26 Yanvar 2020, Bazar

Türkiyənin İstanbul şəhərində “41-ci İstanbul Marafonu” keçirilib.

Marafon İstanbulun Avropa qitəsindən start götürüb, iştirakçılar “15 İyul Şəhidlər Körpüsü”ndən keçərək şəhərin Asiya qitəsinə doğru hərəkət ediblər. 2012-ci ildən bu yana keçirilən, dünyada iki qitə arasında yeganə tədbir sayılan “41-ci İstanbul Marafonu”nu 42 kilometr 195 metr, 8 və 15 kilometr olmaqla üç kateqoriyadan ibarətdir. Marafona 106 ölkədən 140 minə yaxın insan qatılıb.

Marafonda Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının idmançısı Əmrah Nağıyev də iştirak edib. İdmançımız marafonda 74-cü, azərbaycanlılar arasında isə 1-ci olaraq finiş xəttinə çatıb.

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR