15 Aprel 2021, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən ən yaxşıların yarışında 12 zəka sahibi mübarizə aparır. Aprelin 1-də başa çatacaq turnir dairəvi sistem üzrə 11 turdan ibarət olacaq.

Turnirin ilk günü maraqlı qarşılaşmalarla yadda qalıb. Püşkə əsasən ilk turda ata və qızı – beynəlxalq usta Talıb Babayev (2282) və Nəsrin Babayevanın (1964) görüşündə qalib tərəf birinci olub. Qrossmeyster Urfan Sevdimalıyevlə (2369) FİDE ustası Pərviz Qasımovun (2337) görüşündə Pərviz qalib gəlib. Digər FİDE ustası Sadiq Məmmədov (2237) isə Ayxan Əliyevin (1683) müqavimətini qıra bilməyib. Görüş heç-heçə başa çatıb.

Beynəlxalq usta Toğrul Həsənzadə (2322) ilə Sadiq Qarayevin (1781) görüşü maraqlı keçib. Bu qarşılaşmada sevinən tərəf beynəlxalq usta olub. İlk turda Seyid Hüseyn (1660) Yeganə Əhmədova (1421) qalib gəlib. Ərturan İsmayılovla (1663) Orxan Bağırovun (1473) qarşılaşması “sülh”lə nəticələnib.
Qeyd edək ki, görüşlər federasiyanın rəsmi chess.nax.az internet saytı vasitəsilə canlı yayımlanıb.

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR