15 Aprel 2021, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən “Naxçıvan Premium Turniri”nə yekun vurulub. Ən yaxşıların yarışında 12 zəka sahibi mübarizə aparıb. Yarış dairəvi sistem üzrə 11 turdan ibarət olub.

Turnirin sonuncu turu maraqlı oyunlarla yadda qalıb. Belə ki, liderlər cərgəsində qərarlaşan FİDE ustası Pərviz Qasımov (2337) Seyid Hüseyni (1660), qrossmeyster Urfan Sevdimalıyev (2369) isə FİDE ustası Sadiq Məmmədovu (2237) məğlub edərək aktivlərinə növbəti xalı yazdırıblar. Son tura kimi liderlərlə mübarizə aparan beynəlxalq usta Toğrul Həsənzadə (2322) Ayxan Əliyevin (1683) müqavimətini qırmaqda çətinlik çəkməyib. Turnir boyu liderlərlə baş-baş mübarizə aparan Nəsrin Babayeva (1964) sonuncu turda Orxan Bağırovu (1473) məğlub etməklə ardıcıl 3-cü qələbəsini bayram edib. Beynəlxalq usta Talıb Babayev (2282) Sadiq Qarayevlə (1781) xalları yarı böldüyü halda, Ərturan İsmayılov (1663) Yeganə Əhmədovadan (1421) üstün olub.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR