16 Oktyabr 2019, Çərşənbə

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunan kikboksinq üzrə yeniyetmə və gənclər arasında Naxçıvan Muxtar Respublika turniri keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Kikboksinq Federasiyasının birgə təşkil etdiyi turnirin keçirilməsində məqsəd bu idman növünün muxtar respublikada inkişafı, yeniyetmə və gənclər arasında təbliği, eyni zamanda Naxçıvanda fəaliyyət göstərən kikboksinq bölmələrinin və klublarının işinin təkmilləşdirilməsindən ibarət olub.
Turnirin açılış mərasimində Gənc­lər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov, Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev çıxış edərək muxtar respublikada idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.
Reqlamentə əsasən idmançılar 13-15 yaş qruplarında 36, 42, 47, 52, 57, 60 və +60 kiloqram, 15-17 yaş qrupunda isə 54, 63 və +71 kiloqram çəki dərəcələrində rinqə çıxıblar. Həmçinin qız idmançılar 54 kiloqram çəki dərəcəsində ­ən güclünü müəyyənləşdirməyə çalışıblar.
Sonda hər çəki dərəcəsində ilk 3 yeri tutan idmançılar diplom və medalla mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR