17 Oktyabr 2021, Bazar

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə Naxçıvan şəhər tam orta məktəblərində yaradılan idman klubları arasında (2007-2009-cu illər) sərbəst güləş üzrə yoldaşlıq görüşü keçirilib.


Yarışın açılış mərasimində çıxış edənlər görüşün qaydaları haqqında danışıb, idmançılara uğurlar arzulayıblar. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası, şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə 12 çəki dərəcəsi üzrə 40 güləşçi mübarizə aparıb.
Beynəlxalq qaydalara əsasən keçirilən görüşün yekun nəticəsinə görə Asim Kərimli (23 kiloqram), Qəhrəman Qəhrəmanov (25 kiloqram), Ələkbər Əsgərov (29 kiloqram), Şahin Əsgərli (32 kiloqram), David Yaqubov (35 kiloqram), Tuqay Qəhrəmanlı (38 kiloqram), Məhəmməd İsmayılov (42 kiloqram), Sadiq Kərimov (46 kiloqram), Vaqif Əsədov (50 kiloqram), Samir Hüseynov (54 kiloqram), Hüseyn Yasinli (65 kiloqram) və İnci Bağırova (35 kiloqram) rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar.
Sonda qaliblər mükafatlandırılıb.

Ceyhun MƏMMƏDOV

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR