20 Sentyabr 2020, Bazar

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Çimərlik Futbolu Federasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı, “Arazbet”in baş sponsorluğu ilə keçirilən çimərlik futbolu üzrə muxtar respublika çempionatında növbəti oyunlar keçirilib.

“C” qrupunun ilk görüşü gözlənildiyi kimi gərgin mübarizə şəraitində keçib. İlk dəqiqələrdən üstünlüyü ələ alan “Panter” komandası bunu sonadək davam etdirib və görüşü 5:2 hesablı qələbə ilə başa vurub. “D”qrupunun təmsilçiləri – “Antiinhisar” və “Yaycı” komandalarının görüşündə isə birincilər hesabda geri düşmələrinə baxmayaraq, sonda qələbəni bayram ediblər – 5:4.
Uzunoba gölü ətrafında yeni inşa olunan çimərlik futbolu meydançası dünən daha iki oyuna ev sahibliyi edib. Belə ki, ilk turda qələbə qazanan “Aralıq” komandası “Şahinlər” komandası ilə qarşılaşıb. “B” qrupunun bu görüşü “Şahinlər” komandasının qələbəsi ilə başa çatıb - 3:2
Günün ikinci oyununda “C” qrupunun təmsilçiləri – “Hava Limanı” və “Əlincə” komandaları üz-üzə gəlib. Bu görüşdə aeroport təmsilçisi 7:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, bu gün çempionatda ikinci turun daha iki görüşü keçiriləcək. Belə ki, saat 1815-də “Naxçıvan Dövlət Universiteti” – “Yaycı”, 1915-də isə “Bənəniyar” – “Prestij” oyunları oynanılacaq.

Ceyhun MƏMMƏDOV

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR