15 Avqust 2020, Şənbə

Naxçıvanda keçiriləcək çimərlik futbolu üzrə ilk muxtar respublika çempionatında iştirak edəcək komandalar və oyunların başlanma tarixi bəlli olub. Muxtar Respublika Stadionunun inzibati binasında komanda təmsilçilərinin iştirakı ilə keçirilən iclasda bu və digər məsələlərlə bağlı məlumatlar iştirakçılara çatdırılıb.

Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov və Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev yarışla bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, Uzunoba gölünün ətrafında inşa olunan çimərlik futbolu meydançası çempionatı qəbul etməyə tam hazırdır. Avqustun 6-da start götürəcək yarışda qeydiyyat prosesinin yekunlarına əsasən 12 komandanın iştirakı təsdiq olunub. Reqlament haqqında məlumat verən Sakit Rzayev, həmçinin oyun qaydalarına diqqət olunmasının vacibliyini diqqətə çatdırıb. Bildirilib ki, bununla bağlı ayrı-ayrılıqda həm hakimlər, həm də komanda təmsilçiləri üçün AFFA Hakimlər Komitəsi nümayəndəsinin iştirakı ilə onlayn seminar keçiriləcək. Pandemiya dövrü ilə əlaqədar oyunların təşkili zamanı sanitar-gigiyenik qaydalara riayət olunması və önləyici tədbirlərin icrası xüsusi diqqətdə saxlanılacaq.
İclasın sonunda əlifbaya uyğun sıralanan komandaların onlayn qaydada püşkatması olub. Püşkə əsasən rəqiblər bəlli olub.
AFFA, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı , “Arazbet”in baş sponsorluğu ilə keçiriləcək yarışda 12 komanda 4 qrupda mübarizə aparacaq. Dairəvi sistemlə oynanılacaq oyunlardan sonra hər qrupun ən yaxşı göstəriciyə malik 2 komandası pley-offa vəsiqə qazanacaq. Bu mərhələdə 1 oyunun nəticəsinə uyğun olaraq qaliblər əsas mükafata doğru irəliləyəcəklər. Çempionat final və üçüncülük matçları ilə tamamlanacaq. İlk üçlükdə yer alan kollektivlər və fərqlənən oyunçular təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar.

- Ceyhun MƏMMƏDOV

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR