17 Oktyabr 2021, Bazar

Türkiyədə “İstiqlal Marşı”nın qəbul edilməsinin 100-cü ildönümünə həsr olunan 5-ci Çanaqqala open beynəlxalq karate turniri keçirilib.


Naxçıvan Karate-do Federasiyasının idmançıları da yarışda öz bacarıqlarını nümayiş etdiriblər. Qaydalara əsasən idmançılar eyni anda müvafiq və bir üst kateqoriyada keçirilən kumite yarışlarında iştirak etmək imkanı əldə ediblər. Turnirə qatılan 3 karateçimizdən hər biri uğurlu nəticə göstərərək adını mükafatçılar sırasına yazdırıb.
Rafiq Hüseynli müvafiq çəki dərəcələri üzrə 10 yaşlılar arasında 1 qızıl, 1 gümüş və 11 yaş kateqoriyasında 1 gümüş medal əldə edib, əlavə olaraq komanda tərkibində üçüncülük qazanıb. Nərgiz Həsənli 12 yaşlılar arasında qalib adına layiq görülüb, özündən bir yaş böyüklərin yarışında isə 3-cü pillədə qərarlaşıb. Digər idmançımız Yaqub Qəmbərov 13 yaşlılar arasında bürünc medala layiq görülüb. Beləliklə, Naxçıvan karateçiləri beynəlxalq turniri 2 qızıl, 2 gümüş və 3 bürünc medalla tamamlayıblar.
Qeyd edək ki, ənənəvi yarışda 5 ölkə, 80-dən çox klub və vilayət təmsilçiləri olmaqla, ümumilikdə, 500-dən çox idmançı iştirak edib. Yarışlar karatenin “kata” və “kumite” növləri üzrə keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR