16 Dekabr 2019, Bazar ertəsi

Naxçıvan Şahmat Mərkəzində 18 yaşadək sağlamlıq imkanları məhdud şəxslər arasında şahmat üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.
Birinciliyin keçirilməsində məqsəd 18 yaşadək sağlamlıq imkanları məhdud şəxslər arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, onların asudə vaxtlarının səmərəli təşkili, sağlamlıq imkanları məhdud şəxslər arasında şahmat idman növünün inkişaf etdirilməsi və onların sosial reabilitasiyasına nail olunmasıdır.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Paralimpiya və Şahmat federasiyalarının birgə təşkil etdikləri birincilikdə 27 sağlamlıq imkanları məhdud şəxs iştirak edib. Beynəlxalq şahmat qaydalarına əsasən keçirilən oyunları federasiya tərəfindən təsdiq edilən hakimlər heyəti idarə edib.
Yekun nəticələrə əsasən Səlim Sadiqli, Allahverdi Əsgərov və Anar Cəfərli ilk üç pillədə qərarlaşıblar.
Sonda qalib idmançılara Gənclər və İdman Nazirliyi diplom, Paralimpiya Federasiyası bütün iştirakçılara oxunması zəruri olan kitablar, Şahmat Federasiyası isə ilk beş yeri tutan qaliblərə pul mükafatı təqdim edib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR