09 Dekabr 2019, Bazar ertəsi

Kişi boksçular arasında Azərbaycan çempionatı başa çatıb. Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 29 komandanın 109 boksçusu qüvvəsini sınayıb. 6 gün davam edən turnirdə 8 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşdirilib.

Boks mərkəzində təşkil olunan çempionatda Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının idmançıları da mübarizə aparıblar. Belə ki, 69 kiloqram çəki dərəcəsində rinqə çıxan Sərxan Əliyev final görüşündə Sumqayıt təmsilçisi Vüsal Əliyevi məğlub edərək ölkə çempionu adına layiq görülüb. 57 kiloqram çəki dərəcəsində təmsilçimiz Tayfur Əliyev isə çempionatın gümüş medalını qazanıb.
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR