15 Aprel 2021, Cümə axşamı

Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin idman zalında 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Naxçıvan şəhər tam orta məktəblərində yaradılan idman klublarının qız komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilib.

Tədbirdən öncə çıxış edənlər Bədən Tərbiyəsi və İdman Günü münasibətilə komandaları təbrik edib, onlara dərslərində və idman həyatlarında uğurlar arzulayıblar.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, şəhər Təhsil Şöbəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi görüşdə 5 və 15 nömrəli tam orta məktəblərin komandaları üz-üzə gəlib. Yekunda 15 nömrəli tam orta məktəbin komandası 3:1 hesabı ilə qalib gəlib.
Sonda hər iki komandaya təşkilatçıların diplom və Fəxri fərmanları təqdim edilib.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR