14 İyul 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublika Stadionunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında yüngül atletika üzrə şəhər birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Heydər Əliyev adına Hərbi Liseyin birgə təşkilatçılığı ilə keçirilən birinciliyin yekununa əsasən Ramazan Ələkbərov, Nicat Əliyev, Malik Zeynibəyli və İsmayıl Abbaslı müvafiq olaraq 100, 200, 400 və 800 metr məsafədə finiş xəttinə hamıdan öndə çatıblar.
Sonda yer tutan və fərqlənən idmançılar mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR