26 Sentyabr 2020, Şənbə

Dünya Güləş Birliyinin (UWW) “Instagram” səhifəsində tanınmış 16 sərbəst güləşçi arasında virtual yarışa yekun vurulub.

 Onlayn turnirdə üçqat dünya və Avropa çempionu Hacı Əliyev gürcüstanlı Qeno Petriaşvili, italiyalı Frank Çamizo və ABŞ-dan olan Olimpiya və dünya çempionu Cordan Barrouza qalib gələrək finala yüksəlib. Finalda onun rəqibi iranlı Olimpiya çempionu Hasan Yazdani olub. Həlledici mərhələdə rəqibinə məğlub olan H.Əliyəv ikinci sırada qərarlaşıb.

Qeyd edək ki, yekunda H.Əliyev 76 min 953, H.Yazdani isə 87 min 111 səs toplayıb.

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR