24 Fevral 2020, Bazar ertəsi

Dünən Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib.

İclası giriş sözü ilə açan Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev bildirib ki, 2019-cu il federasiyanın Babək rayonunun Zeynəddin və Nəhəcir kəndlərində bölmələri yaradılıb, məşqçi-müəllim, hakim və idmançılar vahid idman geyim dəstləri ilə təmin edilib. Muxtar respublikamızda 564 idmançı 30 qrupda bu idman növü ilə məşğuldur. Ötən il ərzində müxtəlif kadetlər, yeniyetmə və gənclər arasında şəhər, rayon və yoldaşlıq görüşləri təşkil edilib. Eyni zamanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda kadetlər və yeniyetmələr arasında kikboksinq üzrə Naxçıvan Muxtar Respublikası açıq turniri keçirilib, həmin turnirdə İran, Rusiya və Azərbaycandan birlikdə 12 komanda iştirak edib.
Xəyal Abdullayev diqqətə çatdırıb ki, idmançıların beynəlxalq turnirlərə iştirakı təmin edilib və federasiya idmançıları ölkə səviyyəli turnirlərdən 19, dünya çempionatından 2, beynəlxalq turnirlərdən 6 medal olmaqla, ümumilikdə, 27 medal qazanıblar.
Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman nazirinin müavini Məcid Seyidov çıxışında vurğulayıb ki, ötən il ərzində Gənclər və İdman Nazirliyinin də təşkilatçılığı ilə bu idman növü üzrə 6 muxtar respublika səviyyəli birincilik, 3 Naxçıvan şəhər birinciliyi, 2 rayon birinciliyi, 1 yoldaşlıq görüşü keçirilib.
Sonra məşqçilərin fikir və təklifləri dinlənilib, il ərzində uğur qazanan məşqçilər və idmançılar mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR