10 Dekabr 2019, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublika Stadionunda 9 Noyabr-Dövlət Bayrağı Günü münasibətilə “Araz-Naxçıvan” və Azərbaycanın veteran futbolçulardan ibarət komandaları arasında yoldaşlıq görüşü olub.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Azad Cabbarov oyundan öncə veteran futbolçularla görüşüb, Dövlət Bayrağı Günü münasibətilə hər kəsi təbrik edib. Ölkəmizdə və muxtar respublikamızda idmanın bütün sahələri ilə yanaşı, futbolun inkişafına da xüsusi önəm verildiyini bildirən Azad Cabbarov bölgədə bu istiqamətdə dövlətimizin dəstəyi ilə məqsədyönlü addımlar atıldığını və səmərələri işlərin davam etdirildiyini diqqətə çatdırıb. O deyib ki, uşaq futboluna daha çox yer ayıraraq gələcək üçün istedadlı oyunçu nəsli yetişdirməklə bərabər futbolun hər sahəsini əhatə edən plan və strategiyamız mövcuddur. Məqsədimiz birlik və bərabərlik içində futbolun inkişafına töhfə verməkdir.

Veteran futbolçuları burada görməkdən məmnun olduğunu ifadə edən Azad Cabbarov dostluq görüşünə uğurlar arzulayıb.

Daha sonra oyuna start verilib.

İlk hissədə azarkeşlər maraqlı oyun izləsə də, hər iki tərəfin qol cəhdləri uğursuz olub. İkinci hissədə hücumları artıran veteran futbolçular azarkeşləri sevindiriblər. Azərbaycan millisinin heyətində İlham Yadullayev ilk qolun müəllifi olub. Görüşün sonlarında “Araz-Naxçıvan”dan Yunis Məhərrəmovun vurduğu qol yekun nəticəni müəyyən edib.

Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR