09 İyul 2020, Cümə axşamı

Futbol üzrə Türkiyə çempionatının XXIX turunun sonuncu qarşılaşmasında “Gənclərbirliyi” doğma meydanda “Kasımpaşa”nı qəbul edib.

Görüşdə qonaqlar iki cavabsız qolla qalib gəliblər. “Kasımpaşa”nın heyətində 17-ci dəqiqədə Benqali Fode Koyta və 90-cı dəqiqədə isə Diemerci Ndonqala fərqləniblər.

Türkiyə çempionatında hazırda “Başakşəhər” 60 xalla turnir cədvəlinin lideridir. “Trabzonspor” 58 xalla ikincidir. “Sivasspor” 53 xalla üçüncü, “Qalatasaray” isə 52 xalla dördüncü pillələrdə qərarlaşıb. Sonrakı yerləri “Beşiktaş” (50 xal), “Fənərbağça” (46 xal), “Alanyaspor” (45 xal) və digər komandalar tuturlar.

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR