17 Oktyabr 2021, Bazar

“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə keçirilən yarış Olimpiya İdman Kompleksində reallaşıb.


Naxçıvan Kikboksinq Federasiyası ilə Gənclər və İdman İdarəsi tərəfindən birgə təşkil olunan birinciliyə “Naxçıvan-1”, “Naxçıvan-2”, “Şərur”, “Kəngərli”, “Odlar yurdu” komandaları və “Turan” döyüş klubundan, ümumilikdə, 70 idmançı qatılıb. Görüşlər 3 yaş kateqoriyasında 18 çəki dərəcəsi üzrə keçirilib.
Olimpiya sisteminə əsasən qaliblərin müəyyən olunduğu yarışda 2003-2005-ci illər təvəllüdlü idmançılar arasında Şəmsəddin Əliyev (51 kiloqram), İsmayıl Yaqubov (60 kiloqram), Fərid Məhərrəmov (63 kiloqram), 2006-2007-ci illər təvəllüdlü idmançılar arasında Tuncay Qasımov (39 kiloqram), Sadiq Hacıyev (42 kiloqram), Gündüz Bağırov (51 kiloqram), Ceyhun Kazımov (54 kiloqram), Səhhət Əsədov (57 kiloqram), Sarvan Mirzəyev (60 kiloqram), Süleyman Adıgözəlov (66 kiloqram), Kənan Allahverdiyev (71+kiloqram), 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında isə Qasım Xəlilov (36 kiloqram), Sinan Kazımov (39 kiloqram), Murad Şükürlü (42 kiloqram), Uğur Əliyev (47 kiloqram), Məhəmmədəli Qasımov (51 kiloqram), Sinan Bağırlı (57 kiloqram), Hüseyn Zamanlı (60+ kiloqram) rəqiblərini məğlub edərək fəxri kürsünün ilk pilləsinə qalxıblar.
Komanda hesabında “Turan” döyüş klubu 1-ci olub. “Naxçıvan-1” komandası 2-ci, “Naxçıvan-2” isə 3-cü sırada qərarlaşıb. İlk üçlükdəki idmançılara diplom və medallar təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR