17 Oktyabr 2021, Bazar

Naxçıvan Atıcılıq Mərkəzində paralimpiyaçılar arasında atıcılığın stend növü üzrə muxtar respublika açıq birinciliyi keçirilib. Yarışa qazilərimiz də cəlb olunub, ümumilikdə, 16 nəfər iştirak edib.
Nəticələrə əsasən Şəmsəddin Əsədov birinci olub. İlk üçlüyü müvafiq ardıcıllıqla Asəf Süleymanovla Elvin Quliyev tamamlayıblar.

Mükafatlandırma mərasimində çıxış edən gənclər və idman naziri Ramil Hacı, Paralimpiya Federasiyasının sədri Nicat Babayev və Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli yarışın əhəmiyyəti barədə danışıb, iştirakçılara uğurlar arzu ediblər. Qeyd olunub ki, bu kimi tədbirlər bundan sonra da davam etdiriləcək.
İştirakçılara diplom, kubok və hədiyyələr təqdim edilib.
Yarış Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Atıcılıq və Paralimpiya federasiyalarının birgə təşkilatçılığı ilə keçirilib.

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR