15 Aprel 2021, Cümə axşamı

“Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirələrdə və “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nda bu sahənin inkişafı ilə bağlı qarşıya konkret məqsədlər qoyulub. Dövlət proqramına uyğun olaraq muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddi-texniki bazanın müasirləşdirilməsi və gücləndirilməsi, idmanın müxtəlif növlərinin inkişafına şəraitin yaradılması Gənclər və İdman Nazirliyi ilə aidiyyəti qurumların diqqət mərkəzindədir.
Naxçıvan Futbol Federasiyasının təlim-məşq kompleksinin inşası bunun bariz nümunəsidir.

Uzunoba gölünün ətrafındakı ərazidə tikintisinə avqust ayında başlanılan kompleksdə inşaat işləri fasiləsiz icra olunur. Bunun nəticəsidir ki, artıq kompleksdə tikinti işləri yekunlaşmaq üzrədir.
Federasiyanın təlim-məşq kompleksinin ərazisində yerləşən iki tribunadan ibarət çimərlik futbolu stadionu, inzibati bina tam hazır vəziyyətdədir. Eyni zamanda tribunaların daxilində paltardəyişmə, hakim və həkim otaqlarında yekun işlər görülüb. Üstüörtülü və hasara alınmış minifutbol meydançalarında, böyük futbol stadionunda isə son tamamlama işləri aparılır. Türkiyə Cümhuriyyətindən gətirilmiş qranul və xüsusi qum artıq meydançalara səpilib, stadionlarda aparılan darama işləri başa çatmaq üzrədir.
Ərazidə mütəmadi olaraq iməcilik keçirilir, ətraf tullantılardan təmizlənir. Eyni zamanda kompleksin ərazisində 60-a yaxın dekorativ ağac əkilib.
Qeyd edək ki, inşaat işlərinin gedişinə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol Federasiyası nəzarət edir.

Ceyhun MƏMMƏDOV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR