29 Oktyabr 2020, Cümə axşamı

Sentyabrın 27-də futbol üzrə Türkiyə çempionatının üçüncü turunda İstanbul derbisi oynanılıb.

Günün mərkəz qarşılaşmasında “Qalatasaray” öz meydanında “Fənərbağça” komandasını qəbul edib.

 "Türk Telekom Arenada" keçirilən görüşdə hər iki komandanın cəhdlərinə baxmayaraq, qapılara qol vurulmayıb. Bu qarşılaşmadan sonra "Qalatasaray" çempionatda topladığı xalların sayını yeddiyə, rəqibi isə beşə çatdırıb.

Xatırladaq ki, "Qalatasaray" son beş Superliqa oyununda "Fənərbağça"nı öz meydanında məğlub edə bilməyib.

Günün digər matçlarında isə aşağıdakı nəticələr qeydə alınıb:

"Rizespor" – "Alanyaspor" - 1:1

"Konyaspor" – "Beşiktaş – 4:1

"Sivasspor" – "Ankaragücü" - 0:0.

Tura sentyabrın 28-də keçiriləcək "Antalyaspor"- "Dənizlispor" qarşılaşması ilə yekun vurulacaq.

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR