04 Avqust 2020, Çərşənbə axşamı

Ötən ay ərzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin “Instagram” səhifəsində karateçi, beşqat dünya çempionu Rafael Ağayev və kinorejissor Tahir Əliyevlə canlı yayımlar təşkil olunmuş, Naxçıvan şəhərindəki Sahil Parkında “III Art Battle” (İncəsənət döyüşü) adlı rəsm müsabiqəsi, gənclər arasında “Axtar tap” və “Labirint” intellektual oyunları keçirilmişdir. Gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, onlarda mütaliəyə marağın artırılması məqsədilə “Zoom” proqramı vasitəsilə “Oxunması zəruri olan kitablar Siyahısı”na daxil olan “Qutadqu bilik” kitabının müzakirəsi təşkil olunmuş, “Mütaliədən qalma!” aksiyası davam etdirilmişdir.

18 yaşadək fiziki imkanları məhdud uşaqlar arasında açıq səma altında boccia idman növü üzrə muxtar respublika birinciliyi, 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında yüngül atletikanın qaçış növü üzrə birincilik, 26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar Sədərək rayon komandası ilə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandası arasında voleybol, “Naxçıvan” komandası ilə “Lokomotiv” komandası arasında basketbol üzrə yoldaşlıq görüşləri, gənclər arasında süni divara dırmanma, hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atıcılığın stend növü üzrə muxtar respublika birincilikləri keçirilmiş, Uzunoba gölünün ətrafında çimərlik futbolu meydançası tikilərək istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR