19 Sentyabr 2020, Şənbə

Ötən ay gənclər arasında “Breyn rinq”, sağlamlıq imkanları məhdud yeniyetmələr arasında isə “Vətəni tanı” intellektual oyunları keçirilmiş, Gənclər və İdman nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrində “Mütaliədən qalma!” və “Qəhrəmanlar unudulmur!” adlı aksiyaları davam etdirilmişdir.

Naxçıvan Şahmat Mərkəzində şahmat üzrə tempo turniri, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis üzrə Naxçıvan Muxtar Respublika birinciliyi, Uzunoba çimərliyində yerləşən voleybol meydançasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında Şərur və Culfa rayon komandaları arasında voleybol, Naxçıvan şəhərindəki “Gənclər” şəhərciyində yerləşən basketbol meydançasında Sədərək və Kəngərli rayon komandaları arasında basketbol üzrə yoldaşlıq görüşləri, Sahil Parkında həvəskar gənclər arasında velosiped idman növü üzrə muxtar respublika birinciliyi, Uzun­oba gölünün ətrafındakı çimərlik futbolu meydançasında Azərbaycan milli mətbuatının yaranmasının 145 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Republikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşları ilə Naxçıvan Futbol Federasiyasının əməkdaşları arasında yoldaşlıq görüşü keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR