22 Sentyabr 2021, Çərşənbə

 

20 iyul Beynəxalq Şahmat Gününə ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən bir sıra tədbirlər keçirilib.

 

         Sədərək Rayon Uşaq Gənclər Şahmat Məktəbində şahmat məktəblərinin komandaları arasında birincilik təşkil olunub. Birincilikdə Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Babək, Kəngərli, Şərur və Sədərək rayon Uşaq Gənclər Şahmat məktəblərinin hər birində 2011-ci il təvəllüdlü  və daha kiçik yaşlı şahmatçı şagirdlər mübarizə aparıb. Hər komandanın heyətində 2 qız, 4 oğlan olmaqla, ümumilikdə 48 zəka sahibi yarışda iştirak edib. Dairəvi sistem üzrə keçirilən yarının qalibi Naxçıvan şəhər  Şahmat  Məktəbinin komandası olub. Digər iki pillədə Babək və Ordubad komandaları qərarlaşıblar.

         Culfa rayonunda yay tətili dövründə uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə məktəblilər və rayon sakinləri arasında açıq havada şahmat yarışı keçirilib. Beynəxalq Şahmat Gününə həsr olunan yarışda 24 şahmatçı mübarizə aparıb. 5 turdan ibarət olan yarışın qalibi Əli Qulamzadə olun. Sadiq Abbasov ikinci, Elvin Hüseynli isə üçüncü yerlə kifayətlənib.

         Qalib şahmatçılar mükafatlandırılıblar.

         Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli rayon bölməsinin, rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Şahmat Məktəbinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlərə ustad dərs təşkil edilib. Dərsin keçirilməsində əsas məqsəd şahmat fənnini tədris edən müəllimlərin biliklərinin daha da artırılması, təcrübələrinin zənginləşdirilməsi, məktəblərdə şahmatın inkişafı yollarının müzakirə edilməsi və onlara istedadlı şagirdləri üzə çıxarmaları üçün lazımi tövsiyələr verilməsindən ibarət olub. Dərsin mövzusu “Mittelşpil”, yəni oyun ortasında şahmatçının yaradıcılığı və sonluq strategiyaları ilə bağlı olub.  

         Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.

 

 

 

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR