10 Avqust 2020, Bazar ertəsi

Ağsu rayonunda məktəblilər arasında şahmat üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının idmançıları da iştirak ediblər. 12 yaşlı oğlanlar arasında zəka sahibimiz Seyid Hüseyn keçirdiyi 7 görüşdən 5,5 xal toplayaraq ölkə çempionu adına layiq görülüb.
12 yaşlı qızların mübarizəsində isə Nazlı Hümbətova liderdən cəmi 0,5 xal az toplayaraq çempionatın bürünc mükafatçısı olub. Digər zəka sahibimiz Sadiq Qarayev isə 14 yaşlı oğlanların mübarizəsində 4,5 xal toplayaraq ölkə çempionatını 5-ci pillədə başa vurub.
Sonda qalib idmançılarımız mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR