13 İyul 2020, Bazar ertəsi

May ayında pandemiya ilə əlaqədar olaraq ölkə və muxtar respublika ərazisində müəyyən olunmuş karantin rejimi dövründə gənclər arasında “Zoom” proqramı vasitəsilə “Kim? Nə? Hara?” intellektual oyunu, Cek Londonun “Həyat eşqi” hekayəsinin onlayn müzakirəsi, bir qrup gəncə “İrəli” İctimai Birliyi ilə birlikdə “Layihələrin yazılması və idarə edilməsi”, “Fəaliyyət planının qurulması” və “Büdcə planlaşdırılması” mövzularında onlayn təlim keçilmişdir.

Nazirliyin “Instagram” səhifəsində sərbəst güləşçi, üçqat dünya çempionu Hacı Əliyev və “Qızıl qələm” mükafatı laureatı, yazıçı Elxan Elatlı ilə gənclərin onlayn görüşü təşkil olunmuş, gənclər arasında “Mən muxtar respublikanın tanıdılması və inkişafı üçün nə etmişəm?” adlı inşa yazı, eləcə də rəsm müsabiqəsinə start verilmişdir. Gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, onlarda mütaliəyə marağın daha da artırılması üçün “Mütaliədən qalma”, Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxslərin, ərazi bütövlüyümüz uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli qəhrəmanların gənclər arasında tanıdılması məqsədilə “Mənim qəhrəmanım” adlı onlayn vətənpərvərlik aksiyaları davam etdirilmiş, gənclərin məşğulluğunun təmin edilməsi ilə əlaqədar hərbi xidmətdən tərxis olunmuş gənclərin peşə ixtisası kurslarına cəlbi istiqamətində işlər aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən məktəblilər arasında onlayn şahmat yarışları, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş internet üzərindən Naxçıvan şahmatçıları ilə Türkiyənin Mersin şəhərinin “Modern”, Antalyanın “Çallı Spor”, Konyaaltının “Olbia”, İstanbulun “Galaksi”, Ankaranın “Gənclik və idman”, Hatayın “Şah” və Bakının “Zirə Eko Park”, “Grand Master” Şahmat klublarının şahmatçıları arasında dostluq görüşü keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan idman obyektlərində, həmçinin özəl fitnes zallarında yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə dezinfeksiya işləri və gigiyena tədbirlərinin müntəzəm diqqətdə saxlanılması barədə söhbətlər aparılmış, bədən tərbiyəsi və idmanın təbliği məqsədilə “Evdə qal, idmandan qalma!” şüarı altında videoçarxlar hazırlanaraq sosial şəbəkələrdə paylaşılmışdır.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR