24 Yanvar 2021, Bazar

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən dekabr ayında da gənclərin asudə vaxtlarının səmərəli təşkili, dünyagörüşlərinin formalaşdırılması, idmanın kütləviliyinə nail olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Ötən ay könüllülüyün gənclər arasında daha geniş təbliğ edilməsi məqsədilə 5 dekabr – Beynəlxalq Könüllülər Günü ilə əlaqədar könüllü gənclər arasında futzal və “Xəmsə” milli intellektual oyunu üzrə yarışlar keçirilmiş, qalib gənc­lər mükafatlandırılmışdır.

Gənclərin intellektual səviyyəsinin artırılması və dünyagörüşünün formalaşdırılması, o cümlədən yol hərəkəti qaydalarının təbliği məqsədilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə gənc­lər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Qış kuboku” keçirilmiş, “Kim? Nə? Hara?” intellektual oyununun seçim və final mərhələlərinin televiziya çəkilişləri təşkil olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin anım günü ərəfəsində gənclərin Heydər Əliyev Muzeyinə, Naxçıvanda turizm potensialının təbliği məqsədilə ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin “Welcome to Nakhchivan” adı altında “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə ekskursiyaları təşkil edilmiş, tələbələr arasında “Qarabağ Azərbaycandır!” adlı rəsm müsabiqəsi keçirilmişdir.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Naxçıvan şəhərindəki “N” hərbi hissənin əsgərlərinə sovqat aparılmış, həmçinin muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərlə görüş keçirilmiş, onların mükafatlandırılma mərasimi təşkil olunmuşdur.
Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxslərin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli qəhrəmanların gənc­lər arasında tanıdılması məqsədilə könüllü gənclər tərəfindən dekabr ayı ərzində “Qəhrəmanlar unudulmur” adlı videoçarxlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR