15 Aprel 2021, Cümə axşamı

Martın 22-də Naxçıvan şəhərindəki Gənclik Mərkəzində start verilən şahmat üzrə “Naxçıvan Premium Turniri” davam edir. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən ən yaxşıların yarışında 12 zəka sahibi mübarizə aparır. Aprelin 1-də başa çatacaq yarışma dairəvi sistem üzrə 11 turdan ibarət olacaq.

Dünən turnirdə 8-ci turun oyunları keçirilib. Hazırda turnir cədvəlinin lideri FİDE ustası Pərviz Qasımov (2337) daha bir qələbəni bayram edib. Bu dəfə o, Sadiq Qarayevi (1781) məğlub edib. Qrossmeyster Urfan Sevdimalıyev (2369) isə Ərturan İsmayılovdan (1663) güclü olub. Liderlər cərgəsində qərarlaşan beynəlxalq usta Toğrul Həsənzadə (2322) bu turda beynəlxalq usta Talıb Babayevlə (2282) qarşılaşıb və məğlubiyyətlə üzləşib.
FİDE ustası Sadiq Məmmədov (2237) Orxan Bağırovu (1473), Seyid Hüseyn (1660) Nəsrin Babayevanı (1964), Ayxan Əliyev (1683) isə Yeganə Əhmədovanı (1421) məğlub edərək aktivlərinə daha bir xal yazdırıblar.
Hazırda 8 turdan sonra turnir cədvəlinə 7 xalla Pərviz Qasımov başçılıq edir. Eyni xal toplayan Urfan Sevdimalıyev ikinci, 6 xalla Toğrul Həsənzadə isə üçünçü pillədə qərarlaşıblar.
Qeyd edək ki, görüşlər federasiyanın rəsmi chess.nax.az internet saytı vasitəsilə canlı yayımlanıb.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR