21 Sentyabr 2019, Şənbə

2019-ci ilin iyul ayında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər aparılmış, 6 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilmiş və müvafiq tədbirlər görülmüşdür. Operativ vergi nəzarəti tədbirləri zamanı 4 vergi­ödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması faktları aşkar edilmişdir. Keçirilən nəzarət tədbirləri zamanı 1 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkarlanmış və həmin şəxs barəsində qanunamüvafiq tədbirlər görülmüşdür. Aparılan operativ nəzarət işləri zamanı tətbiq olunmuş iki yüz manat maliyyə sanksiyası məbləğinin büdcəyə ödənilməsi təmin edilmişdir.
Qeyd olunan dövrdə müvafiq icra hakimiyyəti orqanları ilə birgə 19 işəgötürəndə aparılmış araşdırmalar zamanı 68 yeni əmək müqaviləsinin bağlanmasına nail olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin
mətbuat xidməti

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR