16 Dekabr 2019, Bazar ertəsi

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən voleybol üzrə məktəblilər arasında muxtar respublika birinciliyi başa çatıb.
Noyabr ayının 26-da start verilən birincilikdə 19 komanda qaliblik uğrunda mübarizə aparıb. Final oyunlarında Şərur və Culfa rayon komandaları qızlar və oğlanlar arasında qalibi müəyyənləşdirməyə çalışıblar. Maraqlı və gərgin keçən oyunların nəticələrinə əsasən Culfa rayonunun təmsilçiləri həm qızlar, həm də oğlanlar arasında qələbəni bayram ediblər. Şərur rayon komandası ikinci, Kəngərli rayon komandası isə üçüncü olub.
Sonda qalib komandalar təşkilatçılar tərəfindən diplom və kuboklarla mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR