23 İyul 2019, Çərşənbə axşamı

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən may ayında gənclərin asudə vaxtlarının səmərəli təşkili və idmanın kütləviliyinə nail olunması istiqamətində ardıcıl tədbirlər görülmüşdür.
Bakı şəhərində keçirilən “Poliqon” Strateji İntellekt Oyunu üzrə II Universiadanın final mərhələsində, “Xəmsə” milli intellektual oyununun XI Azərbaycan çempionatında və “Şahin” hərbi-idman oyununun respublika finalında Naxçıvan Muxtar Respublikasını təmsil edən komandaların iştirakı təmin edilmişdir. Həmçinin may ayında gənc dövlət qulluqçuları arasında “Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku”nun yarımfinal və final mərhələləri, “İntellektual Oyunlar Olimpiadası”nın muxtar respublika və Ordubad rayon birincilikləri təşkil edilmiş, Naxçıvan Musiqi Kollecində “Mən də pro­qramçı olmaq istəyirəm” təlimi ­keçirilmişdir.
Muxtar respublikanın turizm potensialının təbliğ olunması məqsədilə “Naxçıvanı tanıyaq” devizi altında tədbirlər davam etdirilmiş, Bakı şəhərində yerləşən 20 saylı məktəb-liseyin bir qrup müəllim və şagird heyətinin Naxçıvan şəhərinə ekskursiyası təşkil olunmuşdur. Həmçinin Azərbaycanın digər bölgələrindən olan və muxtar respublikada təhsil alan tələbələrin iştirakı ilə “Tarixə ekskursiya” layihəsi həyata keçirilmişdir.

May ayında muxtar respublikamız bir neçə beynəlxalq idman tədbirinə ev sahibliyi etmişdir. Belə ki, bu dövrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Naxçıvan – 2019” Beynəlxalq Şahmat Festivalı, “Naxçıvan-Open” karate-do üzrə beynəlxalq turnir, cüdo üzrə beynəlxalq turnir keçirilmiş, Türkiyə, Azərbaycan və Naxçıvan alpinistlərinin iştirakı ilə Haçadağa yürüş təşkil olunmuşdur. Keçirilən beynəlxalq tədbirlərlə yanaşı, həmçinin “Heydər Əliyev kuboku” uğrunda yeniyetmə və gənc­lər arasında boks, hüquq-mühafizə orqanlarının əməkdaşları arasında peyntbol, yeniyetmələr arasında sərbəst güləş, sağlamlıq imkanları məhdud şəxslər arasında futzal, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında kross qaçışı, yeniyetmə və gənclər arasında basketbol, kişilər arasında voleybol və futbol üzrə Naxçıvan Muxtar Respublika turnirləri təşkil olunmuş, futbol üzrə Azərbaycan kubokunun final oyunu keçirilmişdir. İdmançılarımız Azərbaycan birinciliklərində 55, beynəlxalq turnirlərdə 57, dünya çempionatında 2 medal olmaqla, ümumilikdə, 114 medal qazanmışlar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4294140
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1160
5501
6661
125498
4294140

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter