15 Aprel 2021, Cümə axşamı

“Araz-Naxçıvan” Peşəkar Futbol Klubu hazırlıqlarını davam etdirir. Komanda dünən yeni istifadəyə verilən Uzunoba Təlim-Məşq İdman Kompleksinin süni örtüklü futbol meydançasında məşq keçib.

Heyəti istedadlı yeniyetmə və gənc futbolçularla zənginləşdirən baş məşqçi Əsgər Abdullayev kompleksdə yaradılan şəraitdən maksimum şəkildə yararlanmaq niyyətindədir. Arena ilə tanışlıq zamanı məmnunluğunu ifadə edən təcrübəli mütəxəssis məşq öncəsi öz təəssüratlarını bölüşüb. Muxtar respublikada digər idman növləri ilə yanaşı, futbola da böyük önəm verildiyini vurğulayan Əsgər Abdullayev dövlətin həyata keçirdiyi idman strategiyasının bu sahəyə böyük töhfə verdiyini qeyd edib. O, yeni yaradılan infrastrukturun qarşıya qoyulan vəzifələrin icrası istiqamətində önəmli rola malik olduğunu bildirib. Daha sonra komanda isinmə hərəkətləri və asta qaçışla məşqə start verib. Futbolçular məşq proqramına uyğun müxtəlif tapşırıqları icra ediblər. Sonda ikitərəfli oyun keçirilib.
Qeyd edək ki, “Araz-Naxçıvan” Peşəkar Futbol Klubu növbəti bütün məşq proseslərini məhz bu arenada keçirəcək.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR