31 May 2020, Bazar

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən “Evdə qal, şahmat oyna” devizi altında internet üzərindən təşkil olunan canlı yarışlar davam edir.
Sabah ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 97 illiyinə həsr edilmiş Azərbaycan və Türkiyə şahmatçıları arasında internet üzərindən dostluq görüşü keçiriləcəkdir. Görüş saat 2100-da başlayacaq.
Blitz turnirdə naxçıvanlı zəka sahibləri ilə yanaşı, Mersinin “Modern”, Antalyanın “Çallı Spor”, “Konyaaltı Olbia”, Bakının “Zirə Eko-Park”, “Grand Master”, İstanbulun “Galaksi”, Hatayın “Şah” Şahmat klubları, həmçinin Ankaranın DSİ Gənclik və İdman Dərnəyi mübarizə aparacaq. Şahmatçılar arasında turnir lichess.org portalında keçiriləcək.
Qeyd edək ki, turnirdə iştirak üçün Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının saytından (chess.nax.az/Turnirlər/ Növbəti turnirlər/ bölməsindən) istifadə etmək mümkündür.

 Ceyhun MƏMMƏDOV

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR