17 Oktyabr 2021, Bazar

Bakı şəhərində AFFA tərəfindən qapıçılar üzrə məşqçilər üçün UEFA-nın “B” kateqoriyalı məşqçi kursunun III modulu keçirilib.


Məşğələləri UEFA-dan Mart Poom və yerli təlimatçılar Faiq Əzizov və Vitali Kovalyov keçiblər.
Kursda Naxçıvan Futbol Federasiyasının qapıçılarla iş üzrə koordinatoru, eyni zamanda “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun qapıçı məşqçisi Amil Ağacanov da iştirak edir. Kurs 5 moduldan ibarət olacaq. Hər ay bir modulu keçiriləcək kursda qapıçı məşqçilərə əlavə olaraq tapşırıqlar veriləcək, praktik və nəzəri məşğələlər təşkil olunacaq. Son modulda isə kurs ərzində keçirilənlərlə bağlı imtahan götürüləcək. İmtahanı uğurla başa vuran məşqçilərə UEFA-nın “B” kateqoriyalı məşqçi lisenziyası veriləcək.
Eyni zamanda ötən gün AFFA məşqçilərin maarifləndirilməsi departamentinin qapıçılar üzrə təlimatçısı Üzeyir İbrahimov Naxçıvana gələrək tapşırığın praktik icrasını izləyərək müvafiq qeydlərini aparıb.
Qeyd edək ki, Amil Ağacanov Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının dəstəyi ilə kursa qatılıb.

Ceyhun MƏMMƏDOV

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR