26 Yanvar 2020, Bazar

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə futbol hakimləri üçün növbəti seminar keçirilib.

AFFA Hakimlər Komitəsinin üzvü, FİFA referisi Anar Salmanov və digər FİFA dərəcəli hakim Ömər Paşayevin iştirakı ilə keçirilən seminarda Region Liqa oyunlarına təyinat alan hakimlər qatılıblar. İki günlük seminarın əsas hissəsi oyunların video-analizinə həsr olunub. Matçlarda sual doğuran epizodların təhlili və müzakirəsi vasitəsilə hakimlərin oyun idarəçiliyi ilə bağlı qiymətləndirmə aparılıb. Mütəxəssislər referiləri qərar qəbul edərkən daha diqqətli olmağa çağırıb, bu zaman tədbiq olunan yeni oyun qaydalarına əməl etməyin vacibliyini diqqətə çatdırıblar.

Region Liqanın 6-cı turunda keçirilən oyunları birbaşa tribunadan izləyən və qeydlərini aparan Anar Salmanov və Ömər Paşayev hakimlərin fiziki hazırlığının yüksəldilməsi və matç zamanı mövqe seçimlərinin düzgün icrası məqsədilə Naxçıvan Muxtar Respublika Stadionunda taktiki məşğələ də keçiblər.

Qeyd edək ki, Naxçıvanda hakimliyin inkişafı məqsədilə hər ay keçirilən kurs və seminarlar bundan sonra da davam etdiriləcək.

Ceyhun Məmmədov

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR