18 Sentyabr 2021, Şənbə

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirmələri daha bir böyük beynəlxalq turnirdə mübarizəyə başlayıblar.
Serbiya Respublikasında təşkil olunan “Silver Lake 2021 Open” turnirində 5 zəka sahibimiz – beynəlxalq usta Toğrul Həsənzadə, FIDE ustası Pərviz Qasımov, Sadiq Qarayev, Nəsrin Babayeva və Nazlı Hümbətova iştirak edirlər. Beynəlxalq turnir “A” və “B” olmaqla, iki qrupa bölünüb. 27 ölkədən 130-dan çox şahmatçının mübarizə apardığı “A” qrupunda iki təmsilçimiz – beynəlxalq usta Toğrul Həsənzadə və FIDE ustası Pərviz Qasımov ağ-qara taxta arxasında əyləşiblər. 7 turdan sonra Pərvizin 4,5, Toğrulun isə 3,5 xalı var.

“B” qrupunda isə 11 ölkənin 100-dən çox zəka sahibi birincilik uğrunda mübarizə aparır. Bu qrupda Sadiq Qarayev, Nəsrin Babayeva və Nazlı Hümbətova da iştirak edir. Bu qrupda zəka sahiblərimizdən Nəsrinin aktivində 5,5, Sadiqin 5, Nazlının isə 4 xalı var. 9 turdan ibarət olan turnir İsveçrə sistemi üzrə keçirilir.
Bununla yanaşı, iyulun 2-dən 8-dək Serbiyanın paytaxtı Belqrad şəhərində 1-ci Beynəlxalq “Serbia Chess Open 2021” şahmat turniri keçiriləcək. İlk dəfə keçirilməsinə baxmayaraq, turnirdə 42 ölkədən 461 şahmatçı iştirak edəcək. Ümumi mükafat fondu 25 min avro olan yarış iki qrup üzrə keçiriləcək – “Masters” və “Amateurs”. Yarışda Azərbaycan da geniş heyətlə təmsil olunacaq. 17 şahmatçımızdan 13-ü “Masters”, 4-ü isə “Amateurs” yarışlarında iştirak edəcək. Yarışın reytinq favoriti isə rusiyalı Vladimir Fedoseyev (2696) olacaq. “Masters” qrupunda naxçıvanlı zəka sahiblərindən Pərviz Qasımov (2341) və Toğrul Həsənzadə (2317), “Amateurs” qrupunda isə Sadiq Qarayev (1805), Nəsrin Babayeva (1704), Nazlı Hümbətova (1381) qələbə uğrunda mübarizə aparacaqlar.
***
Sədərək Rayon Təhsil Şöbəsi, Şahmat Federasiyasının rayon bölməsi, Yevlax Şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin və Sədərək Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin təşkilatçılığı ilə şahmat üzrə onlayn yoldaşlıq görüşü keçirilib.
Görüşdə Yevlax Şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbi, Sədərək Rayon Uşaq-Gənclər Şahmat Məktəbi, Türkiyənin İzmir Deha Satranc Klubu, Gürcüstanın Marneuli Gənclik Mərkəzi, Pakistanın “Akıl Sporları” Satranc Mərkəzinin və Şahmat məktəblərinin şagirdləri iştirak ediblər.
“Lichess.org” plartforması vasitəsilə keçirilən görüşdə 5 komandanın, ümumilikdə, 16 yaşa qədər 70-ə yaxın zəka sahibi mübarizə aparıb. Maraqlı və gərgin keçən mübarizənin yekun nəticələrinə əsasən 365 xalla Sədərək Rayon Şahmat Məktəbi qalib adını qazanıb. 303 xalla İzmir Deha Satranc Klubu ikinci, 255 xalla Yevlax Şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbi üçüncü olub.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR