18 Sentyabr 2021, Şənbə

Ukraynanın Nikolayevski bölgəsində yeniyetmələr, gənclər və böyüklər arasında universal döyüş üzrə dünya kubokuna start verilib.
28 ölkədən 400-ə yaxın idmançının mübarizə apardığı yarışda Azərbaycan milli komandası Əməkdar məşqçi Elşən İsmayılovun rəhbərliyi altında 24 idmançı ilə təmsil olunur. Yığma komandanın heyətində dünya kubokuna qatılan təmsilçilərimizdən biri də Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının və “Turan” döyüş klubunun idmançısı Sadiq Kərimov olub. O, 11-12 yaş kateqoriyasında 42 kiloqram üzrə mübarizə aparıb.
İdmançımız öncə “Light” versiyasında çıxış edib, Polşa, Özbəkistan və Ukrayna idmançılarına qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Classic” versiyasında isə Sadiq Kərimov finaladək məğlubiyyətsiz irəliləyib. Həlledici görüşdə xal hesabı ilə məğlub olan idmançımız bu versiyada gümüş medal qazanıb. Bununla yeniyetmə idmançımız dünya kubokunu 1 qızıl və 1 gümüş medalla tamamlayıb.
Sonda idmançımız təşkilatçılar tərəfindən mükafatlandırılıb.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR