələrin aparılması olub. Seminarda çıxış edən Futbol Federasiyasının uşaq futbolu üzrə kuratoru, məşqçi Sakit Rzayev tədbir iştirakçılarına bu barədə geniş məlumat verib. O, uşaq futbolunun əhəmiyyətindən söhbət açaraq onlar arasından istedadlıların üzə çıxarılması və qorunması barədə də fikirlərini çatdırıb. Kursda məşqçi bacarığından, onun vəzifələrindən, məşqin istiqamətləndirilməsindən, oyun situasiyalarından və müasir futbolda mövcud qaydalardan danışılıb.
Sonra məşqçilərin fikirləri dinlənilib, müzakirələr aparılıb.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən may ayında gənclərin asudə vaxtlarının səmərəli təşkili və idmanın kütləviliyinə nail olunması istiqamətində ardıcıl tədbirlər görülmüşdür.
Bakı şəhərində keçirilən “Poliqon” Strateji İntellekt Oyunu üzrə II Universiadanın final mərhələsində, “Xəmsə” milli intellektual oyununun XI Azərbaycan çempionatında və “Şahin” hərbi-idman oyununun respublika finalında Naxçıvan Muxtar Respublikasını təmsil edən komandaların iştirakı təmin edilmişdir. Həmçinin may ayında gənc dövlət qulluqçuları arasında “Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku”nun yarımfinal və final mərhələləri, “İntellektual Oyunlar Olimpiadası”nın muxtar respublika və Ordubad rayon birincilikləri təşkil edilmiş, Naxçıvan Musiqi Kollecində “Mən də pro­qramçı olmaq istəyirəm” təlimi ­keçirilmişdir.
Muxtar respublikanın turizm potensialının təbliğ olunması məqsədilə “Naxçıvanı tanıyaq” devizi altında tədbirlər davam etdirilmiş, Bakı şəhərində yerləşən 20 saylı məktəb-liseyin bir qrup müəllim və şagird heyətinin Naxçıvan şəhərinə ekskursiyası təşkil olunmuşdur. Həmçinin Azərbaycanın digər bölgələrindən olan və muxtar respublikada təhsil alan tələbələrin iştirakı ilə “Tarixə ekskursiya” layihəsi həyata keçirilmişdir.

Ardını oxu...

Türkiyənin paytaxtı Ankara şəhərində “IV Beynəlxalq Başkənt Open – 2019” ənənəvi şahmat turniri keçirilib.
Türkiyə Şahmat Federasiyası və Başkənt Universitetinin birgə təşkil etdikləri turnirdə 14 ölkənin 700-ə yaxın zəka sahibi qüvvəsini sınayıb. Altı gün davam edən beynəlxalq turnirdə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının şahmatçısı Nəsrin Babayeva da iştirak edib. O, 94 zəka sahibinin mübarizə apardığı 14 yaş qrupunda 9 görüşdən 7,5 xal toplayıb və beynəlxalq turniri ikinci pillədə başa vurub. Eyni zamanda idmançımız qızlar arasında ən yaxşı nəticəni göstərərək birinci olub.
Sonda şahmatçımız təşkilatçılar tərəfindən mükafatlandırılıb.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4299947
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1297
5670
12468
131305
4299947

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter