21 Sentyabr 2019, Şənbə

Muxtar respublikamızda daşınmaz əmlakın qeydiyyatı sahəsində yeniliklərin tətbiqi daim diqqətdə saxlanılır. Həyata keçirilən tədbirlərin davamı olaraq qeydiyyatla bağlı daha keyfiyyətli xidmətlərin göstərilməsi və vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən “əmlak kalkulyatoru” istifadəyə verilib. Vətəndaşlara və hüquqi şəxslərə daşınmaz əmlakla bağlı əməliyyatların aparılması zamanı tələb olunan dövlət rüsumu və xidmət haqqını əvvəlcədən onlayn qaydada hesablamaq imkanı yaradılıb.

“Əmlak kalkulyatoru” komitənin internet saytı (www.emlak.nakhchivan.az) vasitəsilə istifadəçilərə təqdim olunur. Müvafiq məlumatların daxil edilməsi ilə daşınmaz əmlak obyektlərinin qeydiyyatı və çıxarışın alınması, texniki sənədlərin hazırlanması, dövlət reyestrindən arayışların verilməsi, əmlakın qabaqcadan qeydiyyatı, yüklülükdən azadetmə, məhv olmuş daşınmaz əmlakın və onun üzərində hüquqların dövlət qeydiyyatının ləğvi, daşınmaz əmlakın sxematik bölgüsünün aparılması və digər xidmətlərə görə tələb olunan ödənişlər elektron qaydada hesablanır və yekun rəqəm təqdim olunur.

Qeyd edək ki, kalkulyatorun sadalanan bütün əməliyyatların vətəndaşın istəyindən asılı olaraq tezləşmə qaydası ilə aparılması üçün hesablama imkanları da mövcuddur.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

 

 

 

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR