29 Yanvar 2020, Çərşənbə

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilən kikboksinq üzrə yeniyetmələr arasında Şərur rayon birinciliyinə yekun vurulub.

Şərur Rayon Gənclər və İdman İdarəsi və rayon Uşaq-gənclər idman məktəbinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə idmançılar 9 çəki dərəcəsində rinqə çıxıblar.
Yekun nəticəyə əsasən Uğur Məmmədli (25 kiloqram), Zaman Hüseynov (33 kiloqram), Sinan Kazımov (36 kiloqram), Hüseyn Həsənov (39 kiloqram), Əsgər Hacıyev (42 kiloqram), Sinan Süleymanov (54 kiloqram), Yarəddin Cəfərov (57 kiloqram), Ülvi Babayev (60 kiloqram) və Ayhat İmranlı (63,5 kiloqram) bütün rəqiblərini üstələyərək qalib adını qazanıblar.
Qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR