17 Oktyabr 2021, Bazar

Türkiyə Şahmat Federasiyanın təşkilatçılığı ilə 13-18 sentyabr tarixlərində Kırşehirdə beynəlxalq turnir təşkil olunub.


Yarışda Naxçıvan Şahmat Federasiyasının yetirmələri də mübarizə aparıb və uğurlu nəticə əldə ediblər. Qızlar arasındakı nəticələrə əsasən “A” qrupunda Nəsrin Babayeva (ümumi sıralamada 10-cu yer), “B” qrupunda isə qızlar arasında Nazlı Hümbətova (ümumi sıralamada 5-ci yer) qalib adını qazanıblar. “A” qrupunda mübarizə aparan digər təmsilçilərimiz Sadiq Qarayev (8-ci) və Ayxan Əliyev (9-cu) turniri ilk onluqda başa vurublar. Ərturan İsmayılov isə “B” qrupunun üçüncüsü olub. Zahid Allahverdiyev 14 yaşlılarda ikinci, Anar İbrahimzadə isə 10 yaşlılarda üçüncü sırada qərarlaşıb.
Sonda qalib idmançılarımız mükafatlandırılıblar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR