19 Sentyabr 2020, Şənbə

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Çimərlik Futbolu Federasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı, “Arazbet”in baş sponsorluğu ilə keçirilən çimərlik futbolu üzrə muxtar respublika çempionatına yekun vurulub.

Uzunoba gölü ətrafındakı çimərlik futbol meydançasında keçirilən çempionatın həlledici qarşılaşmasında “Naxçıvan Dövlət Universiteti” komandası ilə “Badamlı” komandası üz-üzə gəldi. Çempionat ərzində hər iki komandanın keçirdikləri bütün görüşləri qələbə ilə başa vurmaları oyunun gərgin keçəcəyindən xəbər verirdi. İlk 12 dəqiqəsi qolsuz başa çatan görüşün ikinci hissəsində üstünlüyü ələ alan tələbələr rəqibi ardıcıl olaraq 3 dəfə mərkəzə dəvət etdilər. Son hissədə rəqibin bir qoluna iki qolla cavab verən “Badamlı” komandası oyunda dönüş yarada bilmədi. Nəticədə, 4:2 hesabı ilə qələbə qazanan universitetin komandası ilk dəfə təşkil olunan çimərlik futbolu üzrə muxtar respublika çempionatının qalibi oldu.
Görüşdən sonra ilk olaraq ötən mövsüm Naxçıvan Futzal Liqasının qalibi olan komandalar mükafatlandırıldı. Liqanın qalibi olan “Nəqşicahan” komandasına kubok və plaket təqdim olundu. “Badamlı” komandası liqanın gümüş, “Panter” komandası isə bürünc mükafatçısı oldu.
Çimərlik futbolu üzrə Naxçıvan Muxtar Respublika çempionatının qalibi olan “NDU” komandası kubok və plaketlə mükafatlandırıldı. Final görüşündə məğlub olan “Badamlı” komandası ikinci, “Panter” komandası isə çimərlik futbol çempionatını üçüncü pillədə başa vurdular.

- Ceyhun MƏMMƏDOV

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR